Qisas almadan ölmə...” İsraildə

 

 

İsraildə, “Azİzİsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində tanınmış Azərbaycan kinorejissoru, Azərbaycanın Xalq artisti, milli beynəlxalq mükafatlar laureatı Oqtay MirqasımovunQisas almadan ölmə. Keçmişdən məktublarbədii filminin premyerası olub.

 

O.Mirqasımov məxsusi olaraq premyerada iştirak etmək üçün Bakıdan gəlib. Azərbaycan, Almaniya Gürcüstan kinematoqrafçılarının birgə istehsalı olan, “Tammetrajlı bədii filmin ən yaxşı rejissor işinominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülən beynəlmiləl film XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub.

 

Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.

 

Filmin premyerasına İsrailin ən müxtəlif şəhərlərindən tamaşaçılar toplaşıb. İsraildə yaşayan filmin bəstəkarı Elmar Fel premyerada iştirak edib. O, filmə yazdığı ecazkar musiqidə Azərbaycan alman xalq motivlərindən məharətlə istifadə tdib.

 

Filmin nümayişindən sonra Oqtay Mirqasımov tamaşaçıların bu qeyri-adi süjetli filmi çəkmək ideyasının yaranması, bir neçə ölkənin iştirakı ilə film çəkməyin çətin olub-olmaması gələcək planları barədə suallarına cavab verib.

 

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman əsl sənət ilə görüşmək imkanına görə Oqtay Mirqasımova təşəkkür edərək, rejissora yeni yaradıcılıq uğurları, bütün ideyalarını həyata keçirməyi arzulayıb, sənətkara İsrail premyerasından xatirə olaraq milli suvenir təqdim edib.

 

Tədbir Heydər Əliyev Fondunun dəstəyi iləAzİzİsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, habelə İsrailin Azərbaycandakı səfirliyi Afula Şəhər Bələdiyyəsinin Absorbsiya İdarəsi tərəfindən təşkil edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 22 avqust.- S.12.