"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb

 

 

Bakıda- Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. Bu yarmarka artıq üçüncü ildir ki, "Nargis Fund"un rəhbərliyi ilə keçirilir.

 

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında səhnə qurulub. Səhnədən ətrafa oynaq musiqi sədaları yayılır. Kiçik taxta köşklərdə qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri s. təklif olunur.

 

Tanınmış şoumen Murad Dadaşov bildirir ki, fondun təsisçisi Ülviyyə Mahmudova sponsorlar ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı sairə) yardım edir. Uşaq evlərinin yetirmələri hər il bu yarmarkanın qonağı olur. Onları tanınmış şəxslərlə görüşlər, sevimli ifaçıların çıxışları, suvenirlər, şirniyyat yarmarkanın sponsorlarından hədiyyələr gözləyir.

 

"Nargis Fond"un icraçı direktoru Nigar Nəzərova deyib ki, bir ay ərzində yarmarka çərçivəsində maraqlı tədbirlər keçiriləcək, yarmarkanın həm yaşlı, həm azyaşlı qonaqları üçün çoxsaylı əyləncələr təşkil ediləcək onlar özlərini əsl "Qış nağılı"nın qəhrəmanları hiss edəcəklər. Tanınmış brendlərin çoxu öz məhsullarını yarmarkada təqdim edib.

 

"Biz mələyik!" şüarı ilə keçirilən bu yarmarkada doğma yaxınlarımız üçün Yeni il hədiyyələri almaq bununla da ehtiyacı olan xeyli uşağa sevinc bəxş etmək olar. Mələklər isə layihəyə cəlb olunan, yardıma böyük töhfə verən, uşaqların müalicəsinə əylənməsinə kömək göstərən sponsorlar, könüllülər iştirakçılardır.

 

Konsert proqramını tanınmış estrada müğənnisi, Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva açıb.

 

Burada təkcə sənaye malları deyil, həm məqbul qiymətə delikateslər almaq olar. Gənc qızlar daha çox internat məktəblərinin istedadlı uşaqları tərəfindən hazırlanmış bəzəklər, bijüteriya muncuq məmulatı, yaşlılar yolka üçün oyuncaqlar, şamdan, yeni ilin simvolları uşaqlar üçün karnaval kostyumları ilə maraqlanırlar.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 3 dekabr.- S.7.