Araba sürən oğlanın futbol oynamaq həvəsi

 

 

 

Mən topu sevirəm. O mənim uşaqlıq arzum, sevdam əbədi dostumdur. Bəlkə ona görə ki, top kürə formasındadır, günəşi, ayı xatırladır. Ya bəlkə nənələrimizin üstündə kökə bişirdiyi sacı...

 

Hər nədisə, top cəlbedicidir. Əvvəllər, uşaqlar körpə olanda  evimizdə rəngbərəng rezin toplar olardı. Sonra topların keyfiyyəti ölçüsü dəyişdi. Özü tez-tez yoxa çıxırdılar. Uşaqlar meydançada oynadıqdan sonra onları başqa top həvəskarlarına verirdilər. təbii ki, top geri qayıtmrdı. Yəqin yumru olduğu üçün məhlə uşaqları arasında dövrə vurur, dığırlana-dığırlana bu məhlədən o biri məhləyə keçirdi...

 

Səksəninci illərin sonlarında Moskvadan vətənə qayıdarkən bir torba top almışdım. Qonşu uşaqlarının hamısına çatardı, çatdı da. Hətta tələbə dostum dedi ki, səni alverçi bilib saxlayacaqlar. Bu qədər top almaq olar? İndi həmin uşaqlar böyüyüb yekə kişi olublar, öz uşaqlarına özləri top alırlar hər dəfə məni görəndə onlara top aldığıma görə minnətdarlıq edirlər, yəqin mən olmayanda da xatırlayırlar...

 

Bugünlərdə maraqlı mənzərəylə qarşılaşdım. Arabayla satlıq meyvə-tərəvəz daşıyan cavan bir oğlan məhlə uşaqlarının futbol oynamasına tamaşa edirdi. Meydança bir qədər hündürdəydi. Birdən top dığırlanıb oğlana tərəf gəldi həmin oğlan sevinclə, arabanı da əlindən buraxmadan, yoxuşu qalxa-qalxa topa tərəf getdi onunla oynaya-oynaya uşaqlara yanaşdı, hətta bəzilərini aldatmaq da istədi, birini keçib qapıya zərbə vurdu, top qapıdan keçdi, uşaqlar əl çaldılar, oğlan sevindi, sonra yenidən arabasını darta-darta yola düzəldi. O oğlanın bir gözü topaydı. Yəqin o da mənim kimi futbol oynamaqdan doymamışdı. Uşaqlıqda biz tərəflərdə top çətin tapılırdı. Onu yalnız şəhərdən alıb gətirirdilər. Top uşaqların ən müqəddəs kultuna çevrilmişdi.

 

Axşamüstü otdan qayıdanda qulağımız səsdəydi, topun səsini eşitmək üçün hazır idilər, onu eşidən kimi sevinirdilər. Mən çox vaxt arabanı eşşəkdən açmırdım da, eləcə həyətdə qoyub cumurdum Şama. Futbol meydançası Şamdaydı. Yeri gəlmişkən deyim ki, Şamşəmsözündəndir subasar deməkdir.

 

Şam dedim, Qüds (Yeurisəlim) yadıma düşdü. 2013-cü ildə Qüdsün ən hündür yerində, İsrail Milli Kitabxanasının qarşısında olarkən ilk dəfə göyün yumru olduğunu görmüşəm, kümbəzin qübbəsinə oxşayırdı, hər tərəfi dövrələmişdi. Yer üzünün ən hündür nöqtəsi olmasa da, bizim dayandığımız təpəlikdən göyə baxanda onun dairəvi olduğu dəqiq bilinirdi. Yəqin elə yerin qübbəsi ordaydı. Bəlkə ona görə ki, bura dinlərin (islam, xaçpərəstlik iudaizm) birləşdiyi qutsal məkandır.

 

Dedim axı, top mənim üçün (elə uşaqlar üçün ) bir kultdur...

 

Avqust 2015

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2015.- 29 avqust.- S.16.