BəxtiyarVahabzadə və Aripov yaradıcılığı türk xalqlarının ədəbi əlaqələri rakursunda

 

 

Bəxtiyar Vahabzadə yaradıcılığında 60-cı illərdən etibarən başlanan tamamilə yeni estetik məzmun keyfiyyətə malik mərhələnin mahiyyətini əsas estetik əlamətlərini milli özünüdərk meylləri səciyyələndirirdi.

 

Həmin dövrdə yaranan ədəbi mühitdə böyük rezonans doğuran  "Azərbaycan oğluyam" (1966), "Nəsənsə özün ol" (1966), "Anamın kitabı" (1967), "Şair-Vətən" (1967), "Səhəndə məktub" (1968), "Beşik" (1969), "Vüsalda hicran" (1970), "Səhənd qardaşımıza" (1971) s. şeirlər yeni Azərbaycan poeziyasının milli idealını dolğun surətdə özündə əks etdirirdi. Bu şeirlər, təxminən, yarım əsrə qədər öz səmimi duyğularını mahiyyətini ifadə etmək imkanından məhrum olan lirik qəhrəmanın doğma xalqına coşğun bir ilhamla söyləyə bildikləri idi. "Azərbaycan oğluyam" şeirini yeni Azərbaycan poeziyasının milli oyanış manifesti adlandırmaq olar. Yığcam lirik bir dastan təsiri bağışlayan, poetik fikrin zənginliyinə vüsətinə görə zamanın əhvali-ruhiyyəsini ümumiləşdirmək qüdrətinə malik olan bu şeirdə azəri oğlunun milli mənşəyindən tutmuş bütün mürəkkəb həyat yolu, sözün əsl mənasında, milli tərcümeyi-halı əks etmişdi. Yeni lirik qəhrəman öz milli kimlik vəsiqəsini inamla sanki bütün dünyaya təqdim edirdi: "Odu Allah sanmışam. Anam torpaq, Atam od, Mən oddan yaranmışam: Od kimi istiqanlı, Seltək dəliqanlıyam. Həyat qədər qədiməm, Torpaq qədər şanlıyam".

 

Gənc şair milli keçmişini tərcümeyi-halını söyləməklə kifayətlənmir, həm milli iradəsini qüdrətini, yenilməzliyinin ölməzliyinin sirlərini dostlara düşmənlərə bəyan edirdi. Cəsur lirik "mən" dünyanın misilsiz müsibətlərindən sınaqlarından keçib, qətliam ölüm düşərgələrindən qurtulan neçə-neçə nəsillərin həyat əzmini yaşamaq eşqini ehtirasla tərənnüm edirdi.

 

Od kimi yandıranam.

Su kimi söndürənəm

Məni yandırsalar da,

Suda batırsalar da,

Yenə mənəm, mən mənəm!..

 

Bu misralarda eyni vaxtda həm milli "mən"in, həm lirik "mən"in keşməkeşli bioqrafiyası, həyat tarix macəraları gerçəkləşib. Xüsusən, "Məni yandırsalar da, Suda batırsalar da" sətirləri çox şeylərə işarə edirdi. Onların ehtiva etdiyi mənalar qatına 20-30-40-cı illərin amansız qətliamları, sürgünləri, dəhşətli qadağa yasaqları haqqında yaddaş da hopdurulmuşdu. Amma gənc lirik qəhrəmanın "Yenə mənəm, mən mənəm!" deməsi məzlum məğlub kütlələrin ümidvar könüllərinə bir inam şöləsi səpirdi. Yəni biz ölmədik, ölməmişik ölməyəcəyik!.. Bunu müharibə repressiyalardan, qırğın qətllərdən keçib gəlmiş qanlı-qadalı xalqa hansısa bir siyasi lider ya dövlət xadimi deyil, gənc bir qələm sahibi söyləyirdi. Onda, 60-cı illərdə hələ Azərbaycanın rəsmi nümayəndəsi, xalq adından danışmağa layiq olan yeganə milli namizədi şairlər sayılırdı. 30-40-cı illərdə Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza nəinki millətimizi, hətta milli dövlətimizi təmsil etdikləri kimi, 60-cı illərdə ən vətənpərvər şairlərimiz, o cümlədən B.Vahabzadə millətin dövlətin adından danışmaq, onu ifadə etmək səlahiyyətinə malik idi. Bu səlahiyyəti ona öz qüdrətli istedadı atəşin, ehtiraslı milliyətçi mövqeyi qazandırmışdı.

 

"Azərbaycan oğluyam" şeirində məhz buna görə lirik "mən"in milli "mən"in ictimai tərcümeyi-halı, mənəvi vəziyyətləri dünyaya baxışı bu qədər yaxın, bu dərəcədə həmahəngdir: "Köküm üstə bitmişəm, Şöhrətim var, Şanım var. Mənim gələcəklə Öz əhdi-peymanım var. Azərbaycan oğluyam, At belində doğuldum; Zamanın qazanında Necə dəfə dağ oldum". Milli şeirimizin lirik "mən"i heç vaxt vaxt özünü bu dərəcədə inamla cəsarətlə təqdim etməmişdi. 20-30-cu illər poeziyasında gənc sovet şairlərinin xalq Vətənə müraciətində, poetik manifestlərində buna bənzər coşğun kükrəyən duyğulara rast gələ bilərik. Amma siyasi sinfi mübarizə prosesində poeziyanın ifadə etdiyi ötkəmlik cəsurluq tamamilə başqa ictimai-estetik məzmun daşıyır, ən mühümü milli ovqat dünyagörüşü ilə heç cür uzlaşmırdı. B.Vahabzadənin lirik "mən" əsl döyüşkən milli "mən" kimi çıxış edir öz duyğularını qətiyyən cilovlamaq istəmirdi: "Mənim damarlarımda Gur sellər çağlamışdır. Anam cəngilər üstə Məni qundaqlamışdır. Azərbaycan oğluyam, Min ildir, öz adımın Keşiyində durmuşam, Silahım olmayanda Nifrətimi barıttək Qəlbimə doldurmuşam..."                  

 

Lirik qəhrəman öz ölməzliyinin səbəblərini bəyan edir. Tarixin amansız sınaqlarından, zamanların süzgəcindən keçərək bugünümüzə gəlib çatan müasirimizin varlığının və yaşarılığının əsl səbəblərini də müəllif cəsarətlə vurğulayır; öz kökünün üstə bitmək, öz əslindən və mənşəyindən uzaqlaşmamaq, daim öz varlığı uğrunda mübarizə aparmaq və həmişə sabahın eşqi ilə, gələcək arzusu ilə yaşamaq! Gənc lirik qəhrəmanın milli varlığımızın mahiyyətini və qanunauyğunluqlarını dərindən dərk etməsi, şübhəsiz ki, Azərbaycan mənəviyyatının və söz sənətinin sağlam özüllər və mənəvi-əxlaqi dəyərlər üzərində inkişaf etdiyini göstərirdi. B.Vahabzadənin "Azərbaycan oğluyam"  şeirinin orijinallığını təmin edən cəhətlərdən biri onun Azərbaycan obrazına milli-tarixi kontekstdə yaratması idisə, ikinci mühüm cəhət Azərbaycanın taleyini bütün sərtliyi və kəskinliyi ilə əks etdirməsi idi. 30-50-ci illər poeziyasının "xoşbəxt" Azərbaycan obrazı "Azərbaycan oğluyam"  şeirində ciddi dəyişikliyə uğrayır. Bəxtsiz Azərbaycan obrazını bəlkə də ilk dəfə gənc B.Vahabzadə Azərbaycan ədəbiyyatına gətirirdi. Birincilərdən olaraq, B.Vahabzadə ikiyə bölünmüş Azərbaycan haqqında, Vətənimizin əsas və böyük hissəsi - Cənubi Azərbaycan barəsində sətiraltı mənalarla, rəmzlərlə və işarələrlə deyil, ilhamının gur səsi ilə, bütün varlığı ilə dünyaya xitab edirdi.

 

B.Vahabzadənin 60-cı illərdən geniş vüsət alan mənəvi-estetik axtarışları təkcə onun Vətəni - o taylı, bu taylı Azərbaycanda deyil, onun sərhədlərindən xeyli uzaqlarda da əks-səda verirdi. Böyük şairin hərarətli Vətən çağırışlarına qardaş Özbəkistanın, Türkmənistanın, Qaraqalpaqıstanın və Qırğızıstanın yeni poetik gəncliyi səs verirdi. Bu poetik səslər öz ifadə tərzinə və milli-estetik çalarlarına görə bir-birlərindən fərqlənsələr də, onların mahiyyət və məzmununda həmahənglik diqqəti cəlb edirdi. Bu cəhətdən B.Vahabzadənin və özbək altmışıncılarının poeziyasındakı bənzərliklər diqqətə layiqdir. Məsələn, yuxarıda nəzərdən keçirdiyimiz  "Azərbaycan oğluyam" şeirinin bədii pafosumilli iztirabın səmimiyyət dərəcəsi ilə Abdulla Aripovun "Özbəkistan, Vətənim mənim" qəsidəsinin məna zənginlikləri və gözəllikləri arasındakı oxşarlıq heyrətamizdir. Özbək altmışıncılarının ən möhtəşəm Vətən obrazlarından biri məhz bu şeirdə gerçəkləşmiş, yeni özbək şeirinino vaxtkı gəncliyin milli estetik görüşlərinin formalaşmasında əvəzsiz rol oynamışdı.  XX əsr özbək poeziyasında Vətən konsepsiyasının və Vətən fəlsəfəsinin yenilənməsində A.Aripov yaradıcılığının xüsusi yeri var. Şairin "Özbəkistan, Vətənim mənim" (1969) qəsidəsinin əhəmiyyətini ayrıca qeyd etmək zəruridir. Poeziyada milli şüur və Vətən duyğusunun yetkinləşməsində, Vətən obrazının mənəvi-əxlaqi cəhətdən zənginləşməsində bu şeir böyük rol oynadı. Sələflərin söyləyə bilmədiyi Vətən dərdlərini, ustadlar qəlblərində əbədiyyətə apardıqları Vətən arzularını A.Aripov və nəsildaşları şeirdə əks etdirməyə nail oldular.

 

(Ardı var)

Yaşar QASIMBƏYLİ

 

525-ci qəzet.- 2015.- 3 dekabr.- S.6.