Çin - qədim sivilizasiyamüasir möcüzələr ölkəsi

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Sun kansleri güman edirdi ki, Xubilaya qarşı vuruşmağa risk etmək üçün Sun kifayət qədər möhkəm mövqeyə malikdir, ona görə Xubilay tərəfindən təklif edilən şansa məhəl qoymadı. Sun generallarının bir neçəsi sonralar monqollara döyüşsüz təslim oldular.

 

1268-ci ildən monqollar bir neçə cəbhədə hücuma keçdilər. Beş il ərzində onlar Hsian-yanı mühasirədə saxladılar. Marko Polo öz kitabında lovğalanır ki, onun atası əmisi monqollar üçün katapulta yaratmışdılar, lakin Çin mənbələri qeyd edir ki, mühasirə artilleriyası birbaşa İraqdan olan ərəb mühəndislərinin rəhbərliyi altında idi. Nəhayət, 1273-cü ildə Çin komandiri təslim oldu. Lakin monqollardan belə bir vəd alına bildi ki, əhaliyə aman veriləcəkdir onun özü isə köhnə düşmənlərinin yanında vəzifə tutdu.

 

Xubilay xan öz qüvvələrini xəbərdar etdi ki, mənasız qırğına yol verməsinlər. Yantszı çayı üzərində bir neçə prefektura təslim oldu, monqol qoşunları Lin-ana çatdılar. Sun sarayının son dəqiqələrdəki sülh bağlamaq cəhdləri uğursuzluğa uğradı monqol orduları fevral ayında Lin-anı tutdu. Hökmranlıq edən Sun dul imperatriçası nominal imperator olan oğlan qayıqla ölkənin içərilərinə qaçdılar, sədaqətli nazir isə çayda batdı sonuncu sağ qalan imperial printslər isə okeanda qərq olub, həyatla vidalaşdılar. Mütəşəkkil müqavimət tezliklə başa çatdıqda, xarici müdaxiləçilər tarixdə ilk dəfə olaraq artıq bütöv Çin imperiyasına nəzarət edirdilər.

 

Hələ 1211-1215-ci illərdə monqollar Çinin şimalında uğur qazandıqdan sonra bu ərazini necə idarə etmək iri oturaq əhalidən maddi faydanı necə əldə etmək problemi ilə üzləşmişdilər. Onlara həmin vaxt xitan-çinlilər, hətta Cuçen reneqatları kömək edirdilər. Bunun əvəzində onlara çöl kübarlığının yüksək rütbələrinə bənzər vəzifələr verilirdi.

 

Monqol işğalının ilkin illəri ərzində hökumət sistemi monqol hərbi inzibatçılığının çinli ənənələrinin sintezindən ibarət idi. Monqol inzibatçılığında ən mühüm vəzifə möhür daşıyan idi, ilk əvvəllərdə onun səlahiyyətləri hər şeyə aid idi. Monqol Çininin mərkəzi inzibatçılığı, Çingiz xanın ən inanılmış müşavirlərindən birinin yaratdığı idi. O, 1229-cu ildə böyük xan olan Ödögeyin rəhbərliyi altında işləmiş onu inandırmışdı ki, rəsmi bürokratiya qursun qarışıq vergi yığmağı isə çinli xətti üzrə səmərələşdirilmiş vergi sistemi ilə əvəz etsin.

 

Ərazi əyalətlərə bölündü əyalət inzibatçılığı nizama çalınmış vergilər üçün başlıca məsuliyyət daşıyırdı. Adamlar torpaq vergisi can vergisi ödəməli idilər, bunlar parça taxıl növü ilə, yaxud da gümüşlə verilməli idi. Tacirlər satış vergisi ödəməli idilər. Şərab, sirkə, düz mədən məhsullarına da inhisar qoyuldu. Bütün bunlar monqol sarayının xəzinəsini xeyli sərvət toplamağa qadir etdi.

 

Ödögey Çində monqollara tabe olan torpaqlardakı daxili şəraitlərə marağını açıqca itirdi. 1230-cu illərdə Yaxın Şərqdən müsəlmanlar artıq monqol sarayında yüksək vəzifələri tutmağa başladılar və onların rəhmsizcəsinə istismarı monqol hökmranlığına qarşı nifrəti artırdı. Çin, əcnəbilər və onların müttəfiqləri tərəfindən çoxya az dərəcədə müstəmləkə kimi idarə olunurdu. 1260-cı ildə Xubilay xanın taxt-taca yüksəlməsi monqol hökuməti təcrübəsində əsl dəyişikliklərlə əlamətdar oldu. Xubilay monqol hökumətinin yerini Monqolustandakı Karakorumdan Şan-tuya (Yuxarı paytaxt) köçürdü, bu daxili Monqolustandakı müasir To-lun yaxınlığında idi. 1267-ci ildə rəsmi paytaxt Pekinə və ya Ta-tuya (Böyük Paytaxt) köçdü. Türkləşmiş adı Xanbalıq (Qan Balya, “Xan şəhəri”) olan Pekin bütün Asiyada, hətta Avropada məşhurlaşdı. Xarici MonqolustanKarakorum artıq monqol imperiyalarının mərkəzi deyildi.

 

Xubilay özünü çinli məsləhətçilərlə əhatə etmişdi. O, hələ də Asiyadakı digər monqol torpaqlarının (ulusların) nominal hökmdarı idi. Lakin çinli əyanları onu inandırdılar ki, ənənəvi Çin imperatorunun rolunu qəbul etsin. Həlledici addım 1271-ci ildə atıldı, bu vaxt Çin torpaqlarına çinlilərin sülalə adı - Ta Yuan, Böyük Yuan adı verildi. “Yuan” adının özü ancaq Çin ənənələrindən kənarlaşma idi. Bütün erkən Çin sülalələri qədim, feodal sistemli dövlətlərdən sonrakı adlaya coğrafi terminlərlə adlanırdı. XitanCuçen bu ənənəyə əməl edərək, öz dövlətlərini LiaoÇin (Mancuriyadakı çayın adı ilə Qızıl, Cuçen adı da “qızıl” mənasını verirdi) adlandırdılar. Yüksək vəzifələr də ənənəvi çinli adlarına malik olsalar da, onlar qeyri-çinlilər üçün saxlanırdı. Xubilay xan isə yüksək inzibati vəzifələrdə az sayda monqollara malik idi. Öz tayfa liderliyinin üzvlərinin bəzilərindən açıqca şübhəli olduğundan, o, bütünlüklə əcnəbilərə üstünlük verirdi. Ancaq monqol kübarlığı ali vəziyyətdə qalırdı. Yuan Çinində aşağı zümrə qullar idi, onların sayı kifayət qədər çox idi. Qul statusu irsi idi və yalnız müəyyən şəraitdə qul azad ola bilərdi.

 

MonqolÇin dualizmi həmçinin inzibati sənədlərin və dillərin problemlərində də əks olunurdu. İdarə edən monqollardan çox azı Çin dilini bilirdi, Çin yazısını bilənlər isə daha az idi.

 

Monqol inzibatçılığı Çin iqtisadiyyatını yenidən birləşdirdi. Dənizlə başqa yerlərə taxılı daşımaq güzəştləri Cənub sahil zonalarından olan bəzi çinli özəl adamlarına verildi. Bu özəl gəmi sahibləri taxılı aşağı Yantszı regionlarından Şimali Çin limanlarına daşıyırdı, oradan isə məhsul paytaxta göndərilirdi. Çində daxili ticarətin inkişafına kömək edən digər faktor valyutanın vahid formaya çevrilməsi idi. SunCuçen Çini kağız pullar buraxırdı, ancaq bu, bürünc sikkələrə əlavə kimi çap edilirdi. Yuan hökuməti ilk dəfə kağız pulu bütün imperiya üzrə yeganə qanuni valyutaya çevirdi.

 

Monqollar təbəələri üzərində öz dinlərini sitayiş qüvvəsinə mindirməyə cəhd etmirdilər. Bu Çində mövcud olan dinlərə təsəlli verən azadlıq bəxş edilməsi demək idi. Çingiz xan 1223-cü ildə daoist patriarxına və onun ardıcıllarına vergilərdən tam azad olunmaq hüququ vermişdi. Bu Çindəki müxtəlif dinlərin xadimlərinə xüsusi imtiyazlar verilməsi barədə idk ediktlər seriyası idi.

 

Bir sıra dövrlərdə belə görünürdü ki, daosizm monqol hökmdarlarının hörmətini qazanacaqdır. Böyük xan Mönkenin icazəsi ilə daosistbuddist keşişləri arasında bir sıra diskussiyalar baş verdi. Daosizm Yuan sülaləsinin hakimiyyəti altında öz mövcudluğunu davam etdirirdi.

 

Çin ölkədə ayrı-ayrı şəkildə mədəni mahiyyətə malik olsa da, Yuan sülaləsinin hökmranlığı altında çinlilər Asiyanın digər hissələrinə yayıldı. Çin təbabəti fars dilinə tərcümə edilmişdi, XIII və XIV əsrlərdəki Persiya miniatür rəssamlığı Çin rəngkarlığının çox saydakı təsirinə məruz qaldığını göstərir. Çin tipli inzibatçılıq və kansler təcrübəsi Mərkəzi Asiyadakı və Yaxın Şərqdəki müxtəlif monqol hökmranlıqlarında tətbiq edilirdi. Hətta bu da güman edilir ki, Avropada barıtın və çap işinin icadı Çindən nüfuz etmiş həvəsin təsirinə borcludur, baxmayaraq ki, Çindən Yaxın Şərq vasitəsilə birbaşa təsirin mövcudluğu sübut edilə bilinməmişdir.

 

Yuan sülaləsindən əvvəl Çin sivilizasiyası çox böyük olaraq qalırdı və müəyyən mədəni izolyasiyanizm mühüm element kimi öz təsirini itirmirdi. Dünyada çinlinin imiciya çinli mövqeyi heçciddi sürətdə dəyişilməmişdi. Yuan sülaləsi altında Çində baş verən dəyişikliklər və çağırışlar ancaq Min tarixində daha çox qaydada özlərini büruzə verdi.

 

Çində monqol idarəçiliyinin təməl dilemması monqolların Çin mülki institutları ilə eyniliyə nail olmağa qadir olmaması idi. Onlar özlərinin idarəçiliklərinin hərbi və müstəmləkə xarakterini də dəyişə bilmirdilər. Bu xüsusiyyət daha çox Xubilayın varislərinin dövründə özünü göstərdi və Yuan sülaləsinin son hökmdarı olan Toqon-temirin hökmranlığında maksimum həddə çatdı. Toqon-temirin özü Çin sivilizasiyasına heç də dostcasına münasibət bəsləmirdi. Həm də bu, bir çox aparıcı monqol xadimlərinin Çin mülki institutlarına qarşı nifrətini dəyişdirə bilmirdi. Əsrlər ərzində Çin öz sarayındakı qrup fraksiyaçılığı ilə tanınmışdı, ancaq bu, əsasən siyasi mənada vuruşma idi. Monqol franksionalizmi isə adətən hərbi gücü qazanmağa yönəlirdi. Monqol idarəetmə sinfinin hərbiləşməsi tədricən Çin cəmiyyətinə də keçirdi. Zəif imperatorun başçılıq etdiyi mərkəzi inzibatçılıq öz aliliyini saxlamaq qabiliyyətinə malik deyildi.

 

Beləliklə, monqol idarəçiliyinin hərbi xarakteri çinli qiyamları üçün yola daş döşədi, onlardan bəziləri yuxarı siniflərdən gəlirdi və istismar edilən kəndlilər arasında tərəfdarlar tapırdı. Monqol sarayı və əyalət inzibatçılığı müəyyən sayda sədaqətli zabitlərə və əsgərlərə arxalana bilərdi. Beləliklə, qiyam hərəkatının 1350 və 1360-cı illərdəki proqressi yavaş sürətlə getməkdə qalırdı. Nankin şəhərini öz bazası kimi seçən qiyam orduları 1368-ci ildə Ta-tunu tutdular. Monqol imperatoru Şan-tuya, sonra isə Xarici Monqolustana qaçdı, onun arxasınca devrilmiş hökumətin qalıqları da getdi.

 

Sonrakı əsrdə monqollar hələ də Çinin güclü potensial düşməni olaraq qalırdı və Monqolustanda Çingiz xan nəsli özünü Çinin legitim hökmdarları kimi qiymətləndirməkdə davam edirdi. Monqol hökmranlığının əsri Çin hökuməti üzərində davam edən bir sıra xüsusiyyətlər qoymuşdu - imperial mütləqiyyətin avtoritar idarəetməsinin müəyyən kobudluğu Yuan sülaləsindən irs kimi götürülmüşdübunlar varislik edən Çin hökumətinə də xas idi.

 

Taxt-tacda olanların səfehliyi, saraydakı fraksionalizm, monqol generalları arasındakı rəqabət, səmərəsiz nəzarət, əyalət və yerli inzibatçılığın səmərəsiz koordinasiyası 1340-cı illərdən Yuan sülaləsi hökumətini ciddi sürətdə zəiflətdi. 1334-cü ildə HuanHuay çaylarının hövzələrində fəlakətli daşqın uzun müddət ərzində istismar edilən yüz minlərlə çinli kəndliləri açıq üsyana qaldırdı. Üsyan hərəkatı xüsusən mərkəzi Çində sürətlə və geniş sürətdə yayılırdı. Yuan tayfa başçıları Ta-tuja (indiki Pekin) ağalıq etmək üstündə bir-birləri ilə rəqabət aparanda, bu üsyan ayrı-ayrı əyalətlərdə genişlənəndə, cənuba keçəndə yaranan dövlətlər problemi həll etmək əvəzinə özlərini qoruyub saxlamaqali mövqe üstündə mübahisəyə başladılar. Belə qarışıqlıqdan kənarda Min adlanan yeni yerli sülalə (1368-1644-cü illər) meydana gəldi.

 

(Ardı var)

Telman Orucov

 

525-ci qəzet.- 2015.- 29 avqust.- S.20.