Əbülfəs Qarayev
Goranboyda vətəndaşları qəbul
edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Goranboy şəhərində Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr
şöbəsindən APA-ya verilən məlumata görə, məsul işçilərin
iştirak etdikləri
qəbulda səslənən
müraciətlər yerlərdə
mədəniyyət müəssisələrinin,
musiqi və incəsənət məktəblərinin
fəaliyyətinin yaxşılaşdırılması,
tarixi abidələrin
təmir-bərpası, turizmin
inkişaf etdirilməsi,
mədəniyyət ocaqlarında
ixtisaslı kadrlara tələbat, işlə
təminat və digər məsələlərlə
bağlı olub.
Ə. Qarayev müraciətlərdə
yer alan
məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə
müsahibəsində dövlət
başçısının tapşırığı ilə
yerlərdə mütəmadi
olaraq keçirilən
bu görüşlərin
əhəmiyyətini qeyd
edib. Vurğulanıb ki, vətəndaşlarla
birbaşa ünsiyyət
bir çox məsələlərin operativ
şəkildə həllinə
kömək edir.
Nazir yerlərdə əhalinin mədəniyyət və
turizm sahələrinin
inkişaf etdirilməsi
ilə bağlı təşəbbüskarlığını, fəal vətəndaş
mövqeyini müsbət
qiymətləndirib.
Qəbuldan sonra Əbülfəs
Qarayev əsaslı təmir edilmiş Goranboy rayon Tarix-Diyarşünaslıq
Muzeyi və Kitabxana-İnformasiya Mərkəzi
ilə tanış
olub, hər iki mədəniyyət müəssisəsinin fəaliyyəti
ilə bağlı tövsiyə və tapşırıqlar verib.
525-ci qəzet.-
2015.- 29 avqust.- S.13.