Bakıda "Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü" olub

 

 

Bakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan İtaliya musiqisinin dialoqu təqdim edilib. 

 

Azərbaycanın "Muğam Trio" qrupu İtaliyanı "TA.MA. Trio" folklor musiqi qrupu "Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü" adlı ənənəvi İtaliya Azərbaycan musiqi konserti ilə çıxış ediblər.

 

"JTI" (Japan Tobacco International) şirkəti, Beynəlxalq Muğam Mərkəzi İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən musiqi gecəsini mədəniyyət incəsənət sahəsinin görkəmli nümayəndələri, İtaliyanın Azərbaycandakı səfiri diplomatik korpusun nümayəndələri, habelə tanınmış muğam ifaçıları Azərbaycan İtaliya musiqisinin çoxsaylı pərəstişkarları izləyiblər.

 

Tədbirin açılışında çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) qonaqları salamlayaraq, İtaliya-Azərbaycan mədəniyyəti, ənənələrinin musiqidə necə öz əksini tapdığı barədə qısa çıxış edib. O, tədbirin bu ilin son 3 ayında sayca üçüncü olduğunu qeyd edib incəsənət sahəsində bu cür dostluq, səmimi əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, musiqili gecə ümumilikdə 14-ə yaxın Azərbaycan İtaliyan milli folklor mahnıları səslənib. "Muğam Trio" qrupunda xanəndələr Kamilə Nəbiyeva, Ehtiram Hüseynov, tarzən Malik Mansurov kamança ifaçısı Elşən Mansurov çıxış ediblər. "TA.MA. Trio" folklor musiqi qrupunda isə vokalist qaval ifaçıları Nando Citarella, Mauro Palmas, Gabriella Aiello ifa ediblər.

 

Konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya Assosiasiyasının mədəniyyət üzrə əlaqələndiricisi, bəstəkar Stefani Muscaritolo Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefano Muscaritolo Catia Castagnaya məxsusdur. Konsert böyük anşlaqla keçib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 1 dekabr.- S.7.