Azərbaycan Dövlət Filarmoniyada Giya Kançeli axşamı

 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış gürcü bəstəkarı Giya Kançelinin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

 

Yubiley gecəsində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə G.Kançelinin yaradıcılığından danışıb.

 

Bildirib ki, böyük bəstəkar öz simfoniya kamera əsərləri ilə adını dünya musiqi mədəniyyəti tarixinə yazıb. "Mimino" "Kin-dza-dza" kimi tanınmış filmlərə yazılan musiqinin bəstəkarı məhz G.Kançelidir.

 

F.Əlizadə diqqətə çatdırıb ki, o, G.Kançeli ilə birlikdə çoxsaylı festival layihələrdə iştirak edib.

 

Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli yubilyar haqqında xoş sözlər söyləyib, ona rəhbərlik etdiyi akademiyanın fəxri doktoru diplomunu təqdim edib.

 

Yubiley gecəsində Xalq artisti Rauf Abdullayevin bədii rəhbər baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Giya Kançelinin əsərləri səsləndirilib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 1 dekabr.- S.7.