Qanunları qoruyub, qaydaların pozulmasından zövq almaq iddiası

 

YAXUD, SƏMƏD VURĞUN SƏTİRLƏRİ ÇİNARA MEH GƏTİRMƏK GÜCÜNDƏYMİŞ...

 

Qardaşım Respublika Xəstəxanasının reanimasiyasında, oğlum qəbul imtahanında, ürəyim çantamdakı kardioloji dərmanlarınyanında”, özüm işdə, gözüm pəncərədən görünən çinarların yarpaqlarında. Hansısa budağın bir yarpağı əssə, ona muştuluq verməyə hazıram. Küləklər şəhəri”ndə nəinki külək, heç adi bir meh yoxdur. İş gününü necə axşam edəcəyik, bilmirəm. Tək onu bilirəm ki, Allah hamının yoluna işıq salandır.

 

...Qapı açılır İlqar Musaoğlu (Hamı onu belə çağırdığına görə bəlkə soyadının Həsənov olduğunu əksər tanışları bilmir ) sanki onu qovan istinin əlindən qaçırmış kimi özünü içəri salır:

 

- Salam, qərdeeeeş! (Azərittifaqda işləyəndə dostluq etdiyi bakılı oğlanın salam vermək jestini hələ yaşadır).

 

Cavab verməyə halım olmadığını dərhal hiss edir damarımın zəif yerini yaxşı bildiyimə görə əleykəssalamı gözləmədən söhbətə başlayır:

 

- Hacı, bilirsən bayaq maşında yadıma hansı şeir düşmüşdü?

 

“Allah kömək olmuş, mənim şeirlik vaxtımdır?” - deyə fikirləşsəm , sualını da salamı kimi cavabsız qoyuram. Yenə susduğumu görəndə şeiri başlayır:

 

- Maşını sür görək, Anatoli, sür!

Bu yaxın komada dincələk bir az.

Qoyun sürüləri çox görünür,

Bir dələmə tapıb içsək, pis olmaz.

 

Deyəsən, külək əsdi axı. Atam deyirdi ki, istini , soyuğu da əvvəlcə adamın ürəyi hiss edir, sonra əllərin, ayaqların isinir ya üşüyür. Mənasını bilmədiyim həmin məntiqlə razılaşmamışdım. Amma indi ürəyimə sərinlik gətirən misraların möcüzəsiydi, ya idi, qeyri-ixtiyari çinarlara baxdım. Yarpaqlar əsmirdilər.

 

Səməd VurğununMuğanpoemasınınDördüncü nəğmə”si çinar yarpağı kimi titrəyir, pıçıldaşır ... sərinlik gətirirdi. Bu məqamda İlqarın üçüncü ali təhsili köməyimizə çatmışdı. O, Jurnalistika fakültəsindən sonra iqtisadçı olmaq üçün daha bir ali təhsil almış, sonra isə universitetin Hüquq fakültəsində oxumuşdu.

 

İndiyuristliyiişə yaramışdı rəngimin açıldığını hiss edəndə davam etdi:

 

...Çoban qarşılayır bizi xoşsifət,

Tuluqdan süd tökür: - Buyurun, - deyə,

Atüstü olsa da, qısa bir söhbət

Dönür unudulmaz bir xatirəyə.

 

Kimsən, haralısan? Danış, ay çoban!

- Dağıstan əhliyəm, ləzgiyəm, qardaş!

Qışlaq yerimizdir qədimdən Muğan,

Biz ona həmdəmik, o bizə sirdaş.

 

- Yaxşı, verəcək sənə bu qışlaq?

Yoxsa bir qoyunun iki olacaq? -

Çoban gülümsəyir, bilmirəm nədən

Verir cavabını fikirləşmədən:

 

- Muğan Muğan olsa, biri üç elər,

Muğan tufan olsa, üçü heç elər...

 

Oxucum! Belədir aqil babalar,

Bir dastan yaradir ikicə sözlə;

Bu kamal dünyası gülər bir üzlə,

Nəsildən nəsilə keçir yadigar...

 

Bura qədər olanlar dəqiq yadımda olsa da, sonrakıproses”, yənidünyanın dərdinitamamilə yaddan çıxartmağım necə baş vermişdisə, bilmirəm. Sonralar bu əhvalatı dəfələrlə yaşlı həmkarlarımıza danışdım. Biri dedi, ona olan hörmətim birə beş artdı, biri xahiş etdi ki, İlqar bizim otaqda olanda yada salarsan, biz eşidək. Yada saldım. Amma İlqarMuğanpoemasından deyil, “Bakının dastanı”ndan, “Aygün”dən, “Zəncinin arzuları”ndan oxudu. Hər dəfə biz mat qalırdıq. O, Səməd Vurğun yaradıcılığını əzbər bilirmiş. Ömrü boyu paxıllıq hissindən kənar olanları da paxıllığa sövq edə biləcək xoşbəxtlikdir.

 

lll

 

Bir dəfə dedim ki, onun jurnalist kimi peşəkarlığı, qabiliyyəti bölgə müxbiri kimi keyfiyyətləri haqqında çox yazılıb. Amma hüquqşünaslığı barədə yazılmayıb, Güldü: - Universiteti başa vurandan sonra bir gün belə işləmədiyim ixtisas haqqında yazacaqlar ki?...

 

Əslində o, hər gün qanunların, hüquqlarımızın keşiyindədir. İstənilən söhbətdə kimsə səhv danışırsa, İlqar Musaoğlu düzəliş verir:

 

- Qanunla, qanunla, (Gəncəlilərin əksəriyyəti kimi danışıq dilindəki cümlənin ilk sözünü elə deyir ki, ifadə mütləq əkiz kimi səslənir. “Bu günsözünüböyün, böyün”- deyəndə isə daha çox gəncəli olur) məsələ o şəkildə həll olunmalı deyil. Qanun belədir ki... Beş dəfə, on dəfə deyil, daim ondan qanun belədir ki, ifadəsini eşitmişik. Həqiqətən, qanunları bilir müdafiə etməyə çalışır. Bəziləri deyirlər ki, daim prokurorlarla, məhkəmə hakimləri ilə dostluq etdiyinə görə qanuna münasibəti belədi. Amma yox. Öz canında olan odur.

 

Maraqlıdır, qanunları sevən qorumağa çalışan adam qaydaların, daha çox isə konkret olaraq bir qaydanın pozulmasından zövq alır bunu təbliğ edir:

 

- Hacı, sən Allah, qol vuran futbolçunun stadiondakı sevincini, maykasını çıxarıb azarkeşlər tərəfə qaçdığını görmüsənmi? Öz canım üçün, elə bilirəm ki, o qolu vuran da mənəm, sevinci stadionu başına götürən .

 

- Ay kişi, futbolçunun o hərəkətini alqışlama. O, qayda pozuntusudur. Hakim sarı kartla cəzalandırır.

 

- Qoy cəzalandırsın. Mən o sevinci yaşayım, istəyir lap qırmızı kart versinlər.

 

Orijinal yanaşma tərzidir.

 

lll

 

...Bu yaxınlarda mənim cəmi yeddi il çalışdığım Dövlət RadiosundanXalq qəzeti”nə gəlməyimin 20 ili tamam olacaq. Bu kollektivdə çox şeyə nail olsam da, ürəyim daim radioda qalan səsimin yanında olub.

 

Orada çox böyük xəzinə var. İstənilən verilişin maraqlı alınması üçün minlərlə lent yazısı arasından seçim edə bilirsən. Çox maraqlı və qəzetdəkinə nisbətən daha məsuliyyətli işdir. Qərəz, hələ qulağım radioda, oradakı həmkarlarımın yanındadır. Ancaq maraqlıdır ki, Radio Günündə telefonun dəstəyini götürüb məni ilk təbrik edən həmişə İlqar Musaoğlu olur.

 

Qeyd eləmişdik ki, onun yaxşı yazmağı, yaxşı danışmağı, Səməd Vurğunu əzbər bilməyi, poemanın ayrı-ayrı parçalarını məhz lazım olan səviyyədə səsləndirməyi jurnalistliyindən irəli gəlir. Bir sıra başqa məsələləri isə onun hüquqşünaslığı, digərlərini iqtisadçılığı ilə əlaqələndirmişdik. Bəs ürəyi 20 il radio efirində, səsyazma studiyasında qalan, iki on il müddətdir ki, mikrofondan ayrılıb qələmlə işləyən insanı hər il əvvəlki peşə bayramı münasibətilə təbrik etmək diqqəti hansı ixtisasdan qaynaqlanır? Məgər insanlıq adlı ixtisas da varmı? Qərəz, avqustun 24-də əziz dostumuzun, insanlıq da daxil olmaqla, dörd ixtisaslı İlqar Həsənovun daha bir ad günü qeyd ediləcək. Cansağlığı və uğurlar arzulayırıq.

 

 

 

İttifaq MİRZƏBƏYLİ

525-ci qəzet.- 2015.- 22 avqust.- S.15.