Xatırlatmağa kimsə var...

 

Kamal Abullanın 65 yaşına

 

 

İnsanı başa düşmək üçün onun bioqrafiyasını, üz-üzə gəldiyi müxtəlif durumlarda həyatında baş verən dəyişiklikləri izləmək lazımdır.

 

Böyük ispan filosofu Orteqa Qassetə görə, bizim doğulduğumuz yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır: "Bu dünya təkcə insanlardan deyil, bir qədər dumanlı şəkildə ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir. Bütün bunlar insana uşaq yaşlarında ailə, məktəb, sosial əhatə, həmçinin kitablar qanunlar vasitəsilə aşılanır".

 

Mən tanıdığım bir neçə insana, o cümlədən, akademik Kamal Abdullaya bioqrafiya yazsaydım, ispan filosofunun meyarlarına əməl edərdim. Həcmcə kiçik olan bu yazımı ziyalılarımızın böyük əksəriyyətinin dünyanın tanınmış ziyalılarının xüsusi fərqlə qəbul etdiyi Kamal Abdullanın intellektual bioqrafiyasına giriş adlandıra bilərdim.

 

Kamal Abdulla - bu şəxsin adının çəkildiyi hər yerdə səmimiyyət, elm, yaradıcılıq, qarşılıqlı anlaşma təsəvvür olunur. Ziyalıların çoxu ona "bizim Kamal" deyir. Bu ifadə hər ziyalı üçün işlədilmir. Çoxumuz onu "Yaradıcılıq Fondun"dakı fəaliyyətinə görə tanıyırıq. Fond anlayışı gəlir gətirən sahə kimi assosiasiya olunur, lakin onun təmsil etdiyi fondun nüvəsini yaradıcılıq təşkil edirdi. İndiyə qədər onlarla gəncin yaradıcılığa motivasiyasının güclənməsində bu fondun müstəsna rolu olub. İstedadlı şəxsləri dəyərləndirmək onlara qayğı göstərmək Kamal müəllimin prinsipidir.

 

Kamal Abdulla Slavyan Universitetinin rektoru vəzifəsində çalışdığı illərdə bu ali məktəbdə yaxşı təhsil mühiti yarada bildi. Buna intellektual mühit demək daha doğru olar. Gənclərin elmə təhsilə cəlb olunması həmişə işi sürətləndirir. Təbii ki, yaradıcılığa istək oyatmaqla. Azərbaycanda bəlkə ilk dəfə ali təhsil sistemində üfüqi idarəetmə bu ali məktəbdə tətbiq olundu. Kamal müəllim ali təhsilimizin tarixində yenilikçi, demokratik praqmatik rektor kimi qalıb.

 

Dövlət başçısı tərəfindən onun Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin olunması mühüm hadisə kimi qiymətləndirilməlidir. Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər müasir dövlətlərin gündəlik qarşılaşdığı problemlərdir. Bu işlərin nizama salınması üçün böyük nüfuza malik olan bir şəxsin potensialından istifadə olunmalı idi. Prezidentin seçimi dəqiq oldu.

 

Məşhur alman filosofu Y.Habermas əsasında şəxsiyyətlərin qarşılıqlı hörməti tolerantlıq əlaqələri dayanan universal kommunikativ icmalar nəzəriyyəsini işləmişdir. Burada manipulyasiya birmənalı şəkildə istisna olunur. Bizdə indi intellektuallar din xadimləri icmalarının kommunikasiyası yaradılıb. Bu əvəzsiz bir nümunədir burada dövlət müşavirinin rolu əvəzsizdir.

 

Böyük ingilis yazıçısı fiziki Çarlz Persi Snounun "İki mədəniyyət elmi inqilablar" adlı maraqlı bir əsəri var. Snouya görə bir qütbdə bədii yaradıcılıqla məşğul olan ziyalılar, digər qütbdə isə təbiət elmlərinin nümayəndələri dayanır. Anlaşılmazlıq (bir-birini anlamamaq) divarı onları bir-birindən ayırır. Onların bir-birinə amansız münasibəti mövcuddur. Onlar hər hansı bir məsələyə o qədər fərqli münasibət bəsləyirlər ki, hətta emosional planda da bir-biriləri ilə dil tapa bilmirlər.

 

Tarixən belə olub, qütblərdən hansının nümayəndəsi güclü olubsa, onlar söz sahibi olublar. Ancaq ən yaxşısı qarşılıqlı anlaşmadır. Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi humanitarlarla təbiət elmlərinin nümayəndələrini vahid amal uğrunda birləşdirən şəxsdir. Vaxtilə bu missiyanı İngiltərədə böyük fizik Ernest Rezerfordla, yazıçı Herbert Uels həyata keçirməyə çalışırdılar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizm paradiqmasına verdiyi dəyəri artıq bir çox dövlət başçıları dünyanın tanınmış ziyalıları dəstəkləyir. Bu sahədə işlərin uğurla aparılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rolu əvəzsizdir. Bu qurumun himayəçilik Şurasının işi yüksək qiymətləndirilməlidir. Mərkəzə tolerant savadlı gənclərin cəlb olunması isə Kamal müəllimin  təşəbbüsüdür. Multikulturalizm üzrə mütəxəssis hazırlığı bu paradiqmanın elmi təhlilinə üfüqlər açır.

 

Kamal Abdullanın intellektual bioqrafiyasında onun yaradıcılığı mühüm rol oynayır. Onun "Yarımçıq əlyazma" romanını rusiyalı tənqidçilər "postmodernizmin ən parlaq nümunəsi" sayırlar, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı "Azərbaycanın Borxesi" adlandırıblar.

 

Professor Kamal Talıbzadə yazır ki, Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən "Sehrbazlar dərəsi" romanı orta əsrlərdə sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur. "Orta əsrlərdə islam fəlsəfəsini, poeziya musiqisini formalaşdırmış bu mühüm kulturoloji istiqamətin müasir mədəniyyətə təsiri bu gün davam edir".

 

Bir dəfə Kamal Abdullanın yaradıcılığı barədə yazıları nəzərdən keçirərkən aşağıdakı sətirlərə rast gəldim:

 

"Unutmağa kimsə yox..." əsərində Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi,  gənc alim naməlum bir Çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir. Paralel dünyalar, möhtəşəm Ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı... bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.

 

Bu sətirlərin təsirinə düşməmək olmur. Ümumiyyətlə, "kimsə yoxdur?" ifadəsi kədərlə bərabər, axtarışı, canlanmağı oyadır  insanın ruhunda. Həmçinin canlı bir orqan kimi mövcud olan toplumlarda da... Axı biz çox vaxt deyirik: filan sahədə dünya tanınmışları arasında bizimkilərdən kimsə yoxdur. Elm, sənət, yaxud sadəcə idman arenası olsun, bütün sahələrdə yüksək göstəriciləri ifadə edən fəxri siyahılar olsun, biz hökmən sual edirik: kimsə yoxdurmu? Adamlar içində adam, adlar içində ad axtarırıq. Bizimkini axtarırıq.  Bu, bütün dünyada belədir, tək bizə aid olan hiss və yaşantı deyil. Bütün xalqlarda belədir. Adların qarşısında təmsil etdiyi ölkəni yazmaq boşuna deyil.

 

Çaylara çaylar qarışdığı kimi, bu problemə də başqası qarışır. Məsələ ondadır ki,  bəzən yaxındakını görmək çətin olur, bəzən özümüzdəkini görmək asan olmur. Bütün dünyada qiymətli əsərlərin milli sərhədləri aşıb, bəşəri miqyasa çıxması çətin olur. Bizdə də belədir. Həm kimisə axtarırıq, həm də kimlərisə görməyə çətinlik çəkirik. Azərbaycanda bir çox sənət adamı kimi, Kamal Abdulla da bu taleyi yaşayır: onları görmək asan olmur. Amma bu ağır sindromu qırmaq üçün Kamal Abdulla ən şanslı müəlliflərdən də biridir. Həm özü üçün, həm də bizim üçün. Bizim adlar içində ad tapmağımız üçün.

 

Bu yerdə onu deməliyik ki, artıq akademik Kamal Abdullanın adı ədəbiyyat üzrə Nobel mükafatına namizədlər sırasında çəkilir. Dünya onu böyük yazıçı kimi qəbul edir. Hər yerdə olduğu kimi, adekvat təbliğat işi görülməlidir. Nəzərə almağa ciddi məqamlar var. Kamal müəllimin əsərlərində Alfred Nobelin ədəbiyyat sahəsində qoyduğu əsas şərtə, "ideal yönümə" çox böyük üstünlük verilir. Bu onun yazıçılıq istedadının məhsuludur.

 

Ona görə də Kamal Abdullanın adı bizə adlar içində kimisə tapmağa, kimisə yada salmağa, kimisə xatırlatmağa şans verir.

 

Ömrü uzun, işləri uğurlu olsun!

 

Etibar ƏLİYEV

təhsil üzrə ekspert, fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 4 dekabr.- S.7.