Muxtariyyətdən öncəki
Naxçıvan səhiyyəsi "Molla
Nəsrəddin" jurnalında
(Əvvəli ötən sayımızda)
"Molla Nəsrəddin" jurnalının 1910-cu il nömrələrinin birində rəssam Rotterin ustalıqla çəkdiyi karikaturada xəstə bir qadın, hətta ərinin razılıq verməsinə baxmayaraq, yenə də: "Yox, yox, ölsəm
də açmaram"
- deyə üzünü
həkimdən gizlədir.
Bu, bir daha
sübut edir ki, o dövrdə əhali doğrudan da həkimə inanmırdı, çünki
onun zəkası
"ilahi" qanunların
uydurmaları ilə zəhərlənmişdi, bilik
səviyyəsi yox dərəcəsində idi.
Ona görə də əhali mollaların dua oxumasına, onların "sehrli" və "gizli" müalicə üsullarına,
ara həkimlərinin apardığı "müalicənin"
gücünə daha çox inanırdı. Əlbəttə, belə inam
nəinki insanın şüuruna, həm də onun sağlamlığına
əks təsir göstərirdi. Digər bir
karikaturada həmin xəstə qadın üzünü həkimdən
gizlətdiyi halda mollaya inanaraq nəinki boğazını,
hətta yarımçılpaq
bədənini belə
ona göstərməkdən
çəkinmir. Ərinin
icazəsini gözləmədən:
"Qoy molla göbəyimi yazsın, bunun zərəri yoxdur" deyə qadın kişisini qabaqlayır.
"Molla Nəsrəddin" jurnalının səhifələrində
mollaların, ara həkimlərinin və digər şarlatanların apardıqları
türkəçarə "müalicə üsulları"
müntəzəm olaraq
öz əksini tapırdı. Jurnalının
1909-cu il 47-ci nömrəsində dua yazan məşhur bir mollanın karikaturası verilmişdir:
-Xanım, inşallah bircə saatdan sonra qarnınızın ağrısı keçər.
Şəkildə molla sancı çəkən bir qadının yarıçılpaq
bədəninə tamaşa
edərək dua oxuyur ki, qadın
bu duadan "şəfa" tapsın. Lakin sancı
get-gedə artır.
Belə vəziyyəti
görən molla:
"- Xanım, inşallah
bircə saatdan sonra qarnınızın ağrısı keçər"
- deyə qadını
sakitləşdirməyə çalışır. Jurnal
avam xalqı aldadıb, onun cibini soyan, öz
dini fəaliyyətini
müalicə işi ilə bağlayan bu cür mollaların
fırıldağını acı gülüşlərlə
ifşa edir və onların iç üzünü açıb xalqa göstərir.
Zaman keçdikcə əhali həkimin xəstələrə
qayğısını hiss edir və onun
doğrudan da xəstəni sağaltdığını
öz gözü ilə görürdü. Şübhəsiz ki, həkimə
inanmaq və ona qarşı münasibətin yaxşılaşması
bir çox illər ərzində tədricən başa gəlmişdir. Sonralar
xalq arasında həkimdən söhbət düşəndə
"həkim Allah adamıdır",
hətta "həkim
qadına məhrəmdir"
deyirdilər. İslam dininə
görə, yad kişinin qadına baxması günah sayılır. O vaxtlar
isə Naxçıvanda
qadınlardan həkim
yox idi. Ona görə də kişi
həkimlərin xəstə
qadınlara baxmasına
"Allah özü razılıq
verib"- deyə onu günah saymırdılar, həkimi
məhrəm hesab edirdilər.
"Molla Nəsrəddin"
jurnalının inqilabdan
əvvəlki nömrələrinin
birində tibb elmindən xəbəri olmayan bir boyaqçının
uşaqlarda göyöskürək
xəstəliyini necə
müalicə etməsi
ifşa edilmişdir. Həmin
boyaqçının karikaturası
altında belə yazılıb: "Boyaqçı
hansı uşağın
boğazına bir az göy sürtsə,
həmən saat öskürməyi rəf
olar". Buradan aydın olur
ki, keçmişdə
yoluxucu uşaq xəstəliklərinin nə
olduğunu bilməyən
bu cür boyaqçıların apardığı
"müalicə" nəticəsində
uşaqların əksəri
ölürdü.
Çar
Rusiyası dövründə
müstəmləkə vəziyyətində
olan Azərbaycanın
hər yerində olduğu kimi, Naxçıvan bölgəsində
də iqtisadi və sosial gerilik, məişət və əmək şəraitinin aşağı
səviyyədə olması,
yoluxucu xəstəliklərə
qarşı profilaktik
tədbirlərin həyata
keçirilməməsi, ümumiyyətlə,
sağlamlığı qoruyan
dövlət sisteminin
olmaması nəticəsində
tez-tez ağır epidemiyalar baş vermiş, kütləvi ölüm halları olmuşdur. Təkcə
1904-cü ilin 3 ayı
ərzində vəba
epidemiyası nəticəsində
Naxçıvan və
Şərur qəzalarında
1674 nəfər bu xəstəliyə tutulmuş,
onlardan 1286 nəfəri,
yəni 76,2 faizi ölmüşdü. ("Naxçıvan
ensiklopediyası", 2-ci cild,
səh. 132)
Dövrün məşhur maarifpərvər
ziyalısı olan ordubadlı Məhəmməd
Tağı Sidqi yaranmış bu vəziyyətə görə
qəzəbini cilovlaya
bilməyərək yazırdı:
"Bu vətən bir
gülə bənzəyir
ki, onun gülabını tikanlar sorur, bir məhbubəyə
bənzəyir ki, əğyarın ağuşundadır...
Ona havadarlıq etdik, bizi söydülər,
xeyirxahlıq etdik, bizi bədnam etdilər... Vətən, vətən, nə
vətəndir bu, tüf belə vətənin valilərinə".
Naxçıvandan Qurbanəli Şərifzadə
Sidqini dəstəkləyərək
davam edir: "Bu vətən zəif və əlacsız xəstədir ki, onun canı bir neçə cahil və nadan
təbibin əlində
qalmışdır. Heç
kəs onun sağalacağına ümid
etmir..."
Mirzə Cəlil "Buz"
hekayəsində Naxçıvan
şəhərində cəmi
iki müsəlman həkiminin olduğunu bildirir. Onların da müalicəsi
nəbzə baxandan sonra xəstəyə kinə, həb və işlətmə dərmanı verməkdən
ibarət idi. Yenə kəndlərə
baxanda, buna da min şükür! "Qızdırma müalicəsi" adlı
felyetonda isə təbiblərin yeni bir dərman icad etdikləri bildirilir. O dərmanın
adı alkoqoldur. Doktorlardan birinin özü qızdırmalı imiş,
cibi də pulsuz. Dərddən şərab içib,
bir də görüb ki, qızdırma-zad hamısı
getdi işinə.
Odur ki, qızdırması yaxınlaşanda vurub lül olur, qızdırmanın atasını
yandırır. Odur
ki, Cüvəllağı
bəy jurnalın
1913-cü il 4-cü nömrəsində Naxçıvanda
bir nəfər dostuna yazırdı:
Özgələr dərs oxuyur alimü fərzanə olur,
Özünə, millətinə, qövlü
həkimanə olur.
Student olsa biri leyk
bizim millətdə,
Ya qumarbaz, ya piyan,
ya da ki divanə olur.
Belə mühitdə təcili tibbi yardımların müxtəlif peşə
sahibləri tərəfindən
yerinə yetirilməsi
təəccüblü deyildi. "Dəllək" hekayəsində
isə bu funksiyanı dəllək yerinə yetirir. O, uşağın burnundan qan açılmasının
səbəbini bununla izah edir ki,
atasının saç-saqqalı
uzanıb. Elə bu andaca qırxılmasa, ayrı fəsadlar da baş verə bilər, peşmançılıq
bir yerə çatmaz. Ekstremal şəraitdə saqqalını vurduran ata evə qayıtdıqda
görür ki, oğlunun qanı çoxdan kəsib, uzun ağacdan at qayırıb minib. Həyəti o yana
bu yana çapır
və hərdən də at kimi kişnəyir.
"Qəbirdən məktub"da şəhər valisi Cəlil ağa o dünyadan öz ruhani yoldaşına yazır ki, xəstə ikən yanıma gələndə aptekdən aldığım dərmanları-hansı ki, mənə çox kömək edirdi, hirsnən kərpicə elə çırpdın ki, mən qorxumdan yorğanı çəkdim başıma və başladım həmzad duası oxumağa; sonra demədin ki, Cəlil ağa, sən olasan o yeri-göyü yox yerdən xəlq edən Allah, içmə bu kafirlərin dərmanını, mən də içmədim, cibindən dörd həb çıxarıb dedin: -Bunlar həbbi-salatindirlər, birini axşam, birini də gecə yarısı ye. Yedim həbləri, başına dəysin, çünki mənə verdiklərin həbbi-şəyatin imiş. Həmin həbləri yeyən gecə vəfat etdim.
Ölməmişdən qabaq rus həkimi soruşanda ki, mənim davamı niyə içmədin, dedim istixarə elədim, yaxşı gəlmədi. Biçarə həkim börkünü götürüb və bircə dəfə "xaraşo" deyib çıxıb getdi.
"Cəfəngiyyat" felyetonunda müəllif oxuculara belə bir sual verir: -Biz müsəlmanlara rus həkimi kimi elm oxuyb, dərs qurtarıb şəhadətnamə almış həkimlər lazımdır, yainki lazım deyil? Müəllif müxtəsər cavab verməyə qorxduğunu bildirir. Qorxur ki, Ordubad qırmızısaqqallıları yenə başlayalar ki, Molla Nəsrəddin qudurub. Çünki keçən nömrədə yazıb ki, Yəhya kişi rus həkiminin sözünə baxmayıb və anası üçün zəli alıb aparmadığından anası həmin gün axşam vəfat edib. Yəhya kişi də jurnalın 29-cu nömrəsində rus doktorunun sözunə baxmadığına aydınlıq gətirib: səbəb müsəlmanların tibb kitabını əvəz edən "İxiyarat" kitabıymiş. Həmin kitabın 89-cu səhifəsində yazılıb: "Hər kəs ayın 10-da qan aldırsa, dərdi artar və zəif düşər". Rus həkimi də məhz həmin tarixə zəli qoymağı tapşırıbmış, ta o kişinin çarəsi nəymiş, o günü Yəhya kişi nə tövr zəli gətirə bilərmiş evə? Anası da kı vəfat edib, yəqin əcəli tamam imiş. Vəssəlam!
Bu namədən sonra müəllif "İxtiyarat" kitabını açıb baxıb ki, kitab doğurdan da həkimlikdən danışır. Elə bir dərd və azar yoxdur ki, bu kitabda ona bir çarə olmasın. Məsələn, kitabın 90-cı səhifəsində müəllif baş qırxdırmaqdan söhbət açıb yazır ki, hər kəs ayın əvvəlində başını qırxdırsa ömru az olar. "Ayın 2-də qırxdırsa istədiyi əmələ gələr, ayın 3-də isə zərər toxunar. Əgər doktorun bu tövr asan işlərdən xəbəri yoxdursa, ta nə doktorbazlıqdır..."
(Ardı var)
Hüseyn ƏSGƏROV
525-ci qəzet.- 2015.- 1 dekabr.- S.6.