Zəfər tanrısının adı - Atatürk
Paşalar onun arkasındaydılar
O, saati sordu
Paşalar: “Üç” dediler.
Sarışın bir kurda benziyordu
Ve mavi gözleri çakmak çakmaktı
Yürüdü uçurumun başına
kadar
Egildi, durdu.
Bıraksalar
İnce,
uzun bacakları üstünde yaylanarak
Ve karanlıkla akan
bir yıldız gibi kayarak
Kocatepeden Afyon ovasına atlayacaktı.
Nazim Hikmətin “Kuvayi Milliye” dastanından
1914-cü ildə Osmanlı
Türkiyəsi də
bütün qüvvələrini
səfərbər edərək
Birinci Dünya Savaşına qoşuldu. Bu savaş Türkiyə xalqına böyük müsibətlər gətirdi.
Antanta dövlətləri Osmanlını
bu savaşda tam məğlubiyyətə uğratdı.
1918-ci il oktyabrın 30-da qalib dövlətlərlə Türkiyə
arasında “Mudros” adlı təslimçi barışıq sazişi
imzalandı. Anlaşmaya görə Türkiyə
param-parça olurdu və işğalçı
ölkələr istədiyi
şəkildə burada
hegemonluq edə bilərdi. Ölkənin şərqində Ermənistan dövləti
yaratmaq da bu plana daxil
idi. 1919-cu il mayın 15-də yunan qoşunları
imperialist ölkələrin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal etdi, ingilis qoşunları
da İstanbula çıxarılmışdı. İzmirin işğalından sonra işğalçı dövlətlərin
Türkiyəni parçalamaq
siyasətinə qarşı
ölkədə milli
azadlıq hərəkatı
başladı. Uzun illər
davam edən müharibədən yorğun
düşmüş Osmanlı
türkləri yenidən
özlərində güc
taparaq düşmənə
müqavimət göstərirdi.
Sakarya savaşından sonra
Mustafa Kamal Paşa
1922-ci il martın 4-də Türkiyə
Böyük Millət
Məclisində bir nitq söylədi: “Qərarımız böyük
taarruzdur, lakin ləngidirik. Ona görə ki, hazırlıqlarımızı bitirməyə bir az zaman
lazımdır. Amma yarım hazırlıqla da olsa taarruz
edəcəyik...” Mustafa Kamal Paşa çıxışı edərkən
məqsədi həm zehinlərdəki, düşüncələrdəki
şübhələri atmaq,
həm də ordunu və xalqı savaşa və zəfərə hazırlamaq idi. Və iyunun 22-də rəsmi olaraq ölkədə taarruz qərarı verildi. Yunanların və digər işğalçı ölkələrin
diqqətini çəkməmək
üçün Mustafa Kamal
Paşa guya ordu birlikləri arasında futbol kulubu yaratmaq niyyəti ilə iyulun 28-də komandanları
Akşəhərə toplayaraq
taarruzun direktivlərin
verir və savaş avqustun 26-a təyin
edilir. Qərara alınır ki,
savaş Afyonun güneyindən Dumlupınar
yönünə doğru
basqın şəklində
başlasın və sonra meydan savaşına
dönüşdürülərək düşmən qüvvələri
tamamilə yox edilsin.
26 avqust 1922-ci il,
bir şənbə sabahı idi Kocatəpədə. Baş komandan
Mustafa Kamal Paşa, yanında Fevzi Paşa, Qərb cəbhəsi komandanı İsmət Paşa və müharibəni idarə etmək üçün yerlərini
almışdılar. Topçular
sabah saat
4:30-da hücum atəşi
ilə taaruza başladılar. Topçular
sabah saat
4:30-da hücum atəşi
ilə taaruza başladılar. Türk Ordusu güneydən,
quzeydən hərəkət
edərək qısa zamanda başarılı şəkildə irəliləyir,
yunanların müdafiə
xətti yarılırdı.
26-27 avqust gecəsi
yunan silah-sursatı ələ keçirilir.
Bir neçə gün içərisində Afyon
işğaldan tamam təmizlənir, Dumlupınara
doğru geri çəkilən yunan ordusu tamamən məğlub edilir.
Türk insanı şəhid düşdüyü yeri düşmənə tapdaq
etmədi, özünə
vətən etdi. Tam zəfərlə
irəliləyən turk ordusu qısa zamanda yüzlərlə yunan döyüşçüsünü və ordunun baş komandanı Trikopis əsir alır.
Adı tarixdə
“Meydan Müharibəsi”
kimi yazılan savaşda minlərlə türk mehmeti, gənci, qadını, qocası şəhid olur. Amma bir qarış
torpaq düşmənə
güzəştə gedilmir.
Avqustun 26-dan başlayan
Böyük Taarruz - Qurtuluş Savaşı
1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi
ilə başa çatır. Avqustun 30-da günorta saatlarında
düşmən ordusunun
böyük bir qismi zəfər tanrısı Atatürkün
atəş xətləri
arasında tamamilə
məhv edilmişdi.
Akşəhərdə hazırlanan
plan böyük bir başarı ilə sona varmış, qəhrəman türk xalqı düşməni
sıradan çıxarmışdı.
Lakin elə həmin gün qazi Mustafa Kamal Paşa qaçan düşmənləri təqib
etmək üçün
üç cinahdan Egeyə doğru irəliləməsini uyğun
görərək: “Ordular,
ilk hədəfiniz Akdenizdir”
deyə əmr verdi. Sentyabrın
13-də canavar dişli
Avropanın ideyalarını
dənizə tökdü,
Afyonun ardından sentyabrın 2-də Eskişehir,
9-da İzmir, 1-də Bursa, 13-də Mudanya düşməndən
təmizləndi.
Azərbaycanın 15-ci süvari alayı
Qurtuluş Savaşında
Azərbaycandan silahlı dəstələr
polkovnik Səməd Sayqının komandanlığı
ilə Cənubi Azərbaycandan keçərək
Ərzuruma gəlir və Qurtuluş Savaşına qatılır.
Bu barədə ilk məlumat
1920-ci il aprelin 23-də fəaliyyətə
başlayan Türkiyə
Böyük Millət
Məclisinin iyulun 8-dəki
iclasında millət vəkillərinə çatdırılır.
İclasda çıxış edən Silahlı Qüvvələrin Baş
Qərargah rəisi İsmət İnönü
bildirir ki, kömək məqsədilə
Azərbaycandan silahlı
dəstələr gəlib.
Onların yanında türk
ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) vardır.
Tarixi mənbələrdən məlum
olur ki, bir piyada və
süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə
göndərilir.
15-ci süvari alayına
qoşulan bu birlik 1920-ci ilin payızından başlayaraq
1921-ci ilin əvvəllərinə
qədər Şərqi
Anadolunun ermənilərdən
azad olunması uğrunda gedən döyüşlərə qoşulub. Azərbaycan əsgərləri
Sarıqamışın, Qarsın,
Gümrünün düşməndən
azad olunmasında böyük xidmətlər
göstərib. Daha sonra
Azərbaycan türklərindən
ibarət 15-ci süvari
alayı nəzdində
6-cı süvari tüməni
yaradılıb. Həmin tümən
Milli Qurtuluş Savaşının sonunadək
böyük rəşadət
göstərərək düşmənə
sarsıdıcı zərbələr
endirib. Döyüşən
türk ordusu daxilində könüllü
olaraq müharibədə
iştirak edən azərbaycanlıların da
sayı az
olmayıb. Onların önəmli bir qismi savaşdan sonra türk ordusunda xidməti davam etdirərək ali zabit
rütbəsinədək yüksəlib.
Bunlar arasında generallar - Cahangir Berker, Hüseyin Turqut, Nuri Berköz, Mahmud Berköz, polkovniklər - Yusif Xəzərli, Mehmed Akpolad, Salih Aksoy, Hüsameddin
Topaç və digərlərini göstərmək
olar. Azərbaycan o ağır illərdə
maddi və mənəvi yardımını
Türkiyədən əsirgəmədi.
Tədqiqatçı Hüseyn
Adıgözəlin yazdığına
görə, Mustafa Kamal
Paşa 1921-ci il martın 17-də,
2-ci İnönü savaşından
öncə Nəriman
Nərimanova məktub
ünvanlayaraq, maliyyə
dəstəyinə böyük
ehtiyac duyulduğunu bildirmişdi. Nərimanov dərhal büdcədə
olan 500 kiloqram qızılı Ankaraya göndərir. Bundan başqa,
xeyli miqdarda silah-sursat da Anadoluya yola salınır. Bunlar qardaşın
qardaşa vəfa borcu idi. Ən gözəl izahını Nəriman Nərimanovun 1921-ci il martın 23-də
Mustafa Kamal Atatürkə
yazdığı məktubdan
görə bilərik.
Türkiyə tərəfinin
borcları necə qaytaracağı barədə
narahatlıq keçirdiyi
bir vaxtda N. Nərimanov yazırdı:
“Paşam, türk millətinin bir ənənəsi vardır:
qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar. Biz qardaş xalqlarıq.
Hər zaman və hər
şəraitdə bir-birimizin
əlindən tutacağıq.
1918-ci ildə siz bizim əlimizdən
tutdunuz. Bizi ölümdən
qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu
gün sizin üçün etmək istədiyimiz bir qardaşın başqa bir qardaş üçün etmək istədiyindən başqa
bir şey deyil”.
Böyük türk zəfəri qarşısında pərən-pərən
düşən düşmən
orduları İstanbul
və Çanaqqala boğazlarını işğal
etmək planlarını
dayandırdılar. Onlar türk
xalqının haqlı
istəyini nəzərə
alaraq onların haqq və hüquqlarını
tanımağa məcbur
oldular. Lord Kinrossa görə İngiltərə hökuməti
ciddi bir krizlə qarşı-qarşıya
qaldığını anlayırdı.
Onlar türklərlə yeni bir savaşa girməkdən qorxurdu.
11 oktyabr 1922-ci ildə Mudanyada imzalanan atəşkəs anlaşmasıyla silahlı
müharibə rəsmən
dayandırıldı. Ədirnə də daxil olmaqla Trakiyanın
da Türkiyəyə
verilməsi üzrə
yunanlar tərəfindən
boşaldılması qərara
alındı. Anadolu torpaqlarında
yunan siyasətini yürüdən İngiltərənin
baş naziri Lloyd
George baş verənlərə
dayanmayaraq istefa etdi.
Rəsmiyyə
QARAYEVA
“Azərnəşr”in
redaktoru
525-ci qəzet.-
2015.- 29 avqust.- S.10