Azərbaycan sevdalı mühacir “Əli
Usta və şeirləri”
Dünyanın
harasında yaşamasından asılı olmayaraq, hər bir həmvətənimiz
üçün Azərbaycan sevdası əbədidir və
bu sevda milliyyəti, dini, cinsi, təhsili,
dünyagörüşü və s. asılı olmayaraq, yurd
yaddaşının,vətən həsrətinin əsasında
dayanır.
1920-ci ilin aprelində bolşevizm tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin süqutu və II Dünya müharibəsindən
sonra taleyinə mühacirət acıları yazılan azərbaycanlıların
ömür yolu deyilənləri təsdiqləməkdədir.
Keçmiş
çar Rusiyası ərazisində bolşevizmin siyasi prinsipləri
ilə qurulan SSRİ-nin totalitar idarəçilik
rejimi həm rus xalqının, həm də digər
xalqların çoxsaylı işıqlı simalarının
vətəndən uzaqlarda, qürbətdə yaşamasına
səbəb oldu. Bu sırada AXC dövründə əsgərlik
həyatı yaşayan və dülgərlik edən Əli
Ustanın vətən, bayraq sevgisi və yurd
yaddaşını əks etdirən şeirləri
böyük maraq doğurur.
Azərbaycanlı
mühacirlərin “Azəri-türk” (İstanbul) dərgisindəki
ədəbi materialları araşdırarkən Mirzə Bala Məhəmmədzadənin
Əli Usta haqqındakı məqaləsi (M. B. Məhəmmədzadə.
Ali Usta və siirleri. “Azəri
türk”, 1928, təşrini-əvvəl, ¹ 17, s.10-12) diqqətimi
cəlb etdi və onu ərəb qrafikalı əski əlifbadan
transliterasiya edərək “525-ci qəzet”in qədirşünas
oxucularına çatdırmağı məqsədəuyğun
bildim.
ƏLİ
USTA VƏ ŞEİRLƏRİ M.B.MƏHƏMMƏDZADƏ
Bən
qovuldum vətənimdən, elimdən,
İstiqlalı bırakmazam dilimdən.
Od
yurdunu kimsə almaz əlimdən,
Qəh...liklə yurdumuza daldılar,
İstiqlalı əlimizdən aldılar.
Bu
parça, Əli Ustanın Alucradan idarəxanamıza göndərdiyi
uzun, səmimi bir həyəcanla yazılmış və bir
vulkan kibi coşan “Dastan”ından alınmışdır...
Əli Usta şair degildir. Kəndisi
bunu etiraf ediyor. Şeirlərilə bərabər
göndərmiş olduğu mütəəddid məktublarından
birində diyor ki:
“Vətəndaşlar! Sizdən çox rica
edirəm bu şeirlərimin nəşrinə mane
olmayınız. Məsuliyyəti bənə
aid, çünki üç sənə düşmən zənciri
altında qaldım, bənim yürəgim sizinkindən daha
yaralıdır. Möhtərəm vətəndaşlar,
bu gün bənim nə şairligim var, nə də o qədər
elmim. Fəqət yürəgimdə
coşan üsyan bəhri bəni bitab etdi. Gecə və gündüz atəşi sönməyən
yanardağlar gözümün önünə gəliyor.
Ah, ah, ah, o müqəddəs nazlı bayrağım....”
“Böyük istiqlalın röya oldu?
İstiqlal ümidi yenəmi söndü?
Üç rəngli bayrağımız yerəmi endi?
Bayrağı
endirən əli kəsməli,
Düşmanın
başını qırıb əzməli”,
lll
“İstiqlal
uğrunda nə qanlar dökdük
Şanlı
bayrağımızı vətəndə dikdik
Qəh...
düşmanların belini bükdük
Hala o qan
səndə ey Azərbaycan,
Hala o can
səndə ey Azərbaycan”.
Əli Usta eynələsl bakılıdır. Bakının şimal-şərqində, Abşeron
yarımadasının sahilində “Nardaran” nam bir köydəndir.
İstiqlal dövründə əsgərliyə
alınmış, üçüncü piyada alayında
dülgərlik vəzifəsində bulunmuşdur.
Əli Usta əsgərlik həyatını
xatırlarkən hissiyyati-vətənpərvəranəsini zəbt
edəmiyor.
“Biz, vətəncüda
azərilər vətən uğrunda can və başla
mücadilə edəcəgiz. Çünki qəlbi
yaralı azərilər heç bir zaman vətənini unutmaz
və unutmayacağına yanıqlı qəlblə o müqəddəs
üç boyalı bayrağına xitabən böyük yəminlər
ediyor. Nasıl ki, 19-cu sənəsi Gəncədə
Şah Abbas camei-şərifində bütün orduları (əsgərləri)
oraya topladılar. Orada alay xocası əsgərləri
o müqəddəs üç boyalı bayrağa yəmin
etdirdi, “səni düşmanlara çeynətmiyəcəgiz”
dedi. Arkadaşlar, hissi-vətən artdı.
Qəlbimizdə üsyan nəhr kibi coşuyor.
Bir dəmirçinin xürucunu bəkliyoruz.
Ya ölüm və yaxud istiqlal... Məzlum və məhkum azəri
xalqını zülmi-zalimin qızıl zəncirindən
xilas edəcək....” Və bu məktubun altında yazılan
“Dastan”ın ikinci qismində ən qüvvətli parça
olaraq bunu oxuyoruz:
“Yuvası
dağılmış, ocaqlar tutmaz,
Virandır
vətənim, bülbüllər ötməz,
Bu
zülmü bizlərə kimsələr etməz,
Ağla Vətən ağla, nərdə istiqlal?
Səlibin
zülmilə sönsünmü hilal?...”
Əli Usta ordumuzun ermənilərə qarşı
olan Əsgəran-Qarabağ müharibəsini
xatırlıyor. O müharibənin ən həyəcanlı
səhifələrini atəşin lisanla təsvir ediyor. O qəhrəman
ordunun bu gün mövcud olmaması Əli Ustanın həzin-həzin
ağlamasına səbəb oluyor.
“Azərbaycan
eli, türkün öz yurdu
Oğuz xan yurdunu bu eldə qurdu.
Cahanı
sarmışdı müzəffər ordu
Ağla
Azərbaycan, ordun nə oldu?
Söylə
Azərbaycan, yurdun nə oldu?”
lll
“Bağrında
düşmanlar gəzsinmi hər an
Əsir
yetimləri kəssinmi hər an
Yadlaramı
qalsın bu əziz vətən
Ağla
Azərbaycan, qanlar çağlıyor
Bu halə Türküstan, Turan ağlıyor”.
Əli Ustanın şeirləri, onun səmimi fəryadlarıdır. Onu söyləyən,
kəndi təbiri ilə qəlbindəki, içindəki
vulkandır. Ondandır ki, Əli Usta
səsinin haqq səsi olduğuna inanıyor. Məktublarının
birində diyor ki:
“Arkadaşlar! Tutduğumuz yol haqq və millət yoludur.
Buraxınız şeirlərim nəşr
olunsun. Bütün cahan duysun ki, ölmək
istəməyən bir millət diri-diri toprağa qətiyyən
gömülməz. Bütün millətlər
azad oldu. Bütün millətlər həqqi-istiqlallarına
qovuşdular. Biz də onlar kibi azad və müstəqil
olmaq istəriz...” Və bu istiqlalı, hürriyyəti,
azadlığı azərilik müqəddəs bir haqq biliyor.
Buna iman ediyor:
“Əsarət
yakışmaz azəri türkə
Düşmanlaramı qalsın bu yaşıl ölkə?
Yakında
intiqam alarız bəlkə...
Tarixmi
yalançı, bənmi yalançı
Nə gəzər yurdumda alçaq yabancı?”
lll
“Azəri
tarixi şanla doludur
Nəhrlər,
dərələr qanla doludur
Yolumuz
igidlik, şərəf yoludur
İstiqlal
istəriz, yalnız istiqlal,
Bu həqqi
bizlərdən almaq pək mühal”
lll
“Azəri
tarixi təmiz, ləkəsiz
Dünyanın
ən gözəl bir yerindəyiz
Ey
düşman yurdumu sanma kimsəsiz
Bir
gün istiqlalı qurtaran olur
Azərbaycandan səni çıxaran olur”.
lll
Kəndi lisanı, imlası və xüsusiyyəti ilə
yazdığımız bu şeir parçalarıyla Əli
Ustanın məktubları qarşımızda bizim canlı
bir tip yaradır. Bir tip ki, azəri köylüsünü təmsil edir. Azərbaycan köylüsünün
ruhiyyatını, həyatını, məfkurəsini və
şimdiki əsarət həyatı içərisindəki
düşüncələrini bizə izhar etməkdədir.
Bu bizə pək munis bir tipdir. Biz onunla bərabər
doğduq, böyüdük. Bir yerdə
yaşadıq. Onun kibi biz də o dövrləri
gördük, onun kibi kaç sənə bolşevizmin dəhşətlər
və vəhşətlər yayan, qan və atəş
saçan istibdadını gördük. Onun
kibi biz də istiqlal dövrünün müqəddəs xatirələrilə
qürbətin və mühacirətin ən acı günlərini
keçiriyoruz.
Əli
Ustanın söylədigi və təkrar etdigi:
“Bən
qovuldum vətənimdən, elimdən,
İstiqlalı bırakmazam dilimdən.
Od
yurdunu kimsə almaz əlimdən,
Qəh...liklə yurdumuza daldılar,
İstiqlalı əlimizdən aldılar”.
Nəqarətini biz də onun kibi təkrar ediyoruz. Və bizə
təsəlli verən, ümid və ruh verən, bizi
yaşadan, istiqlala qovuşacağımıza olan ümidlərimizi
artıran bir dəfə yaşanmış o hürriyyət həyatıdır.
Əli Usta kibi biz də
ilhamımızı tariximizdən alıyoruz. Yaxın
və uzaq tariximizdən. Yaxın, uzaq və
bugünki istiqlal mücadiləsi tarixindən. Nəhrləri,
dərələri qanla dolduran milli mücadilə tarixindən...
Və müqəddəs və şərəfli
xatirənin bizdə də, Əli Ustada da
oyandırdığı ruh biri-birinin eynidir.
“İstiqlal
istəriz, yalnız istiqlal,
Bu həqqi
bizlərdən almaq pək mühal...”
Əvət, bu haqqı bizlərdən alamazlar. Kimsə
alamaz. Yaşamaq hər kəsin
haqqıdır. Hürr yaşamaq isə
millətini idrak etmiş millətlərin haqqıdır.
Əli Ustanın “bütün millətlər
azad oldular, bütün millətlər həqqi-istiqlallarına
qovuşdular. Biz də onlar kibi azadə və
müstəqil olmaq istəriz...” diyəsilə azəri
köylüsünün bu sevdasız fərdinin, bu
yazmağı kəndi-kəndinə öyrənmiş
üzvünün şüur və idrakına bir dəlildir.
Əli
Usta Abşeronun qumsal sahilində böyüyən, 3-cü Gəncə
alayının dülgərligini yapan, Əsgəran-Qarabağ
müharibələrini görən, Gəncə, Qarabağ və
Kürdəmir üsyanlarının şahidi olan və bu
gün də Alucradan, kəndi təbirilə, boğulan,
üç boyalı bayrağımızın həsrətilə
vulkan kibi coşan, Əli Usta qızıl rus kabusunda azəri
köylüsünün keçirdigi həyəcanları
yaşamıyormu? Və ya yaşatmıyormu?
Onu uzun məsafələr, keçilməz
dağlar və dənizlər belə Azərbaycandan
ayırmamışdır. O, Azərbaycana məftundur.
“Azərbaycan
türkün ana qucağı
Azərbaycan
türkün altun otağı
Azərbaycan
türkün cənnət bucağı
Ağlama,
ağlama, ey gözəl yurdum
Sənin aşiqinəm, sənə vuruldum”.
Əvət,
Əli Usta yurdunun, Azərbaycanın,
istiqlalın müqəddəs timsalı olan üç
boyalı azəri bayrağının aşiqidir. O müqəddəs
istiqlal eşqilə vətən və hürriyyət həsrətilə
yanıyor...
Şamil VƏLİYEV,
professor
525-ci qəzet.- 2015.- 5 dekabr.- S28.