Maestro Niyazi anılıb

 

Xalq artisti, dövlət beynəlxalq mükafatlar laureatı, görkəmli dirijor maestro Niyazinin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Niyazinin ev muzeyində baş tutan tədbirdə bir sıra mədəniyyət incəsənət xadimləri iştirak edib.

 

Əvvəlcə sənətkarın həyat yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunub.

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli dirijorun keçdiyi ömür yolundan bəhs edib.

 

Niyazinin ev muzeyinin direktoru Rza Bayramov sənətkarın Azərbaycan musiqi tarixindəki rolu haqqında çıxış edərək maestronun orijinal musiqi mədəniyyəti fitri istedadının mükəmməlliyindən söz açıb: “Böyük ifaçılıq məktəbinin yetişməsində simfonizmin təşəkkülü inkişafında sənətkarın böyük əməyi olub”.

 

Daha sonra tədbirin bədii hissəsində qonaqlara Niyazinin digər Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, bəstəkar Ülviyyə Hacıbəyovanın akademiyanın magistri Pərvin Nəsirlinin repertuarında bir sıra klassik musiqi nömrələri səsləndirilib.

 

Sonda qonaqlar rejissor Nonna Müzəffərovanın maestro haqqında çəkilmişRast. Niyazi” sənədli filmini izləyiblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 22 avqust.- S.12.