Nəriman Həsənzadə ilə görüş keçirilib

 

 

Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri ilə Xalq şairi Nəriman Həsənzadənin görüşü keçirilib.

 

Görüşdə şairin yaradıcılığından söhbət açılıb, ona olan xalq məhəbbətindən danışılıb.

 

Bildirilib ki, görüşün keçirilməsində məqsəd milli mənəvi dəyərlərin təbliği gələcək nəsillərə ötürülməsi, yetişməkdə olan gənc nəslin mədəniyyətimizə, ədəbiyyatımıza sahib çıxması, ədəbiyyat xadimlərimizi tanımasına yardımçı olmaqdır.

 

Görüşdə şagirdlərin ifasında şairin yaradıcılığından nümunələr səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Məktəbin foyesində ədibin ayrı-ayrı illərdə dərc olunan kitablarından ibarət sərgisi nümayiş olunub.

 

Sonda şair öz şeirlərindən seçmələr oxuyub, şagirdlərin suallarını cavablandırıb, kitablarını imzası ilə məktəblilərə təqdim edib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 2 dekabr.- S.7