“Azərbaycan” jurnalının avqust sayı çıxıb
Bugünlərdə “Azərbaycan” jurnalının
8-ci sayı işıq
üzü görüb. Jurnal Xalq şairi Fikrət Qocanın 80 illik yubileyi münasibətilə özünün
şeirləri, eləcə
də İntiqam Qasımzadənin tərcüməsində
Aleksandr Qriçin “Qocalmayan Fikrət Qoca” və Yaşar
Qasımbəylinin “Rəsul
Rza və Fikrət Qoca” yazıları ilə açılır.
“Poeziya” rubrikasında Əbülfət Mədətoğlu,
Kəmaləddin Qədim,
İslam Sadıq, Zeynal Vəfa, Ayişə Nəbi, Vəfa Mürsəlqızı
və Sənəm Səbayelin şeirləri
yer alıb.
“Nəsr” bölməsində
Gülşən Lətifxanın
“Kabus” povest-pritçası,
Əli Şirin Şükürlünün “Su pərisi”
povesti, Qərib Mehdinin “Evin kişisi”, İntiqam Mehdizadənin “Qaçqın
qarları” hekayələri
yer alıb. “Tərcümə” rubrikasında verilən Norveç yazarı Sulvey Kristovun iki pərdəli “Qurtuluş” pyesini şair-tərcüməçi Səlim Babullaoğlu dilimizə çevirib.
“Dünya, səndən
kimlər keçdi...”
bölümündə Əlövsət
Bəşirlinin yazıçı
Əlibala Hacızadənin
80 illik yubileyinə həsr olunmuş “...Əsərlərimlə yaşayacağam”
yazısı öz əksini tapıb.
“Bizim türk dünyamız”da Almaz Həsənqızı “Vətəni
tədqiqatlarında yaşadan
folklorşünas” məqaləsilə
folklorşünas Əhməd
Cəfəroğlunun ömür
yolundan, ədəbiyyata
xidmətlərindən söz
açır. “Xatirələr,
duyğular” bölməsində
şair Qəşəm
Nəcəfzadə “Şəkillər.
Yaşamaq lazımdır sabaha
qədər” yazısında
mərhum ziyalı Aydın Məmmədovun yaradıcılığını araşdırıb.
Sona Xəyalın
120 illiyi ilə bağlı qələmə
aldığı “İncə
yumor, sağlam gülüş”də şair
Əhməd Anatolludan
söz açıb.
“Tənqid və
ədəbiyyatşünaslıq” rubrikasında Pərvanə
Məmmədlinin “Cənubi
Azərbaycanda ədəbi
proses”, Aynur Xəlilovanın “Uşaq folkloru: problemlər, mülahizələr”, Aysel
Qəriblinin “Növhə
və ya bir janrın göz yaşları”, Lətifə Mirzəyevanın
“Qiymətli ədəbi
inci” yazıları oxuculara təqdim olunub.
S. ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 22 avqust.- S.13.