Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

 

 

İqtisadi cəhətdən Cuçen çinlilərlə müqayisə oluna bilməzdi. Bəzi hallarda xeyli cuçen çinli torpaq sahiblərinin icarəçisinə çevrilirdi, bəziləri hətta pauper vəziyyətinə düşürdü. Onların iqtisadi tənəzzülü sosial münasibətləri də dəyişdirirdi.

 

Şəraitdən asılı olaraq onlara çinlilərlə, özü də adətən özlərindən varlı olanlarla nikah bağlamağa icazə verilirdi. Onların hərbi gücü də zəifləməyə başladı. “Yüzlərin” kapitanı bəzən hətta cəbhəyə 25 adamdan artıq əsgər çıxara bilmirdi. İdarə edən sinif də paralel qaydada tənəzzül edirdi. Yalnız assimilyasiya müəyyən qədər başa çatmaqda idi. Cuçen cənuba tərəf ekspansiya barədəki ambitsiyasını yenidən canlandırırdı.

 

Cənubi Sun imperatorları onlara olan tənqidi zahiri görünüş qaydasında ehtiramla dinləyirdilər, onlara qiymət vermək qaydasında cavab verirdilər, lakin heç bir konkret iş görmürdülər, bəzən imperator tənqidə tədqiqat aparmaq və ya ümumən razılaşmağı ifadə etmək qaydasında göstəriş verirdi. Bəzi hallarda imperator tənqid edəni cəsarətinə görə tərifləyirdi. Lakin saray yaxınlaşan tufandan qorunmaq üçün tənqidin alim məmurlar arasında özəl nüsxələr şəklində yayılmasına qadağa qoyurdu. Saray nadir hallarda rəy qulluqçularını cəzalandırırdı, bəzən hətta onlara vəzifədən çıxmağa da icazə vermirdi. Hər bir belə hərəkət sarayın yararlı konfutsiçi nüfuzuna xətər toxundururdu.

 

Sonrakı Cənubi Sun imperatorları nəhəng və mürəkkəb bürokratiyanın qorxulu yükünü daşımaq istəmirdilər. Onların əksəriyyəti başlıca olaraq təhlükəsizliyə və status-kvoya maraq göstərirdilər. Cənubi Sun siyasəti tarixin qüdrətli baş müşavirləri ilə çox iş görməli idi. Yaxşı bir baş müşavir vergi gəlirlərini artırmış, sarayın fiskal bazasını möhkəmləndirmiş və özəl imperial xəzinəni varlandırmışdı. Bu xidmətlərinə görə o, bütün ömrü boyu bürokratiya üzərində tam nəzarətə malik olmuşdu. Bir sıra aparıcı baş müşavirlər müvəkkillik qaydasında həmin hökmdarlara yaxın idi. Onlar həm maliyyə, həm də hərbi işlərə nəzarət edirdilər. Ancaq imperatorlar özlərinin ayrıca imperial xəzinələrinə malik idilər. Baş müşavirlər yalnız imperatorun etimadı ləyaqətinə görə nəhəng qüdrət sahibi olurdular.

 

Cənubi Çinin süqutundan bir neçə il əvvəl kağız valyutanın inflyasiyası ilə birlikdə ağır vergilər, torpaq mülkiyyətinin təmərküzləşməsi, bürokratiyanın zəifliyi, dəftərxananın sui-istifadələri və kasıb kəndlilər üçün ədalətli olmaması daxili iğtişaşların yüksək dərəcədə baş verməsinə meyl edirdi. Bir sıra yerli iğtişaşlar baş versə də, hələlik elə bir iri qiyam yox idi. Nəzərə çarpan daxili həmrəyliyə bir neçə alimlər də təsir edirdi. Hökumət ərazisinin digər hissələrini buna cəlb etməməklə, aşağı Yantszının varlı regionunun ehtiyatlarını yığırdı, ağır vergi yükü imperiyanın onurğa sütunu olan kəndlilər üzərinə deyil, əsasən varlı şəhər bölmələrinin üzərinə qoyulurdu. Kəndlilər yəqin ki, öz imkanlarına və davranışlarına görə daha çox konfutsiçi idilər.

 

Monqollar müəyyən şəraitlərdə kəndlilərə ağalıq edirdilər, lakin onların həmrəyliklərini məhv edə bilmirdilər. Monqol işğalı altında da Çin mədəniyyətinin təkamülü gedirdi.

 

Li Tsun (1225-1264-cü illərdə hökmranlıq etmişdi) və onun varisi Tu Tsui (1265-1274-cü illərdə hökmranlıq etmişdi) müstəsna olaraq əyləncə ilə məşğul olurdular, lakin onlardan çoxunu ehtiyat edərək xalqdan gizlədirdilər. Torpaq mülkiyyətçilərinin iri malikanələrindən üçdə biri müsadirə edildi və ordunun xərcləri üçün istifadə edildi. Bu vaxt hökumət qeyri-adi təhlükə və gəlir defitsiti ilə üzləşdi. Görülən tədbirlər hakim sinfin nüfuzlu elementlərinə ziyan vurmaqla, baş müşaviri populyar etdi. Onun tarixdəki xəstə şöhrəti isə monqollar tərəfindən məğlubiyyətin nəticəsi kimi üzə çıxdı. Baxmayaraq ki, o, möhkəm müdafiə olunurdu.

 

Cənubi Çində mülki xidmətdə müntəzəm vəzifələrin sayı, bir çox sinekuraları nəzərə almadan 20 minə çatırdı. Bura çox sayda hərbi zabitlər daxil deyildi. Hökumət xidmətinə daxil olanlar nadir hallarda vəzifədən gedir və ya kənara atılırdı. Bu vaxt dövlət imtahanları dalğasında gəlmiş yeni namizədlər vəzifə almağı gözləyirdilər. Beləliklə, daim böyüyən namizəd ehtiyatı boş vəzifələrdən xeyli çox olurdu.

 

Konfutsi nəzəriyyəsinə müvafiq olaraq hər bir inkişaf daha çox kitab çap etmək, məktəblər və təhsil üçün imkan yaradırdı. Lakin orijinal Konfutsi ideallı olan elit nümayəndələrinin, ümumiyyətlə, cəmiyyətə və icmaya xidmət etmək niyyətini güdürdü.

 

Yüksələn təhsil standartları imtahanlarda rəqabəti nəzəri cəhətdən daha çətin edirdi və orta hesabla vəzifə tutanların keyfiyyət dərəcəsini qaldırırdı. Lakin boş vəzifə yerləri az olduğundan təyinatda təsir, favoritizm və rüşvət vicdanlılıq və keyfiyyət əvəzinə həlledici faktorlara çevrilirdi.

 

İri prefekturalarda 300-ə, kiçik prefekturalarda isə 100-ə yaxın məmur işləyirdi, onlar az sayda qulluqçuların nəzarəti altında fəaliyyət göstərirdilər. Bütün bürokratların idarə məmurlarının sui-istifadələrindən gileylənmələrinə baxmayaraq, çoxu bu məmurlara həmin pozuntular üçün şərait yaradırdılar. Məmurun pis hərəkəti aşkar edildikdə, o, özünü xilas etməyi də kifayət dərəcədə bilirdi - həbs edilməmişdən əvvəl qaçırdı, hökmün yumşaldılmasını xahiş edirdi və ya imperial bayramlara təsadüf etdikdə mərhəmət göstəriləcəyinə bel bağlayırdı.

 

Bu pis şəraitdə xüsusi neokonfutsianizm məktəbi qalxmağa başladı. İdealist filosofların çoxu bu məktəbə üzv və şagird kimi qoşuldu. Onların siyasətdə güclü olmamalarına baxmayaraq, qazandıqları nüfuz hakimiyyətdə olanlara təhlükə törədirdi. Baş müşavir özünün bəzi siyasi məsləhətçilərinin onlara rəğbət bəsləmələrindən agah olduqda, xüsusilə təşviş keçirməyə başladı. Əslində münaqişə iki qütbvarı səviyyədə idi - siyasi hakimiyyətdə və ideoloji nüfuzda. Konfutsi dövlətinin təbiəti tələb edirdi ki, əgər onlar üst-üstə düşmürlərsə, bir nöqtədə birləşməlidir.

 

Sun Çininin dəyişiklikləri mədəniyyəti yüksəltmək üçün xeyli dərəcədə kifayət idi. Kənd təsərrüfatının inkişafı 100 milyondan artıq əhali üçün yaxşı məhsul ehtiyatı istehsal etməyə imkan vermişdi. Həmin vaxtkı dünyada bu, ən böyük əhali idi. Müxtəlif növ erkən yetişən düyü XI əsrdə müasir Kambocadakı Çampadan idxal edilirdi, onlar becərmə dövrünü 100 gündən az olan müddətə çatdırmışdılar, ildə iki, isti cənubda isə üç dəfə məhsul götürürdülər. Digər yeni məhsullar arasında ən mühümü pambıq idi, bu həm varlını, həm də kasıbı paltarla eyni qaydada təmin edirdi. İpək və kətan həmçinin mühüm əhəmiyyət daşıyırdı. Yaxşılaşdırılmış alətlər və mexaniki ixtiralar işçi qüvvəsinin səmərəliliyini artırmışdı.

 

Qızıl, gümüş, qurğuşun və qalay kimi mineral malların da istehsalı artmışdı. Dəmir və daş kömür, axırıncı Marko Poloya görə qara daş kimi tanınırdı, istehsalı da sürətlə yüksəlirdi. Nəqliyyatın qabiliyyəti yaxşılaşdırıldı, bu, resurs mənbələrində istehsal edilən məhsulu uzağa daşımağa imkan verirdi və uzaq hissələrdə məhsulların yararlı qalmasına şərait yaradırdı. Yollar ətrafında özəl mehmanxanalar yerləşirdi. Çaylarda gəmilər və barjlar üzürdü. İri gəmilər işçi qüvvəsi vasitəsilə sürətlə hərəkət edən təkərlərə malik idi. Onların çoxu dənizlərdə üzürdü.

 

İnkişaf etmiş pul iqtisadiyyatı hər yerdə özünü büruzə verirdi. Çox sayda becərilən torpaqlar nağd pula satılan məhsul istehsal edirdi. 1065-ci ildən nağd pul şəklindəki vergi ödənişinə keçildi və bu, Tanın 749-cu ildə aldığından 20 dəfə çox idi. Cənubi Sunun gəliri taxıl və parça qəbuluna nisbətən daha çox nağd puldan ibarət idi. İqtisadiyyat, daha çox dəyişikliklərə lazım olan belə bir vəziyyətdə tərəqqi edirdi. Tacirlər uçan pul adlanan çeklərdən istifadə edirdilər. Hökumət regional dövriyyə üçün məhdud qaydada kağız pul çap etməyə icazə versə də, sonra onu bütün milli ərazidə leqal seçim yolu kimi səlahiyyətləndirdi.

 

Bəzi metropoliya zonalarında əhali 1 milyona çatırdı, 250 mindən 500 minə qədər əhalisi olan bir düjün digər şəhərlər də mövcud idi.

 

Əhali sıxlığı çox ciddi idi. Evlər adətən dar arakəsmələrə malik idi. Yanğınlar tez-tez baş verir və bədbəxtlik gətirirdi. Qonşuluqdakı yanğınsöndürmə dəstələri əllə su vurmaqla, evlərin məhv olmasının qarşısını ala bilmirdi və bəzi yanğınlar bir neçə gün davam edirdi. Buna baxmayaraq, şəhər həyatı inkişaf edirdi.

 

Çay evləri, şərab dükanları, yüksək ləzzətli xörək mətbəxləri çox sayda və müxtəlif qaydada idi. Əyləncə üçün çoxlu şəraitlər yaradılmışdı. Yuxarı sinfə məxsus ailələr yüksək mədəniyyətdən həzz alırdılar, buna musiqi, qumar oyunları, zövqlü hobbilər, kalliqrafiya, rəssamlıq və poeziya daxil idi. Gənc adamlar idmanla məşğul olurdular.

 

İqtisadiyyatın dəstəyi yararlı bir mərkəzdə yerləşməsindən asılı idi. Cənubi Sunun paytaxtı “tərəvəzi şərqdən, suyu qərbdən, ağac materialını cənubdan, düyünü isə şimaldan alırdı”. Axınlar həm də kanalizasiya sistemi kimi işləyirdi.

 

İxtisaslaşmaya görə bilik genişlənirdi. Təbabət akupunktura, diş, burun-boğaz, göz həkimliyi, revmatizm və iflicin müalicəsi kimi sahələri əhatə etdi. Texnologiyanın yaxşılaşdırılması tələbinə neokonfutsionalizm fəlsəfəsi müəyyən müraciətlərlə kömək edirdi, elmdə meydana çıxan bir sıra tədqiqatların inkişafına şərait yaradırdı. Çap etmə ilə savadlılıq genişlənmişdi. Klassikanın öyrənilməsi ilə çox sayda alimlər yüksək standartlara nail olmuşdular. Astrologiya, arxeologiya, fəlsəfi izahatlar, dövlətçilik ideyaları, poeziyanın klassik formaları inkişaf edirdi.

 

Çin mədəniyyətinin Sun irsi ətalətdən çox uzaq idi. Qədim başlanğıclara əsaslanmaqla o, yeni fəvvarə vurana çevrildi və bu, sonrakı əsrlərdə də aparıcı rol oynadı.

 

Yuan sülaləsi

 

Çingiz xan 1206-cı ildə Çində monqol tayfaları üzərində ali hakimiyyətə yüksəldi və bir neçə ilin içərisində o, Şimali Çini işğal etməyə cəhd etdi. Hsi Hsianın Tanqut dövləti və şimali-şərqi Tibetlə ittifaq bağlayıb, Cuçenə qarşı hücum üçün əlverişli şərait yaratdı. Monqol orduları öz hücumuna 1211-ci ildə başladı, şimaldan üç qrupla müdaxilə etdi. Çingiz xanın özü isə mərkəzi qrupa başçılıq edirdi.

 

Monqollar mühasirə sahəsində və sıx əhalisi olan zonalarda müharibə aparmaqda az təcrübəyə malik idilər. Onların gücü başlıca olaraq süvari hücumlarında idi.

 

1215-ci ildən sonra Cuçendəki Çin şimalda monqollarla, cənubda Sun Çini arasındakı kiçik bufer dövlətə çevrildi. Hsi Hsiaya qarşı 1226-1227-ci illərdəki monqol kampaniyaları və 1227-ci ildə Çingiz xanın ölümü Cuçen Çininə azacıq fasilə verdi, lakin monqollar öz hücumlarını 1230-cu ildə bərpa etdilər.

 

Sun Çini Cuçenə itirdiyi bəzi əraziləri geri almağına şans yarandığını görüb, monqollarla ittifaq bağladı. Cuçen Çininin imperatoru paytaxt təslim olmamışdan əvvəl Honandakı axırıncı iqamətgahına köçdü, lakin bu qaçma fəlakətli oldu. 1234-cü ildə imperator özünü intihar etdi və mütəşəkkil müqavimət kəsildi. Bu dövlətin cənub sərhədi - Huay Ho bu vaxt şimali Çindəki monqollara tabe olan ərazinin sərhədinə çevrildi.

 

Sonrakı onillikdə Çinin şimalındakı monqollarla cənubdakı Sun dövləti arasında heç də asan olmayan birgəyaşayış vəziyyəti davam etdi. Monqollar Çingiz xanın nəvələri Böyük xan Mönkenin və onun qardaşı Xubilay xanın başçılığı altında 1250-ci ildə öz irəliyə doğru hərəkətlərini bərpa etdilər. Onların orduları Yantszı çayı üzərindəki başlıca Çin müdafiə məntəqələrinə çatdılar və indiki Yunnan əyalətindəki cənubi-qərbi Çinin xeyli içərilərinə girdilər. Burada müstəqil Tay dövlətini işğal etdilər və hətta indiki Şimali Vyetnama çatdılar. 1259-cu ildə Mönke öldü və Xubilay onun varisi oldu. Xubilay Sun sarayına səfir göndərib, dinc yanaşı yaşamaq şəraitinin yaradılmasını təklif etdi. Lakin Sun hökuməti onun diplomatik missiyasını cavabsız qoydu.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 22 avqust.- S.20