Muxtariyyətdən öncəki
Naxçıvan səhiyyəsi "Molla
Nəsrəddin" jurnalında
(Əvvəli ötən sayımızda)
Molla Nəsrəddin
Naxçıvanda öz
gözu ilə gördüyünü xatırladır
ki, mömin hacılar "İxtiyarat"
kitabını öpməmiş
açıb oxumurlar,
amma dara düşəndə gedib
naxoşlarına rus həkimi gətirirlər. Bu yerdə
satira qılıncı
işə düşür:təbib ömrünün
əvvəlindən axırınadək
Avropa universitetlərində
elm oxumuş olsa da, "İxtiyarat"kitabından
xəbəri yoxdursa, ona nə həkim
demək olar, nə də naxoşun üstunə gətirmək. ("Molla Nəsrəddin" jurnalı,
8 iyul 1907 , ¹25)
Müəllif jurnalın 29-cu nömrəsində
də "İxtiyarat"
kitabindan söhbət
açır, üzünü
belə tibbi məsləhət verənlərə
tutur:-"Maşallah söz danışana! Götürüb qarpız
qabığını şappıltıyla
vurasan bu cür sözləri danışanın ağzınnan,
ağzını yumsun , qoysun
getsin işinə".
"Molla Nəsrəddin"-onun "müridləri"
Mozalan, Hop-hop, Lağlağı,
Dəli, Qızdırmalı,
Sırtıq və Hərdəmxəyal digər
sahələr kimi səhiyyədə də mövcud vəziyyəti kütləvi savadsızlıq
epidemiyası ilə izah edirdilər. Bu elə bir mühitdir
ki, məsələn
"müsəlman qardaş
epidemiyadan söz eşidəndə "eh" deyib
durur gedir işinə və çox əcəb eləyir:onnan ötrü ki, bunların hamısına Naxçıvanda deyirlər:
boş-boş danışmaq".
Jurnalın 1909-cu il 19-cu nömrəsində əhalinin
içdiyi suyun təmizliyinə, ekoloji saflığına cavabdeh
olan komissiya üzvlərinin rəyinə
yer ayırıb:
"Bəli, getdik suya baxdıq, suyun üstü açıqdır, it-pişik
düşsə də,
yağış təmizləyir,
bəli, biz izin veririk ki, içəsiniz".
"Molla Nəsrəddin"həmin
il 40-cı nömrəsində qəzəblə
yazır ki, yox, sərkari-mən, hər suyu içmək
olmaz, istər yağış yağsın,
istər yağmasın.
Bir çayın başı azarlı vilayətlərdən
axıb gələndə
çayın aşağısında
həkimlər onun suyunu içməyi qadağan eləyirlər.
"Mikroblar" felyetonunda
yenə səhiyyə
mövzusuna toxunan müəllif bildirir ki, bir naxoşun
üstə həkim gələndə əvvəl
biləyindən tutub nəbzini ölçər,
sonra qulağını
qoyar döşünə
və deyər ki, sənin azarın məsələn
qızdırmadır, yainki
boğazağrısıdır. Əgər
həkim bircə bu sözləri deyəndən sonra durub getsə, müalicə yolunu göstərməsə, biz həkimə
çert qəpik də vermərik; amma həkim xəstənin azarını
biləndən sonra qızdırmaya kinə verir, boğazı ağrıyanın boğazına
yod sürtür , xolera tutana
butin davası verir, yaralının yarasına yodform sürtür. Bu dərmanlar
həşaratı puça
çıxardır ki
axırda xəstə
şəfa tapır.
Mirzə
Cəlil və molla nəsrəddinçilər
də o təbiblərə
bənzəyirdilər ki,
onlar fərdlərin deyil, bütövlükdə
cəmiyyətin nəbzinə
baxıb naxoşluğuna
diaqnoz qoyandan sonra börklərini götürüb "xudahafiz"deyərək
getmir, əksinə qərinələrlə millətin
şirin canına daraşıb qanını
soran, bədnam edən mikrobların kökünü kəsmək
üçün çarə
axtarırdılar. Amma
neynəyəsən ki,
"Molla Nəsrəddin"
belə mətləblərdən
söhbət açanda
bu problemləri həll etməli olan məsul şəxslər Naxçıvan
arvadları kimi boğma çıxardıb
deyərdilər: "qadam
ürəyinə, söz
danışan!"
Jurnal
"Təzə mallar"ı
belə reklam edirdi: DƏRMAN-Sancılanmış
uşaqların ağzına
salmaq üçün
Həzrət Əbdülbəhanın
çeynədiyi nar toxumları satılmaqdadır.
Alanlar Tovfiq şirkətinin mağazasına müraciət
etməlidir. SÜZƏNƏK
DƏRMANI-1914-cü ildən qabaqkı ölən adamların qabırğalarını,
mələkə buğdanın...
saçaqları ilə
bir yerdə döyüb, həll edib ayıb olmasın... içində
isladıb gündə
üç fəqərə
xörəkdən qabaq
sərf etmə üçün; beş günlüyü
beş manatdır.
"Molla Nəsrəddin"
"Nə vaxt" felyetonunda xəbər verir ki, bu
günlərdə bir
həkim peyda olub, naxoşları isti təndirə soxub sağaldır. Bir naxoş qadını
soxub təndirə, amma qadını buxar vurub, yıxılıb
odun üstünə,
arvad az qalıb ki, qovrulsun, kabab olsun, qonşular gəlib həkimin müalicəsini yarımçıq
qoyub.
Bu da sənə
həkim. Ta çox da özünnən demə, bir müsəlman kəndinə,
məhəlləsinə "çiçək" kimi
müalicəsi asan bir uşaq naxoşluğu
düşəndə kütləvi
ölüm hallarının
baş verdiyi vaxtlar az
olmurdu.
"Mühacir" “Pilik yandır” şeirində satira qılıncını
işə salaraq belə bir "həkim məsləhəti"
verirdi:
Yıxsan uşağı birdən,
insandı, pilik yandır.
Burnu-dodağı şişsə, asandı,
pilik yandır.
Sürt
alnına bir zərrə, yanmış
qara, sən Allah!
Min təcrübədən çıxmış,
qorxma, a kişi
billah.
Doktor nədi göndərmə,
böhtandı, pilik yandır,
Naxoşluğu keçməzsə, asandı,
pilik yandır.
Bax doktora göndərmə, böhtandı, pilik yandır,
Qalmış atalardan çox,
bizlərdə bu cür adət,
Tərk olsa, gedər əldən, qiymətli, gözəl adət.
Sən onlara zidd olma,
olma bu qədər
höccət,
Doktorluq işi, dərman, bidətdi bütün bidət.
Yıxsan
uşağı birdən,
insandı pilik yandır,
Burnu-dodağı şişsə, asandı
pilik yandır.
Jurnal onu da ərz
edirdi ki, Naxçıvandan başlamış
Ordubada kimi hər il
Tiflisə ha müsəlman
xanımıdır ki,
gəlir.
- Niyə gəlir?
- Naxoşdur.
- Nədir naxoşluğu?
- Ərindən tutubdur.
- Bəs əri haradan tutubdur?
- Əri gecə yarısı qaranlıq küçələrdə gəzən arvadlardan tutubdur. ("Molla Nəsrəddin" jurnalı, 28 aprel 1914, ¹ 55)
Bütövlükdə jurnalın demək olar ki, hər bir nömrəsində rast gəlinən səhiyyə mövzusu ən müxtəlif formalarda öz bədii və publisistik əksini tapır. Mövzuya dair çəkilən karikaturalarda tənqid birbaşa hədəfə ünvanlanır. Tədqiqatçılar "Həkim", "Təbabət elmindən", "Hamilə övrət", "Vəba", "Vəbanın vətəni", "Müalicə", "Səhiyyə işləri", "Məşhur xəstəliklər" və digər onlarla felyeton və karikatura ilə mövzunu daha da zənginləşdirə bilərlər.
Naxçıvanda səhiyyənin dövlət səviyyəsində təşkilatlandığı 1924-cü ildən sonra isə bu sahədə görülən işlər muxtariyyətın bəhrəsi kimi dəyərləndirilir. Məsələn, jurnalın 1926-cı il 13-cü nömrəsindəki "Vəlvələ"adlı felyetonda bildirilir ki, 18 nəfər türk (azərbaycanlı) qadını mamalıq dərsini qurtarıb şəhadətnamə alıblar.
Onlar Azərbaycanın qəzalarına, o cümlədən Naxçıvana dağılışanda vəlvələ törənəcək. Vəlvələyə düşənlər kim olacaq;əvvəla, küpəgirən qarılar. Səbəb budur ki, oxumuş, elm təhsil etmiş mamanı qoyub heç bir kəndli avam və nadan bir övrət xəlayiqini mamalığa çağırmayacaq. Məşədi və hacılar üzü açıq türk mamalarını görəndə deyəcəklər:Allah sizə lənət eləsin!Allah sizin toxumunuzu yer üzündən kəssin.
"Molla Nəsrəddin"in "Cümhuriyyət" məqaləsində vətəndaşlara, öz oxucusuna xitabı bütövlükdə cümhuriyyət və muxtariyyətə münasibətinin ifadəsi idi: -Vətəndaşlar, əgər bizdə insanlıq hissi əgər ölməyibsə, güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək:
-Yaşasın cümhuriyyət!
Hüseyn ƏSGƏROV
525-ci qəzet.- 2015.- 2 dekabr.- S.6