28 aprel çevrilişi Litva konsulunun gözü ilə

 

Bolşevik Rusiyasının 1920-ci ilin aprelində Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişi barədə indiyədək həm Azərbaycanda, həm başqa ölkələrdə yüzlərlə analitik məqalələr, tarixi əsərlər elmi monoqrafiyalar yazılıb. Belə nadir əsərlərdən biri Litvanın Bakıda ilk konsulu olmuş, Litva ədəbiyyatının məşhur klassiki, Litva Elmlər Akademiyasının ilk prezidenti Vintsas Kreve-Mitskəviçyusun qələmə aldığıBolşeviklər” (litvaca - “Bolşevikai”) sənədli siyasi oçerkdir.

V.Kreve-Mitskəviçyus 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində müəllim işləyib, rus dili ədəbiyyatı fənnini tədris edib. O, eyni zamanda burada ictimai-siyasi mədəniyyət xadimi kimi geniş fəaliyyət göstərib, Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin ictimai-siyasi münasibətlərinin inkişafına qiymətli töhfələr verib. Azərbaycan ədəbiyyatının klassik yazıçısı Abdulla Şaiqlə  yaxın dostluq yaradıcılıq əlaqələri saxlayıb. A.Şaiq litvalı həmkarı haqqında 1957-ci ildə xatirələrini çap etdirib.

“Kreve” litvalı ədibin təxəllüsüdür, əsl soyadı - Mitskəviçyusdur. Azərbaycanda Vikenti İosifoviç Mitskeviç kimi tanınan bu litvalı xadim 1912-ci ildə Bakı Xalq Universitetini yaradanlardan biri olub. O, Eserlər Partiyası Bakı şəhər komitəsinin təmsilçisi olaraq 1917-ci ildə Bakı şəhər Dumasına deputat seçilib. Bununla yanaşı, Vintsas Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra faydalı işlər görüb. O, 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışıb. 

V. Kreve 1920-ci ildə Azərbaycanda 28 aprel çevrilişinin bilavasitə şahidi olub. O, “Bolşeviklərsiyasi oçerkini real tarixi faktlara əsaslanaraq yazıb. V.Kreve bu əsərində 28 aprel çevrilişinin siyasi, ideoloji hərbi aspektlərini açıqlayıb. Üç hissədən ibarət olan bu oçerk ilk dəfə Kaunasda litvaca nəşr edilənTauta” (“Millət”) ictimai-siyasi qəzetinin 1920-ci ilin avqustunda (34, 35 36-cı saylarında) çap olunub. Oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüs səyləri ilə 2007-ci ilin noyabr 2010-cu ilin aprel aylarında Vilnüs dövri mətbuatında Litva, Azərbaycan rus dillərində işıq üzü görüb.

Oçerkin indiyədək Azərbaycan mətbuatında tam şəkildə dərc olunmadığını nəzərə alaraq onun orijinaldan tərcüməsini oxuculara təqdim edirik.

 

1. Sözdə yox, əməldə tanımalı

 

Bu gün bizim ən güclü qonşumuz, bolşevik Rusiyasıdır. Bolşeviklərlə necə rəftar etməyi bilmək üçün, öncə onları yaxşı-yaxşı tanımaq lazımdır, özü danışıqlar apardıqları zaman dedikləri sözlərə görə yox, yalnız gördüyü işlərinə, əməllərinə baxıb tanımaq lazımdır.

Bu gün biz bir zaman öncə Zaqafqaziya respublikalarının düşmüş olduqları vəziyyətdəyik. Bolşevikləri tanımaq, taktika hərəkətlərini bilmək, onları başa düşmək üçün bolşeviklərin Zaqafqaziyada törətdikləri əməllərlə tanışlıq faydalı olardı.

Denikinin Könüllü ordusunun süqutundan sonra Azərbayacan Demokratik Respublikası bolşevik Rusiyası ilə bilavasitə qonşu oldu. Azərbaycan Respublikası təxminən Litva Respublikasının doğulduğu tarixdə yaranmış dövlətdir. Bu dövləti 1918-ci ilin sentyabr ayında bolşevikləri Bakıdan qovmuş almanlar türklər  yaratdılar. Azərbaycan Respublikası o vaxt yaranmış digər  respublikalara bənzəyirdi; öz parlamenti vardı, nazirliklər işləyirdi, çörək hamıya bəs edirdi, dükanlar doluydu qiymətlər şükür ki, heç baha deyildi. Yaşamaq mümkün idi. Amma yenə, hər yerdə olduğu kimi, Azərbaycanda da əhalinin çoxusu həyatından narazı idi. İnsanlar sanki  yatıb yuxuda görürdülər ki, guya hakimiyyət başqa cür işləsəydi, yaşamaq daha asan olardı. Qara çörəyin qiyməti 6 rus rublu idi, çörəyi 8-9 rubla almaq olurdu. Camaat fikirləşirdi ki, əgər hakimiyyət daha çox çalışsa, yaşayış daha da yaxşılaşardı. Ətin kilosu 20-30 rubla idi, amma camaat hələ mızıldanır düşünürdü ki, əgər hakimiyyət möhtəkirliyə qarşı daha qətiyyətlə mübarizə aparsa, onda daha da ucuzluq olardı.

Hökumət idarələrində təhsil görmüş kadrların kəskin çatışmazlığı əhali arasında hakimiyyətə qarşı daha böyük narazılıq yaradırdı. Bütün müəssisələrdə rus dili işlənirdi, çalışanların çoxusu keçmiş rus dövlət məmurları idi. Yalnız Daxili İşlər Nazirliyində, Orduda Parlament təsisatlarında tatar dilinin (Azərbaycan dilinin - M.H.) işlənilməsi üçün səylər göstərilirdi. Amma tatar (azərbaycanlı - M.H.) məmurlar öz vəzifələrini axıradək başa düşmədiklərindən nəticədə səhvlərə yol verdiklərindən bu səylər heç bir bəhrə vermirdi. Yarımçıq təhsil görmüş bir tatar az-çox məsuliyyətli bir vəzifəyə keçən kimi dərhal rüşvət almağa başlayırdı, insanlarla elə  rəftar edirdi ki, elə bil dünyanı o yaradıb, özünü elə aparırdı ki, sanki qüdrətinin ucu-bucağı bilinməyən kiçik bir allahdır. Ona görə idarəetmə aparatı bütünlükdə rusların əlində idi. Amma yüksək dövlət vəzifələrini ziyalı tatarlar tuturdular. Bu, idarəetmə aparatında çalışan rusları qane etmədiyinə görə, onların narazılığını daha da artırırdı. Sözün doğrusu, ruslar heç vaxt Azərbaycanın dostu olmayıblar. Onlar əvvəlcə Denikinin gəlişini gözləyirdilər, Könüllü ordu darmadağın edildikdən sonra isə bolşeviklərin yolunu gözləməyə başladılar.

Şayiələr yayılırdı ki, guya bolşeviklər tamamilə dəyişiblər, əvvəlki bolşeviklər deyillər, artıq dövlət işlərini aparmağı öyrəniblər, terrora əl atmırlar, ziyalıları təqib edib gözümçıxdıya salmırlar, möhtəkirliyə qarşı amansız mübarizə aparırlar onlar gələndən sonra ucuzluq olacaq, yaşayış yüngülləşəcək. Ruslar onları səbirsizliklə gözləyirdilər, axı, necə deyərlər, pis-yaxşı, hər necə olsa da, onda yenə rus hakimiyyəti olacaqdı. Fəhlələr gözləyirdilər, onların fikrincə, rus hakimiyyəti fəhlə hakimiyyəti demək idi. Sadə camaat gəzən söz-söhbətlərə şübhə ilə yanaşsa da, onlar da yeni hakimiyyətin yolunu gözləyir fikirləşirdilər ki, qoy necə olur-olsun, amma ukraynalılar demiş, “xot hirşe, ale inşe”.

Sözün düzü, tatarların da böyük əksəriyyəti bolşevikləri gözləyirdilər; bolşevik agentlər tatarlar arasında təbliğat aparırdılar ki, guya onlar Azərbaycanın müstəqilliyinə toxunmayacaqlar, Azərbaycan onlara yalnız Şərqə  açılan bir qapı kimi gərəkdir, ələlxüsus, bu ölkə guya Türkiyəni xilas etməyə getmək üçün bir dəhliz kimi bolşeviklərə olduqca vacibdir.

 

Hakimiyyətdə oturan ziyalılar bolşeviklərin sözlərinə inanmasalar da, ruslara qarşı əks siyasət yürütməkdən çəkinir, sərt hərəkətlərlə, milləti müstəqil dövləti təhlükəyə atacaqlarından ehtiyatlanırdılar. Antantanın agentləri, ələlxüsus İngiltərənin cürbəcür şirkətləri isə Azərbaycanın sərvətlərini amansızcasına istismar etməklə məşğul idilər. İngilislərin köməyinə bel bağlamağın mümkünsüzlüyünü onlar öz əməllərilə dəfələrlə təsdiq etmişdilər. İngilislər Azərbaycana ziyan vurmaqdan başqa bir görmürdülər. Vəziyyəti belə görən hakimiyyət isə tərəddüd edir qərarsızlıq göstərirdi.

Bu tərəddüdlər əvvəl-axır hakimiyyəti ruslarla əlaqələr axtarmağa məcbur etdi. İkitərəfli münasibətlər qurmaq üçün Moskvaya nümayəndələr göndərildi. Azərbaycanın özünün emal edib satmağa gücü çatmadığı zəngin sərvətləri - yanacaq sürtkü yağlarını, pambığı, dərini, yunu bir çox başqa malları Rusiyaya ixrac etmək üçün ticarət əlaqələri qurmaq barədə danışıqlar başlandı. Danışıqlara baxmayaraq bolşeviklər Azərbaycan sərhədlərinin yaxınlığında - Petrovskda (Mahaçqalada - M.H.) daha böyük hərbi qüvvə cəmləşdirirdilər. Bundan narahat olmağa başlayan Azərbaycan hakimiyyəti Moskvadan məsələyə aydınlıq gətirilməsini istədi. Moskva bildirdi ki, onun Azərbaycanın dövlət müstəqilliyinə təcavüz etmək fikri yoxdur, Moskva onun müstəqilliyini tanıyır, Azərbaycanla bağlı heç bir gizli məqsədi, qara niyyəti yoxdur. Bildirildi ki, döyüş qüvvələri Denikin Könüllü ordusuna qarşı toplanır, Könüllü ordu darmadağın edildikdən sonra bolşevik qüvvələrinin Petrovskda qalmasının strateji əhəmiyyəti itəcək onda həmin qüvvələr geri çəkiləcək. İndi Rusiya kiminləsə müharibə etmək barədə düşünmür, yalnız öz daxili həyatını qaydaya salmaq haqqında fikirləşir. Bolşevik hakimiyyətinin istəyi qonşu dövlətlərlə danışıqlar yolu ilə mehriban münasibətlər qurmaq, onlarla xoşniyyətli qonşu kimi yaşamaq, mövcud əlaqələrdən yalnız xalqların rifahı naminə qarşılıqlı şurətdə yararlanmaqdır.

Azərbaycan tərəfi bu cavabdan razı qaldı ayıq-sayıq olmaq, ehtiyatı əldən verməmək barədə ölkədə adda-budda səslənən çağırışlara məhəl qoymadı. Nəticədə isə aparılan danışıqlar sona çatmaq ərəfəsində bolşeviklər Azərbaycanın şimal sərhəddindəki Yalama stansiyasını tutdular. Azərbaycan hakimiyyəti bolşeviklərə inandığından bütün hərbi qüvvələrini əsasən Ermənistanla sərhəddə cəmləşdirmişdi. Şimal sərhədlərdə hadisələrin belə inkişafını görən Azərbaycan etiraz səsini qaldıraraq yaranmış vəziyyətlə əlaqədar Moskvaya sorğu ünvanladı bolşeviklərin sərhəd zonasında fəaliyyət göstərən hərbi komandanının yanına nümayəndə heyəti yolladı.

Nümayəndə heyətinə deyildi ki, atılmış addımlar strateji məqsəd daşıyır, söz-söhbət gəzir ki, Azərbaycan ruslarla davaya hazırlaşır bu savaşda İngiltərəni müttəfiq kimi köməyə çağırmaq fikri var. Ona görə strateji məqsədlə Yalama stansiyasını tutmağa məcbur olublar əgər o söz-söhbətlərin şayiələrin  əsassız olduğu aydınlaşsa, bolşevik hissələri stansiyanı tərk edib geri çəkiləcəklər.

Nümayəndə heyəti geri qayıdıb Bakıya çatmağa macal tapmamış xəbər yetişdi ki, bolşeviklərin zirehli qatarı artıq Bakıdan dörd saatlıq məsafədə yerləşən Dərbəndi tutub.

 

Moskvadan isə heç bir cavab gəlmirdi.

 

Onların qarşısını kəsmək məqsədilə həmin şəraitdə səfərbər olunması mümkün hərbi qüvvələr həmin istiqamətə göndərildi. Həmin qüvvələr IV hərbi polkdan, II polkun bir batalyonundan kiçik könüllü atıcılar dəstəsindən ibarət idi. Bu qüvvələrə rus bolşeviklərinin təbliğatına uymuş türk zabitləri komandanlıq edirdilər. Göndərilən qüvvələrin bir qismi bolşeviklərin tərəfinə keçdi, digər hissəsi döyüşdə pərən-pərən salındı, qalan kiçik qrup isə Bakının on üç verstliyində yerləşən Biləcəri stansiyasına çəkilməyə macal tapa bildi.

 

Bakıya giriş yolu bolşeviklər üçün artıq açıq idi.

 

2. Bir yanda danışıqlar aparır, o biri yanda öz işlərini görürlər

 

Bolşeviklər revkomlar yaradaraq şəhərdə növbə ilə keşik çəkir əhali arasında vərəqələr yayırdılar. Həmin vərəqələrdə hakimiyyətin onlara verilməsini tələb edir göstərirdilər ki, yalnız onlar - bolşeviklər Rusiya Sovet hökuməti ilə razılığa gələ bilərlər, yalnız onlar rusların Qırmızı ordusunun Azərbaycana girməsinin qabağını almağa Moskvanın Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməməyə qadirdirlər. Digər vərəqələrdə isə Azərbaycan hakimiyyətinin buraxdığı səhvlər sadalanır, hakimiyyətin ünvanına müxtəlif təhqiredici  ifadələr işlədilirdi.

Belə ağır mürəkkəb şəraitdə Parlamentin iclası çağırıldı. Parlament üzvləri arasında bolşeviklər peyda olmuşdular, onlar hakimiyyətin qan tökülmədən təhvil verilməsini tələb edir, Sovet hakimiyyəti quracaqlarını bildirirdilər. Onlar müqavimət göstərməyin əbəs olduğunu, Azərbaycanın Bakıya girməkdə olan Qırmızı ordunun qarşısını ala bilməyəcəyini, nahaq yerə qan töküləcəyini, xalqın var-dövlətinin yerlə-yeksan ediləcəyini hətta Azərbaycanın dövlətinin varlığına son qoyula biləcəyini vurğulayırdılar.

Hakimiyyətin  təhvil verilməsinin əleyhinə olanlar isə deyirdilər ki, axıradək mübarizə aparmaq, bolşeviklərə təslim olmaqdansa, hətta Ermənistanla barışmaq Gücüstandan kömək istəyib sona qədər vuruşmaq lazımdır.

Mübahisələr uzun çəkdi. Nəhayət, gecə saat on ikidə top səsləri eşidildi. Bolşeviklərin zirehli qatarı atəş aça-aça Biləcəriyə yaxınlaşırdı. Atəş səsləri sonrakı hadisələrə başlamaq üçün bir siqnal idi. Bundan iyirmi dəqiqə ötər-ötməz, yerli bolşevikləryaçeykasınınsədri Hüseynov (Azərbaycan SSR İnqilab Komitəsi sədrinin müavini, sonralar Xalq xarici işlər komissarı olmuş Mirzə Davud Bağır oğlu Hüseynov (1894-1938) nəzərdə tutulur. - M.H.) Parlament binasına gələrək ultimatum verdi: Əgər Parlament iyirmi dəqiqə ərzində hakimiyyəti bolşeviklərə təhvil verib dağılmasa, bina hərbi gəmilərdən atəşə tutulacaq”.

Elə bu vaxt xəbər gəldi ki, zabit İldırım paşanın (Azərbaycan SSR-nin ilk Xalq hərbi dəniz komissarı (28 aprel 1920-iyun 1920) Çingiz İldırım oğlu Sultanov (1890-1937) nəzərdə tutulur. -  M.H.) komandanlıq etdiyi hərbi dəniz donanması qırmızı bayraq qaldıraraq bolşeviklərin tərəfinə keçib.

 

Parlamentin dağılmaqdan savayı çıxış yolu yox idi Parlament belə etdi.

 

Parlamentin sədri bəzi nazirlər təcili olaraq maşınlarla Bakıdan çıxıb Tiflisə getməyə macal tapdılar. Qalanları isə səhər həbs edildilər.

Şəhər yuxudan oyanıb gördü ki, artıq bolşeviklər hakimiyyəti ələ keçiriblər.

Hər yanda qırmızı bayraqlar qaldırılmış, çoxsaylı müraciətlər, cürbəcür transparantlar asılmışdı, maşınlar şəhərin küçələri ilə o tərəf bu tərəfə şütüyürdü, şəhər komissarlarla təpədən dırnağadək silahlanmış fəhlələrlə dolu idi.

Yeniyetmələr, fəhlələr dəstə-dəstə orda-burda yığışırdılar. Arabir küçələrdən zirehli maşınlar ötüb keçirdi. Amma Qırmızı ordu hələ yox idi. Ordu şəhərə ertəsi daxil oldu.

Yerli tatar bolşeviklərdən təzəcə təşkil edilmiş revkomun ilk növbədə atdığı addım bu oldu ki, onlar Moskvaya - Leninə teleqram göndərdilər yalandan bildirdilər ki, Bakıda hakimiyyəti müqavimət görmədən ələ almış Azərbaycan xalqı Lenini Trotskini öz rəhbərləri olaraq salamlayıb təbrik edirlər. Teleqramda o da göstərilirdi ki, qırmızı inqilab Azərbaycanında əksinqilabın baş qaldırmaq təhlükəsi olduğundan əksinqilabın yeddibaşlı əjdahasını əzmək üçün həmişə bütün zəhmətkeşlərin azadlıq xoşbəxtliyi uğrunda mübarizə aparan rus qardaşların Qırmızı ordusunu Azərbaycana köməyə çağırırlar.

Bu teleqram göndəriləndə rus hərbi hissələri Milli hakimiyyəti artıq devirmişdi, amma həmin teleqram diplomatik baxımdan Moskva üçün vacib idi, dünyaya göstərmək lazım idi ki, guya bolşeviklər Bakıya öz təşəbbüsləri ilə yox, xalqın zəhmətkeşlərin çağırışı ilə gəliblər.

Hadisələrin belə inkişafını gözləməyən ona görə Bakını tərk etməyə macal tapmayan Polşa, İngiltərə, Fransa, Gürcüstan İtaliya diplomatik missiyalarının rəhbərləri elə həmin gün həbsə alındılar. Latışların səlahiyyətli nümayəndəsini içəri salmaq istəyirdilər, amma o, gizlənib canını xilas edə bildi. Elə həmin gün görkəmli rus, yəhudi erməni xadimləri, eləcə müxtəlif xalqların milli komitələrinin bütün üzvləri sədrləri həbs olundular. Hətta eserlərin Sovet hakimiyyətini çoxdan qəbul etmələrinə məhz bu hakimiyyətin Azərbaycana gəlişinin arzusunda olduqlarını gizlətməmələrinə baxmayaraq, Eserlər Partiyasının komitə üzvləri onlarınTrudovoye Znamyaqəzeti redaksiyasının əməkdaşları hamılıqla həbsə atıldılar. Tanınmış sosial demokratların aqibəti eyni cür oldu.

18-20 yaşlı dəliqanlı cavanlardan, həddi-büluğa çatmamış yeniyetmələrdən təşkil olunmuşçrezvıçaykalarkimi tuturdularsa yaxasından yapışıb birbaşa həbsxanaya soxurdular. Küçə meydanlara tökülən kütlə bu səbəblər üzündən özlərini farağat aparırdı. Tacir istehsalçılar da daxil olmaqla sevinənlər az deyildi. Onlar fikirləşirdilər ki, ruslarla açılmış əlaqələr nəticəsində sənaye bərpa olunub dirçələcək.

Tatarların narahat olmağa əsası yox idi, revkomun adından yalnız tatar komissarlar tərəfindən imzalanmış müraciətlər yayılırdı. Amma onlar bilmirdilər ki, o kağızları imzalamış tatar komissarların böyük əksəriyyəti onda Bakıda deyildilər.

Qoyulmuş qayda-qanun o gün, səhərisi pozuldı. Heç kəs həyatında hansısa dəyişiklik gözləmirdi.

 

Dövlət idarələrində müxtəlif müəssisələrdə çalışan qulluqçulara vəzifələrini davam etdirmək əmr olunmuşdu.

 

O günlərdə Tiflisdə bolşeviklərə qarşı fəaliyyət göstərən yeni Azərbaycan hakimiyyəti yaradıldı. Bu hakimiyyət bolşeviklərin əlinə keçməmək üçün  Bakını tərk etmiş keçmiş Milli hakimiyyət üzvləri tərəfindən təşkil olunmuşdu. Həmin Azərbaycan hakimiyyəti adından Moskvaya Rusiya hökumətinin hərəkətlərindən təəssüf ifadə edən etiraz notası göndərildi.

Gürcüstan hakimiyyəti Moskvaya nota ünvanladı. Notada Bakıda Gürcüstan hakimiyyətini təmsil edən şəxslərin bolşeviklər tərəfindən həbsinə, Gürcüstanın Azərbaycan ərazisindəki paravoz qatarlarının ələ keçirilməsinə görə Rusiyaya qəti etiraz bildirildi.

Moskva bu notalara dərhal cavab verdi. Azərbaycan hakimiyyətinin Tiflisdə yığılmış keçmiş üzvlərinə cavab notasında deyilirdi ki, Moskva müstəqil Azərbaycanın daxili işlərinə heç bir vaxt müdaxilə etməyib, Azərbaycan xalqı ayağa qalxaraq onu qane etməyən yarıtmaz hakimiyyəti devirib, əvəzində özünün istədiyi hakimiyyəti quraraq yeni qayda-qanun yaratdığı üçün Moskva özünü günahkar saymır. Odur ki, Moskva Sovet hakimiyyəti heç kəsi aldatmayıb danışıqları kəsməyib, Azərbaycan hakimiyyətinin yeni təmsilçiləri ilə danışıqlar aparmaqda davam edir. Doğrudur, köhnə yeni hakimiyyət öz aralarında mübarizə aparan zaman xalq sərvətlərinin məhv ediləcəyindən ehtiyat edən Moskva Azərbaycan xalqının xahişi ilə ora hərbi qüvvələrini göndərib. Çünki həmin sərvətlər Rusiya iqtisadiyyatını da dirçəltmək üçün çox vacibdir. Amma həmin qüvvələrə göstəriş verilib ki, daxili işlərə qarışmasınlar yeni həyat quruculuğuna mane olmasınlar, yalnız yalnız həm Azərbaycan, həm Rusiya üçün çox vacib olan neft sərvətlərini qorusunlar.

Gürcüstan hakimiyyətinə cavabda isə bildirilirdi ki, müstəqil Azərbaycan ərazisində baş vermiş hadisələr üçün Moskva Sovet hakimiyyəti cavabdah deyil bunun üçün günahkar sayıla bilməz. Keçmiş Azərbaycan hakimiyyətinin atdığı addımların nəticələri üçün məsuliyyət tamamilə onun üzərinə düşməlidir. Moskva Sovet hakimiyyəti Gürcüstanla heç zaman sülh münasibətlərini pozmayıb bundan sonra da pozmaq fikrində deyil.

Moskva Sovet hakimiyyəti bu cür danışan zaman, onda iyirmi minlik XI Qırmızı ordu artıq Bakıda durmuşdu Gürcüstana girməyə hazırlaşırdı.

Gürcüstan Moskvanın verdiyi vədlərin olduğunu yaxşı bildiyi üçün güclü müqavimət göstərməyə hazırlaşırdı; ölkədə hərbi vəziyyət  ümumi səfərbərlik elan olunmuşdu, sərhədlərdəki körpülər partladılmışdı bütün qüvvələr sərhəd rayonlarda cəmləşdirilmişdi. Amma bütün bunlara baxmayaraq, bolşevik qüvvələrinin hərəkət istiqamətini dəyişməyə məcbur etmiş Azərbaycan xalq üsyanları başlanmasaydı Polşa cəbhəsi açılmasaydı, Gürcüstan yəqin ki, o zaman bolşeviklərin qabağında dura bilməzdi.

 

3.Burjua xürafatçılığı, burjua cəfəngiyyatı

 

Hələ müstəqil Azərbaycanla Moskva arasında danışıqlar gedərkən, bolşeviklər mart ayının dördündə rus milli komitəsinin sədri P-kinin (Bakı Rus milli şurasının sədri, Rusiya Kadetlər Partiyası Bakı şöbəsinin sabiq sədri, Bakı şəhər Dumasının keçmiş deputatı Mixail Floroviç Podşibyakin (1884-1963) nəzərdə tutulur. - M.H.) yanına iki səlahiyyətli nümayəndəsini göndərmişdilər: onlardan birisi Azərbaycan hava qüvvələrinin rəhbərliyində xidmət edən türk zabiti Əfşar xan idi, digərininsə familiyası yadımda qalmayıb. Onlar bilmək istəyirdilər ki, bolşeviklər Bakıya gəldikdən sonra rus ictimaiyyəti Rus milli komitəsi buna necə münasibət bəsləyəcək hansı mövqeni tutacaq. Gələn nümayəndələr heç gizlətmirdilər ki, bolşeviklər bu ya digər yolla may ayının birinə kimi Bakını tutacaqlar. Sədr P-in bu suala komitənin idarə heyətində müzakirədən sonra cavab veriləcəyini bildirdi martın beşində iclas çağırıldı.

 

İdarə heyətinin iclasında qərara alındı ki,

 

1. Azərbaycan hakimiyyəti burada rusların təsirini var qüvvəsi ilə məhv etməyə çalışdığı üçün,

 

 2. Rusiyanın bərpa olunmasında sənayesinin genişləndirilməsində Bakının rolu çox vacib olduğuna görə bolşeviklərin Bakını tutmaları məqsədəuyğundur.

 

3. Hazırda yalnız Sovet  hakimiyyəti yenilik gətirmək qabiliyyətinə malik olduğu üçün, rusların hakimiyyəti Rusiyadan ayrılmış ucqarları birləşdirməyə səylər göstərdiyinə görə, Moskvanın buradakı məqsədlərinə dəstək verilməli, bolşeviklər Bakıya gəldikdən sonra var qüvvə ilə onlara bütün işlərdə əməli kömək göstərilməlidir.

 

4. Bolşeviklərin Bakıya gəlməsinə qədər isə, “Qolos Rossiiadlı gündəlik qəzetdə Azərbaycan hakimiyyətinə qarşı güclü təbliğat aparılmalı onu xalqın gözündən salmaq üçün görülməlidir.

 

Bu qərar sözügedən Əfşar xana təqdim olundu onun bir nüsxəsi Litvanın Bakıdakı konsulluğunun arxivindədir.

 

Qeyd etmək lazımdır ki, Rus milli komitəsinin idarə heyətinin bütün üzvləri sözün əsl mənasında, xaliskadetidilər həmin adamlar bolşeviklərin düşmənləri kimi ad çıxarmışdılar. Yalnız bunu demək kifayətdir ki, onların sədri P-kin bolşeviklərin gəlməsindən sonra canını güllələnməkdən ancaq gizlənməklə xilas edə bildi, idarə heyətinin digər üzvü admiral Leontoviç isəçrezvıçaykanınqərarı ilə güllələndi. Bolşeviklər bu adamlara indiyə qədər onların Könüllü ordu qüvvələrinin xeyrinə gördükləri işləri bağışlamaq fikrində deyildilər.

 

Bolşevik diplomatlarının hiyləgər fəaliyyətini əyani şəkildə xarakterizə edən faktlardan biri budur ki, Rusiyaya neft daşınma işinin böyük ustası olan Dosser (Bakıda neft sənayesinin sovetləşdirilməsinin ən fəal iştirakçılarından olmuş Zinovi Nikolayeviç Dosser (1882-1938) nəzərdə tutulur. Rusiyanın Perm şəhərində anadan olub. Stalin repressiyaları nəticəsində 14 iyun 1938-ci ildə güllələnib. - M.H.) öncədən, hələ martın 6-da xüsusi səlahiyyətlə Qafqaza göndərilmişdi. Belə ki, o, özü ilə bütün neft sənayesini milliləşdirmək üçün  hazırlanmış layihəni götürmüşdü. Dosser Bakıya yalnız mayın 5-də gəlib çıxa bildi.

Həm bu, həm yuxarıda qeyd olunmuş faktlar bolşeviklərin yürütdüyü siyasətin üzünü görmək üçün kifayət qədər inandırıcı material verir, onlara əməllərinə görə yox, sözlərinə görə necə inanmaq olarsa, onu aydınca göstərir.

Moskvada olarkən təsadüfən bir gürcü ilə görüşdüm. Mən onu hələ müharibədən qabaq tanıyırdım, bir yerdə işləmişdik. İndi isə o, Zaqafqaziya üzrə komissar - “tovariş” K-lakr olmuşdu qımızı Moskvayaqısa səfərə gəlmişdi. Onunla Zaqafqaziya barədə, Azərbaycan Gürcüstan haqqında söhbət etdik, bolşeviklərin Litva ilə bağladıqları sülh müqaviləsi (Sovet Rusiyası ilə Litva Respublikası arasında 12 iyul 1920-ci ildə Moskvada imzalanmış sülh müqaviləsi nəzərdə tutulur.  -  M.H.) haqqında fikrini xəbər aldım. Onun cavabı təxminən belə oldu:

- Hazırda Rusiyada vəziyyət çox mürəkkəbdir bolşevik hakimiyyətinin vəziyyəti olduqca ağırdır. Ona görə Rusiya müqavilə bağlamaq istəmədiyi ölkələrlə vaxtaşırıkiçik ya böyük Brest sülh müqavilələrinibağlamağa məcburdur ki, nəticədə, bir qədər rahat nəfəs alıb özünə gələ bilsin. Amma bolşeviklər yaxşı anlayırlar ki, Rusiyada onların hakimiyyəti, bolşevik idarə üsulu qoyduqları qayda-qanun yalnız o vaxt yaşaya bilər ki, Rusiyadan varlı sənaye cəhətdən daha inkişaf etmiş digər Avropa dövlətlərində oxşar bolşevik dövlətləri yaradılsın. Yoxsa bolşeviklər məhv olacaq onlarla birgə Rusiya da süqut edəcək.

Çünki bolşeviklər Rusiyada onların hakimiyyətini qəbul etməmiş güclü müqavimət göstərmiş peşəkar kadrları qırıblar. Amma həmin adamlar Rusiyanın ən qabaqcıl şəxsləri, burjuaziya idarə üsulunun ən yaxşı məmurları öz işlərini gözəl bilən qulluqçular idilər. Əgər burjuaziya hakimiyyəti bərpa olunarsa, ölkəni dirçəldə biləcək məmur qüvvələri artıq yoxdur. İndiki idarə üsulunu qurmaq üçün çalışan bolşeviklərsə faydadan çox ziyan gətirə bilərlər. Rus xalqı özünü xilas etmək naminə bütün qüvvələri axıradək səfərbər etməli, bütün Avropada ideyalarını yaymalı, qədər mümkünsə hər yerdə Sovet idarə üsulunu yeritməlidir. Bolşeviklər inanmırlar ki, Avropa proletariatı yalnız öz ideyaları hesabına qələbə çala bilsin, bunu etmək üçün onlara fiziki cəhətdən dəstək vermək lazımdır. Bu baxımdan, Litva Polşa Avropaya girmək üçün əlverişli ölkələrdir. Ancaq Polşaya üstün gəlməyimiz sual altındadır. Litvasa şək-şübhəsiz ki, bolşevik qüvvələrinin qabağında durub müqavimət göstərə bilməz. Əlbəttə, bolşeviklər bağlanmış sülh müqaviləsini pozmayacaqlar, amma onlara Minskdə yaxudLitovskiadlandırılan başqa yerlərdəMüstəqil Sovet Litvasınıyaratmağa heç kəs mane ola bilməz. Məlumdur ki, ondaSovet Litvasıburjuaziya Litvasına qarşı mübarizəyə qalxacaq. Aydındır ki, əksinqilabi Litvada burjuaziya saynaqlarında əzab-əziyyət çəkən zəhmətkeş xalqı xilas etməkdən ötrüSovet Litvasınınqüvvəsi çatmadığına görə kömək üçün bizə müraciət edəcək. Bundan sonra Moskva Sovet hakimiyyətinin işidir ki, “Müstəqil qırmızı Litvadakönüllülərdən təşkil edilmiş qüvvələr hərbi sursat bəs qədər olsun. onda Rusiya Sovet hakimiyyətini Litva xalqının daxili işlərinə müdaxilə etməkdə kim taxsırlandıra bilər?

Əgər Antantanın Zaqafqaziya ilə necə rərtar etdiyini yadımıza salsaq, kimin qalib gələcəyinə şübhə yeri qalmır. Belə ki, Antanta hərbçiləri yalnız ilk bolşevik əsgəri görünənə kimi silahlarını cingildədib meydan oxuyurdular. İlk bolşevik əsgəri gələndən dərhal sonra onlar hər yerdə, - istər Aşqabadda Petrovskda, Bakıda Ənzəlidə, istərsə Odessa Riqada,- dəyənək yemiş yiyəsiz itlər kimi quyruğunu ayaqlarının arasına qısaraq əsgərlərini tələm-tələsik gəmilərə yaxud maşınlara doldururdular, sonra dabanlarına tüpürüb aradan cırırdılar bir qədər sonra yenidən silahlarını uzaqdan cingildədib kişilik edirdilər.

Mən ona dedim ki, bolşeviklər az-maz əlaqələr qurmaq istədikləri ölkələrlə belə hörmətsiz  rəftar etməklə həmin ölkələrin etimadını itirə bilərlər.

 

 Komissar isə mənim bu sözlərimə gülərək dedi:

 

- Zənnimcə, əgər hər kəs siyasətdə bir inama qulluq etməyə məcbur edilməyibsə, deməli, o, siyasətdə heç nəyə inanmır. Odur ki, kütlələri həqiqətən siyasətə inandırmaq olar. Litvanın da bir kütlə olaraq buna inanmaqdan savayı çıxış yolu qalırmı? Əlbəttə, Litva özünü elə göstərəcək ki, guya bağlanmış sülh müqaviləsinə inanır...

O sonra qeyd etdi ki, dedikləri yalnız özəl fikirləridir ola bilsin, dediyi olaylar heç vaxt baş verməsin. Əgər baş versə , bu gün, sabah baş verəcək. Bolşeviklər nəfəs dərib özlərinə gələnə qədər hələlik başqa mövqedə durmaq lazımdır...

Mən dedim ki, axı, bu cür ikiüzlü siyasət yeritmək proletariata yaraşmaz. Onda komissar sözümü kəsib öz fikrini qətiyyətlə axıra çatdırdı:

 

- “Yaraşar yaxudyaraşmaz”, - bunlar burjua uydurmaları, burjua cəfəngiyyatıdır. “Ölüm-dirimsavaşını aparanlar burjua cəfəngiyyatına riayət etməyi boynuna götürməyə məcbur deyillər...

 

Vintsas KREVE

Litva yazıçısı, 1919-1920-ci illərdə Litvanın Azərbaycandakı konsulu

 

Əsəri dilimizə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev çevirib.

 

525-ci qəzet.- 2015.- 8 avqust- S. 14.