Milli Kitabxanada
“Bəkir Nəbiyev-85” adlı kitab sərgisi
açılıb
Avqustun
21-də M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında görkəmli
tənqidçi və
ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin anadan olmasının 85 illiyi münasibətilə “Bəkir
Nəbiyev-85” adlı geniş
kitab sərgisi açılıb.
Tədbiri Milli Kitabxananın
direktoru, professor Kərim Tahirov açaraq Bəkir Nəbiyevin yaradıcılığından
danışıb. O, akademikin
kitabxananın bütün
tədbirlərində iştirakından
söz açıb.
Sərgidə Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət
işçisi Vaqif Bəhmənli ədəbiyyatşünas
alimin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən
danışıb. Akademikin yorulmaz
elmi axtarışları
nəticəsində çap
olunan əsərlərinin
hər zaman aktual olaraq, müəllifinə əbədiyaşarlıq
gətirdiyini söyləyib.
Tədbirdə professorlar Məhərrəm
Qasımlı, Qəzənfər
Paşayev və Tehran
Əlişanoğlu çıxış
edərək, görkəmli
akademik haqqında xatirələrini bölüşdülər.
Sonra Bəkir
Nəbiyevin ailəsi adından mərhumun qızı tibb üzrə fəlsəfə
doktoru Leyla İmanova çıxış
edərək Milli Kitabxananın kollektivinə,
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları
alimin yaradıcılığını
özündə əks
etdirən geniş kitab sərgisi ilə tanış
olublar.
Sərgidə akademikin Azərbaycan və rus dillərində
çap olunmuş əsərləri, haqqında
yazılan və “Ön söz” yazdığı, redaktoru
olduğu kitablar nümayiş olunub.
525-ci qəzet.-
2015.- 22 avqust.- S.13.