ADAM YERİNƏ
Hələ çox təzadlar sözə dönəcək,
Necə də xoşbəxtəm, şadam yerinə...
Hələ çox alışıb közə dönəcək,
Söz ağrım yerinə, qadam yerinə.
Bir eşqi Allahdan sirr eləmisən,
Məbəd eləmisən, pir eləmisən.
Niyə
yersizlərə yer eləmisən,
Məni qoymuşdunsa müdam yerinə?
Hanı
o minillik sədaqət,
hanı,
Tanıya
əbədi dostu-düşmanı...
Belə
sevməmişdi İnsan
İnsanı,
Ağactək qurudum, matam yerinə.
Şair,
demə hədər yaşayacağam,
Beləcə birtəhər yaşayacağam.
Torpaq sanı qədər yaşayacağam,
Mən anam yerinə, atam yerinə.
Bacara bilmədim qaragüruhla,
Ömrünü-gününü ağrıya
rahla...
Didərgin düşmüşəm bu can, bu
ruhla,
Özgəyəm Göyünə, yadam
Yerinə.
Yu apar doluyla, yağışla
məni,
Sevən ürəklərə naxışla
məni.
Bağışla, İlahi, bağışla
məni,
Sən məni qoymadın adam yerinə.
SÖZ
ALƏMİNDƏ
Mən qəmə aşiqəm, dərd ilə şadam,
Özümə özgəyəm, özümə
yadam -
Boğulur şeirin içində
adam...
Hərə bir adamdı öz aləmində.
Sözə can verən də,
alan da
eşqdi,
Çiçəyi açan da, solan da eşqdi.
Həqiqət də eşqdi,
yalan da eşqdi,
Oğru aləmində, düz aləmində.
Bu şair ömrümü günə sərmişəm,
Həsrətə, hicrana könül vermişəm.
Bir az divanəyəm,
bir az dərvişəm,
Sərgərdan gəzirəm söz aləmində.
ALLAH,
MƏNİ BAĞIŞLA!
Qəminə ağladığın,
Bu bəxtikəm nəyindi?
Sən deyən olmadım mən,
Nə əvvəllər,
nə indi.
Nəyimi
sevdin mənim,
Layiqəmmi sevginə?
Get bir az da özünü,
Özgələri sevginən.
Solmayaydı çiçəklər,
Yağmayaydı yağışlar.
Sən deyən olmadım mən,
Allah, məni bağışla!
SALAM, AY
DİVAR!
Xoş gördük, axşamın
xeyirli olsun,
Necəsən bu axşam?...
Salam, ay divar!..
Gəl bir az dərdləşək, şeir
oxuyum,
Atam-anam divar, balam ay divar.
Dirilik şərbəti içib
gəlmişəm,
Ömrümü boyuma biçib gəlmişəm.
Bəsirət gözümü açıb
gəlmişəm,
Həqiqət önündə lalam,
ay divar!
Sözümə ayaq ver, yeni nəfəs ver,
Bu ilham pərimə
yenə həvəs
ver.
Min ildi susursan, səsimə səs ver,
Min ildi bir sözə qulam, ay divar.
Kiməsə asandı çətin
işlərim,
Bu sağır işlərim,
yetim işlərim...
Divara dirənir bütün işlərim,
Səccadəm, məbədim, qalam, ay divar.
Sən məndən inciyib küsə bilməzsən,
Sən ki, daş-divarsan, nəsə
bilməzsən.
Çəkil, qənşərimi kəsə
bilməzsən,
Mən haqqa yüyürən yolam, ay divar.
Gəl bir az dərdləşək, şeir
oxuyum,
Necəsən bu axşam?..
Salam, ay divar!
Faiq HÜSEYNBƏYLİ
525-ci qəzet.-
2015.- 29 avqust.- S.21.