Bakıda Koreya pop musiqisi festivalı

 

 

"Hansamo" Azərbaycan "Koreyasevərlər" qrupu tərəfindən "Dream Trading MMC" şirkətinin dəstəyi ilə Bakıda Koreya pop musiqisi festivalı keçirilib.

 

Festivalın məqsədi Azərbaycandakı Koreya pop musiqi həvəskarlarını bir araya toplamaq bu musiqini tanıtmaqdır. Koreya pop musiqi qruplarının musiqi nümunələri rəqsləri festival iştirakçılarının zövqünü oxşayıb.

 

Olduqca maraqlı məqamlarla yadda qalan tədbirə 300-dən çox gənc qatılıb. İştirakçılar həmçinin, xüsusi hazırlanmış stendlər vasitəsilə Koreya Respublikasının məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

 

Qeyd edək ki, "Hansamo" 2011-ci ilin oktyabrında feysbuk sosial şəbəkəsində "Koreyasevərlər" adı altında qrup kimi Leyla Şəmsi tərəfindən yaradılıb.

 

"Hansamo" Koreya dilində "Koreyanı sevən insanların birliyi" mənasını ifadə edir. Qrupun yaranma səbəbi Koreya Respublikasının mədəniyyəti, musiqisi filmlərini sevən azərbaycanlıları bir araya gətirməkdir. "Dream Trading MMC" şirkəti isə 2013-cü ilin fevralından fəaliyyət göstərir.

 

Şirkətin fəaliyyət arenasına Koreya Respublikası, Azərbaycan Gürcüstan daxildir.

 

Şirkət Koreya Azərbaycan şirkətləri üçün xidmətlər, məhsulların ixrac idxalını həyata keçirir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 2 dekabr.- S.7