Cəsarətdən yoğrulmuş
ömür
Milli Dirçəliş
Gününün ilk dəfə
qeyd olunmasından 23 ildən çox vaxt keçir. Həmin tarixi
anlarda müstəqilliyimiz
uğrunda ilk mühüm
addımlar atılıb.
Alüminium zavodunun tikilməsi məqsədi ilə Topxana meşəsinin ermənilər tərəfindən
məhv edilməsi səbəbindən başlanan
bu xalq hərəkatı,
Sovetlər Birliyi rəhbərlərinin xalqımıza
qarşı xəyanətkar
siyasəti nəticəsində
daha da alovlanıb. Beləliklə, Qarabağla bağlı etiraz aksiyaları, mitinq və nümayişlər böyüyərək
milli azadlıq hərəkatına çevrilib.
Qeyd edilən
dövrdə etiraz aksiyaları respublikamızın
bölgələrində, o cümlədən Ağcabədidə
də geniş vüsət alıb. Onun təşkilatçılarından
biri də adıçəkilən bölgənin
kifayət qədər
tanınan ziyalılardan
sayılan Cavid Rüstəmov olub.
Cavid Rüstəm
oğlu Rüstəmov
1959-cu ildə Ağcabədinin
Hüsülü kəndində
anadan olub. Babası Əyyub
və nənəsi Bahar xanımın himayəsi ilə rayonun Hindarx kəndində böyüyüb,
boya-başa çatıb.
Fəallığı, bacarığı və çalışqanlığı
ilə yaşıdlarından
fərqlənən gənc
əla qiymətlərlə
Hindarx kənd orta məktəbini bitirib. Lakin ali məktəbə
daxil ola bilməyib. Keçmiş sovet ordusu sıralarında hərbi xidmət göstərib.
Ordu sıralarında bərkiyib,
möhkəmlənib.
O, əsgəri xidmətdən
qayıtdıqdan sonra
Şuşa kənd təsərrüfatı
texnikumunda təhsil alıb. 1980-ci ildən
əmək fəaliyyətinə
başlayıb. Fəhləlikdən tutmuş müxtəlif vəzifələrədək rayonun
bir çox idarə və müəssisələrində çalışıb.
Hər yerdə
ədalətli, prinsipial
mövqeyi ilə diqqəti çəkən
Cavid rayon kimya birliyində fəhlə həmkarlar təşkilatının
sədri seçilib, fəhlələrin mövqeyini
cəsarətlə müdafiə
edib, onlara hər cür dəstək göstərib. Burada o, həm
də təşkilatçı
kimi formalaşıb, mübarizlik məktəbi
keçib.
C.Rüstəmov bu səbəbdən
1989-cu ildə Ə.Bünyadov
adına kolxoz partiya komitəsinin katibi vəzifəsinə irəli
çəkilib, Hüsülü
kənd sovetinin deputatı olub. Sovet İKP fəaliyyətini dayandırdıqdan
sonra isə o, bir müddət sözügedən kolxoz idarə heyəti sədrinin müavini, Hüsülü, Rəncbərlər
və Təzəkənd
ərazi vahidləri üzrə icra hakimiyyəti nümayəndəsi
kimi fəaliyyət göstərib.
Cavid harada, hansı vəzifədə
işləməsindən asılı
olmayaraq, həmişə
işə can yandırıb,
fədakarlıqla çalışıb,
əhali arasında hörmət və nüfuz qazanmağı bacarıb. Onun tərcümeyi-halı ilə əlaqədar çox təfərrüatlar,
məqamlar danışmaq
olar. Lakin özü demişkən,
Milli Dirçəliş
hərəkatı ilə
bağlı anlar həyatında daha dərin izlər buraxıb.
Hərəkat başlananda C.Rüstəmov
bölgənin sosial-iqtisadi,
ictimai-siyasi həyatında
mühüm əhəmiyyət
kəsb edən Hindarx kəndində ermənilərə qarşı
etiraz aksiyaları keçirilməsinə nail olub. O vaxtkı
rayon rəhbərliyinin təzyiqlərinə
baxmayaraq, Cavid yolundan dönməyib, mitinqlərdə fəal iştirak edib. Kənd dərzisi olan nənəsi Bahar xanımın tikdiyi üçrəngli bayrağı
nümayişlərdə dalğalandırıb.
Həmin vaxtlar Azərbaycan Cümhuriyyətinin
bayrağını tanımayan
şəxslər arasında
hətta buna ağız büzənlər
də tapılıb...
Kəhrizli, Muğanlı, Hüsülü,
Gələbədin və
sair ətraf kəndlərin fəallarının
yaxından iştirak etdikləri siyasi aksiyalarda ucaldılan "Qarabağ bizimdir",
"Mənfur ermənilər,
Qarabağdan əlinizi
çəkin" şüarları,
Babəkin, Xətainin,
Atatürkün portretləri
nümayiş iştirakçılarının
mübarizə əzmini
daha da yüksəldib.
Etiraz aksiyalarında Arazbar kəndindən Heydər müəllim, Boyaddan Məzahir, Sabir müəllim, Kəhrizlidən Cəmiyyət,
Muğanlıdan Xəzər,
Hüsülüdən Əhəd,
Gələbədindən Əmir
və başqaları
xüsusi ilə fərqləniblər.
Hadisələr böyüyüb münaqişəyə
çevriləndə Cavidin
təşəbbüsü və rəhbərliyi ilə Dağlıq Qarabağa ilk dəfə olaraq ağcabədililər
tərəfindən hərbi
və ərzaq yardımları göndərilib.
C.Rüstəmov 1989-cu ilin 11 dekabrında Hüsülü kəndindən
9 nəfərlə birlikdə
Şuşaya yollanıb. Orada SSRİ Ali Sovetinin deputatı, şəhər partiya komitəsinin birinci katibi Vaqif Cəfərovla
görüşüb. Onun məsləhəti ilə
dəstə üzvləri
Kərkicahana gedərək,
yerli sakinlərlə birlikdə kəndin müdafiəsini təşkil
edib, postlarda dayanıb, döyüşlərdə
iştirak ediblər.
Cavidin sözlərinə görə,
dəstə tərəfindən
Xankəndindəki su anbarı 5 dəfə partladılıb, bir yanğınsöndürən maşın
isə məhv edilib. Bu haqda
həmin dövrdə
Moskvada "Vremya"
xəbərlər proqramında
məlumatlar verilib, partlayışların azərbaycanlı
"boyoviklər" tərəfindən
törədildiyi bildirilib.
Ağcabədilərin göstərdikləri
igidliklər Şuşa
şəhər partiya
komitəsinin birinci katibi Vaqif Cəfərov
tərəfindən yüksək
qiymətləndirilib. Onun tapşırığı
ilə Ağcabədi
rayon partiya komitəsinə
təşəkkür məktubu
göndərilib.
Ermənilərə qarşı mübarizə aksiyaları,
Şuşa və Kərkicahana ərzaq və hərbi yardımlar təşkil edildiyi zaman nüfuzlu kənd ağsaqqalları, Xuduş
və Xanış Xudiyevlər, Bəhmən
Ağayev, Qardaşxan
İsmayılov, Zakir Mirzəyev, Famil Baxışov, Lələ
oğlu İdris, Dərgah Verdiyev, xüsusilə də Əliheydər Abbasov tərəfindən gənclərə
lazımi istiqamət göstərilib, məsləhət
və tövsiyələr
verilib, ruh yüksəkliyi yaradılıb.
C. Rüstəmov bu gün həmin ağsaqqalları böyük
hörmət hissə
ilə xatırlayır,
ehtiramla yad edir. Erməni cəlladlarına sonsuz nifrət, qəzəb hissi onların xalqımıza qarşı törətdikləri
cinayətlər, torpaqlarımızın
işğalı Cavidi
daim narahat edib, düşmənə
sonsuz nifrət hissini artırıb.
Bu heç də
təsadüfi deyil.
Ondakı bu kin, barışmaz
nifrət, mübarizlik,
qorxmazlıq ulu babası Rüstəm kişidən miras qalıb. Onun atasının babası, Qarabağın cəsur oğullarından sayılan
Rüstəm kişi vaxtilə ermənilərə qarşı
amansız mübarizə
aparan məşhur
"Difai" təşkilatının
fəallarından olub.
Sovet hakimiyyəti qurulduqdan sonra o, təqiblərə məruz qalıb. "Difai" təşkilatı və Azərbaycan Demokratik Cümuhiriyyəti ilə bağlı hər şeyi gizlətmək məcburiyyəti ilə üzləşib. Həmin illərdə iki ədəd beşatılan gilizinə cümhuriyyətin 250 manatlıq pul əskinazlarını yerləşdirərək, onların gələcəkdə nəslin ən layiqli nümayəndəsinə çatdırılmasını vəsiyyət edib.
Rüstəm kişinin oğlu Mail Caviddəki qabiliyyəti, cəsarəti görüb gilizləri məhz ona təqdim etmək qərarına gəlib. Cavid həmin gilizləri və əskinazları bu gün də ən əziz yadigar kimi qoruyub saxlayır. C. Rüstəmov 1994-cü il hadisələri dövründə müstəqilliyimiz təhlükə ilə üzləşdikdə də cəsarət və əzmkarlıq nümayiş etdirib. O, 1994-cu ilin 4 oktyabrında ulu öndər Heydər Əliyevin çağırışı ilə Bakıda keçirilən ümumrespublika mitinqində iştirak etmək üçün yola düşən 5 avtobusdan ibarət Ağcabədi fəallarının sırasına qatılıb. Sözügedən avtobus karvanı qarşısından "Hörmətli prezidentimiz, ağcabədililər sizinlədir" şüarı asılıb. Bu şüar sonra Azadlıq meydanına gətirilib. Cavidgil burada həmrəyliklərini nümayiş etdiriblər. Sonrakı illərdə C.Rüstəmov özünün dediyi kimi,bölgədə həyata keçirilən quruculuq tədbirlərində fəal iştirak edib, ali təhsil alıb, dörd övlad böyüdüb boya-başa çatdırıb, Hüsülü bələdiyyəsinin üzvü kimi geniş fəaliyyət göstərib. Necə deyərlər, arxa cəbhədə də daim birincilər sırasında addımlayıb. O, bu gün də mübarizə əzmini itirməyib. Ömrünün müdrüklük çağında Qarabağ müharibəsinin veteranı, Yeni Azərbaycan Partiyasının üzvü kimi gənclər arasında tərbiyə işləri aparır, onlara lazımi tövsiyə və məsləhətlərini verir.
Respublikamızda həyata keçirilən möhtəşəm abadlıq və quruculuq tədbirləri onu çox sevindirir, qazanılan sosial-iqtisadi uğurlardan iftixar və qürur hissi keçirir.
C.Rüstəmov müqəddəs torpaqlarımızın tezliklə erməni işğalçılarından azad olunacağına ürəkdən inanır. O, Azərbaycan ordusunun buna qadir olduğuna möhkəm əmindir.
Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti alqışlayan bu qorxubilməz insan silaha sarılaraq mənfur düşmənə qarşı vuruşmaq üçün hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bildirir.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.-
2015.- 4 dekabr.- S.8.