Bakıda
"Qabo.Reallıq sehri" nümayiş etdirilib
Dekabrın
1-də Kolumbiyanın Azərbaycandakı səfirliyi
"YARAT" Müasir İncəsənət Məkanında
Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin həyat və
yaradıcılığına həsr olunmuş “Qabo. Reallıq sehri" (Gabo, la magia de lo
real) sənədli filminin
təqdimatını keçirib.
525.az AzərTAc-a istinadən xəbər verir ki, səfirlik
Castin Vebsterin rejissoru olduğu sənədli film vasitəsilə
Qabriel Qarsiya Markes və onun Kolumbiya kinematoqrafıyasına və
dünya ədəbiyyatına
verdiyi böyük töhfələri yad etmək istəyir.
Tədbirdə çıxış edən
Kolumbiyanın Azərbaycandakı
səfirliyinin daimi işlər vəkili Assad
Xose Xater Penya təqdimat mərasiminin iştirakçılarını
kolumbiyalı yazıçı
Qabriel Qarsiya Markesin, yaxud da vətənində çağırıldığı kimi Qabonun həyat
və yaradıcılığından
bəhs edən sənədli filmin nümayişində görməkdən
məmnun olduğunu bildirib.
Diplomat, həmçinin tədbirin keçirilməsində
"YARAT" Müasir İncəsənət
Mərkəzinin də
əməyini yüksək
dəyərləndirib, mərkəzin
kollektivinə öz təşəkkürünü bildirib. Ədəbiyyat aləmi 1982-ci ilin
Nobel mükafatçısı Qabriel Qarsiya Markesin (1927-2014) vəfatının
ildönümündə bu
böyük şəxsiyyəti
"Qabo. Reallıq sehri"
filminə baxmaqla yad edir. Bu sənədli filmin ilk nümayişi İngiltərə,
ABŞ, İspaniya, Meksika,
Fransa, Çili, Dominikan Respublikası, Birləşmiş Ərəb
Əmirlikləri və
Avstraliya kimi ölkələrdə keçirilib.
Film beynəlxalq Kartaxena de İndias
(Cartagena de Indias) kinofestivalının
və Nyu-Yorkda keçirilmiş Latın
Amerikası filmləri
kinofestivalının mükafatlarına
layiq görülüb.
Sənədli film Karib
dənizinin sahilindəki
bir kəndin adi kolumbiyalı ailəsindən çıxan
bir gəncin yazıçı olub
, dünyanın hər yerində milyonlarca adamın qəlbinə yol tapmağa necə müvəffəq
ola bilməsindən
bəhs edir. Süjetin böyük hissəsi Markesin 20 ildən çox bioqrafı olmuş Cerald Martin tərəfindən bəhs
edilir. Ailə üzvlərinin, dostlarının,
iş yoldaşlarının,
müxtəlif yazıçı,
jurnalist və siyasi xadimlərin bölüşdüyü fikirlər
vasitəsilə bu
film “Yüz ilin tənhalığı” əsərini
yaratmış müəllifin
irsiyyətini canlandırır.
Filmdə yazıçının şəxsi
həyatından başqa
Latın Amerikası tarixinin də vacib tarixi faktlarına
müraciət olunur.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.