Çin - qədim sivilizasiya
və müasir möcüzələr
ölkəsi
(Əvvəli ötən şənbə sayımızda)
Vaxtilə Çingiz xan hərbi gücün vasitəsi ilə İpək Yolunda ticarəti xeyli asanlaşdırdığı və
faydalı etdiyi kimi, axı imperiyada gömrük məsələləri kiçik
dövlətlərin çoxluğuna
nisbətən daha əziyyətsiz və vahid qayda əsasında
aparılır, həm
də tacirlərin və malların təhlükəsizliyi təmin
edilir, indi bu işi Çinin
maliyyə imkanları
görəcəkdir və
yeni İpək Yolu müasir insfrastruktura imkanları müqabilində daha sürətli və səmərəli işləməyə
qadir olacaqdır.
Çinin yeni ideyası heç də fantaziya xarakteri daşımır, reallığa
əsaslanmaqla yanaşı,
müəyyən tarixi
təcrübədən ilhamlanır. Bu təcrübələr bəlkə
də müəyyən
qlobal hadisələrə
görə başa çatmasa da, ideya öz cazibədarlığını
heç də itirməmişdir. Bu ideyanın ən son nümunəsi kimi bir əsr əvvələ
nəzər salmaq yaxşı olardı.
1904-cü ildə geosiyasətin
banisi olan ingilis coğrafiyaçısı
ser Helford Makkinder “Kolumb
erasının” - başqa
sözlə, qərb dəniz dövlətinin ağalığının başa
çatması və
quru yol dövləti epoxasının
meydana gəlməsi barədə məşhur
sözünü dilə
gətirmişdi. Yeni epoxada Avrasiyanın
içəriləri dünya
ağalığına açar
rolunu oynayacaqdır.
Bu ox regionu müasir
mərkəzi və şimali Avrasiyanı tutan Rusiya imperiyasının
ərazisi ilə üst-üstə düşürdü.
Makkinder bu fikrini “Tarixin
coğrafi oxu” əsərində ifadə
edir. O, Avrasiya nəzəriyyəsini təsvir
edərək, onu “dəniz ətrafı”nın (başqa sözlə, digər qitələrin) tabeçiliyi
şəklində olması
vasitəsilə geopolitik
bir hakimiyyətin təbii yeri adlandırmışdır. Ona görə
də indi, bəlkə də, Makkinderin qabaqcadan görməsini silib yoxa çıxarmaq hələ tezdir. Çünki qitənin içərilərinə
nəzarət etməyə
yeni iddiaçı - Çin meydana çıxmışdır və
Rusiya artıq onunla müqayisədə uduzur. Çinin strategiyası çox və ya az dərəcədə
bu Britaniya coğrafiyaçısının nəzəriyyəsinə uyğun
gəlir. Çin İpək Yolunu
dirçəltdikdə başlıca
rolu artıq dəvə karvanları deyil, dəmir yollarında hərəkət
edən çox sürətli qatarlar oynayacaqdır. Çin öz
dəmir yolları şəbəkəsini sürətlə
genişləndirəcəkdir. Yüksək
sürətli xəttlərin
çəkilməsində Çin dünya liderinə çevrilməklə,
qonşu dövlətlərin
ərazilərində də
bu işi davam etdirə bilər. Hələlik Mərkəzi Asiya
bu nəhəng planın həyata keçirilməsində başlıca
məqsəd rolunu oynayır.
Yəqin ki, başqa dövlətlərin ərazilərində
təkcə dəmir yol şəbəkəsi deyil, həmçinin avtomobil yolları, boru nəqliyyatı və infrastrukturanın digər elementləri tikiləcəkdir. İpək Yolunun başqa mümkün ola
biləcək bir qanadı Çindən şimalda olan istiqamətə yönələcəkdir.
Nəzərdə tutulan
yüksək sürətli
dəmir yolunun bir hissəsi 7 min km uzunluğunda olmaqla Moskva ilə Pekini birləşdirəcəkdir,
bu isə iki şəhər arasındakı yola sərf edilən səfər vaxtını
6 və ya hətta daha çox sutkadan 33 saata endirəcəkdir. İpək Yolunda sadəcə addımlamaqla olduqca yavaş hərəkət
edən dəvə karvanlarını çox
sürətlə gedən
müasir elektrovozların
çəkdiyi qatarlar
əvəz edəcəkdir.
Əgər çinlilər öz dəmir yolu irəliləmələrində uğur qazansalar, onlar nəticədə Makkinderin “Transkontinental dəmir yollar quru ərazinin dövlətinin də vəziyyətini dəyişəcəkdir və onlar Avrasiyanın bağlı içərisində olan kimi heç yerdə belə böyük səmərəliliklə işləməyəcəkdir” kimi sözlərdə ifadə olunan ideyasının düzgünlüyünü də sübut edəcəklər. Dəmir yollarının dəniz yolları ilə müqayisədə üstünlüyünü vurğulamaqla, Makkinder qeyd edirdi ki, “qitə dəmir yolu vaqonu ixrac üçün işləyən fabrikdən bilavasitə idxalçının əmtəə anbarınadək hərəkət edə bilər”. Müasir iqtisadi dildə bu tikişsiz nəqliyyat sistemi adlanır. Çin də, göründüyü kimi, Avrasiya nəqliyyat şəbəkəsinin məntəqəsi olmaq istəyir. Mühüm cəhət odur ki, Avrasiya qitə şəbəkəsi əsas etibarilə ABŞ üçün əlçatmaz olacaqdır, axırıncının hərbi-dəniz qüvvələri qlobal dəniz yollarına nəzarəti həyata keçirir, bu da əsasən dənizlə həyata keçirilən Çin ticarətinin ehtimal edilən kimi blokadaya alınmasına görə narahatçılıq törədir. Axı lord Palmerston XIX əsrin ortalarında Böyük Britaniyanın baş naziri kimi bir Mərakeş və Britaniya təbəəsi olan yəhudinin maddi marağına görə Yunanıstanı cəzalandırmaq üçün ölkənin başlıca limanı olan Pireyi blokadaya almışdı. ABŞ da öz hərbi gücünə bel bağlayıb Çinə qarşı hansısa uydurulmuş bir səbəbə görə belə cəza tədbirini tətbiq edə bilər.
Mərkəzi Çində olan transkontinental dəmir yolu şəbəkəsini okean yolları tamamlaya bilər, onlar Çin limanlarını uzaq Avrasiya sahilləri ilə birləşdirə bilər. Onların arasında ən mühüm olanı cənubi-şərqi Asiyanın dənizlərindən və Hind okeanından keçən Dəniz İpək Yoludur. Yaxın vaxtlarda Tailandın cənub hissəsindən keçən Tay kanalının tikintisinə başlana bilər. Onun maliyyələşdirilməsi Çin tərəfindən həyata keçiriləcəkdir və nəticədə Dəniz İpək Yolu Çinə dost olan Kamboca, Tailand və Birma kimi ölkələrin ərazilərinə yaxınlaşacaqdır. Əslində elə bil ki, Asiyanın şərqində yeni Panama kanalı meydana gələcəkdir və axırıncı Atlantik okeanla Sakit Okean arasındakı məsafəni min kilometrlərlə qısaldan kimi, Tay kanalı da oxşar funksiyanı həyata keçirəcəkdir. Belə olan şəraitdə amerikan hərbi-dəniz qüvvələrinin Malakka boğazına nəzarətinin əhəmiyyəti da azalacaqdır.
Çin həmçinin Şimal dəniz yoluna da maraq göstərir, bu, Rusiyanın nəzarət etdiyi Arktika akvatoriyasından keçir və o yoldan istifadə də həyata keçirildikdə Moskva Çinin daha yaxın “strateji partnyoruna” çevriləcəkdir.
Çinin Avrasiya konsepsiyasında iqtisadi düşüncələr geostrateji maraqlarla çuğlaşmışdır. İqtisadi nöqteyi-nəzərdən Çin onun rəhbərliyi altında olan nəhəng inteqrasiya olunmuş ərazinin yaranmasından fayda əldə edəcəkdir. Strateji nöqteyi-nəzərdən Çin təsirinin nəzarətində olan bu zona xeyli dərəcədə çin-amerikan münasibətlərində ciddi böhran baş verdikdə, düşmənçilik müdaxiləsi üçün heç də kövrək olmayacaqdır. Birləşmiş Ştatlar Çin geoiqtisadi imperiyasının dəniz kənarlarına zərbə vurmaq gücündə olan ən qüdrətli hərbi-dəniz qüvvələrinə malikdir. Lakin Vaşinqton praktiki olaraq Avrasiyanın içərilərində Çinin quru hissəsinə zərbə vurmaq qabiliyyətində olmayacaqdır.
Özünün əvvəlki Avrasiya ambitsiyalarına baxmayaraq, Moskva Pekinin böyük layihəsinin yolu üzərində dayanmayacaqdır. İndiki şəraitdə Rusiya Qərblə pis münasibətləri yaşadığına görə Çinə yaxınlaşmaqdan başqa elə bir çıxış yoluna malik deyildir. Rusiyanın yaşadığı iqtisadi böhranda Çin çətin vəziyyətdə olan bu ölkəyə kömək etməyə hazırdır. Rusiya mütəxəssisləri də etiraf edirlər ki, yeni İpək Yolu, təkcə gələcək iqtisadi faydası ilə deyil, həm də iqtisadi- siyasi düşüncədə Avrasiyada gələcək böyük qitə dövləti üçün “yüksəliş bazası” yaratmaq ümidləri ilə bağlıdır. Çinlə Rusiya arasındakı partnyorluq Avrasiyanın formasını dəyişməklə, onda yeni tarazlıq yaradacaqdır. Bu vaxt, əlbəttə ki, onun cazibə mərkəzi Moskvadan Pekinə keçəcəkdir.
Əgər Rusiyanın bəxti gətirərsə, onda o, nəticədə Çin “Kanadasına”- təbii sərvətlərin nəhəng anbarına çevriləcəkdir. Onları Moskva cənub qonşusuna ötürəcəkdir, bu vaxt həm də suverenliyinin müəyyən dərəcəsini qoruyub saxlayacaqdır. Lakin ssenarinin pis variantına müvafiq olaraq Rusiyanın Çin imperiyası daxilində vassala çevrilmək qorxusu vardır. Çin isə uzun tarixində öz vassalları ilə necə davranmaq təcrübəsinə malik olmuşdu və belə variant da onun üçün hansısa çətinliyə səbəb olmayacaqdır.
1904-cü ildə Makkinder Rusiyanın Çin torpağına çevrilməsi imkanını nəzərdə tuturdu və bu təhlükəni görürdü. Çünki həmin hadisə bütün dünyada sülh üçün sarı təhlükə kimi meydana çıxardı. Sadəcə olaraq ona görə ki, bu halda dəniz sərhədlərini də böyük qitənin ehtiyatlarına əlavə edəcəkdi. Britaniya coğrafiyaçısı təkcə yaponlara görə səhvə yol vermişdi. O düşünürdü ki, onlar çinliləri təşkil edə bilərlər. Lakin o, bu vaxt mövcud şəraitlərdən çıxış edirdi, güclü yaponları və zəif, məğlub edilmiş çinliləri nəzərə alırdı. Bu gün artıq o dövrlər arxada qalmışdır. Tokio yalnız Moskva ilə Pekin arasında ittifaqın yaranmasının qarşısını almağa çalışır. Bir əsrlik məsafə Çinlə Yaponiyanın qüvvələri arasındakı nisbəti də əsaslı surətdə dəyişmişdir. Yuxarıda qeyd olunan ittifaq Yaponiyanı güclü düşmən bloku ilə üz-üzə qoya bilərdi.
Tarixə üç Avrasiya imperiyası məlumdur. Birinci imperiya monqolların XIII və XIV əsrlərdəki işğalları nəticəsində yaranmışdı və onun ərazisi Yapon dənizindən və Cənubi-Çin dənizindən Aralıq dənizinə qədər uzanırdı. 33 milyon kvadrat km. əraziyə malik olmaqla o tarixdəki ən böyük qitə imperiyası idi, lakin vahid tamlıq kimi uzun müddət yaşaya bilmədi. Həm Çin, həm də Rusiya həmin dövrdə bu köçərilərin imperiyasının hissələri idi, onlar Daxili Monqolustan ərazisində yerləşən Karakorum şəhərindən, sonralar isə Xanbalıqdan idarə olunurdu. Daha sonra meydana Bizans və Rusiya imperiyaları çıxdı.
İndi Çinin növbəsi gəlmişdir, o, özünün “Avrasiya imperiyası” versiyasını əmələ gətirməyə cəhd edəcəkdir. Monqol və ya Rusiya dövlətlərindən fərqli olaraq, çinlilər hərbi gücdən deyil, yalnız iqtisadi gücdən istifadə edəcəklər. Ona görə də bu gün həmin yeni imperiyanın necə olacağını demək çətindir, lakin dumanın arxasından siluet artıq gözə dəyir.
Çinin rəhbərliyi altında Avrasiyanın inteqrasiyası sahəsində Pekinin cəhdləri Vaşinqtonda çoxları tərəfindən ciddi çağırış, hətta təhlükə kimi qiymətləndirilir. Çin iqtisadi ekspansiyanı həyata keçirə bilər. Lakin onun yaxın gələcəkdə hərbi ekspansiyaya əl atacağı ehtimalı sıfıra bərabərdir. Çünki Çin öz tarixi boyu belə cəhdlərdən uzaq olmuşdur. Başqalarından fərqli olaraq, çinlilərə revanşizm hissləri də yaddır. Çin ağır keçmişindən son onilliklərdə xoş gələcəyə addımlamaq üçün olduqca uğurlu gedişlər etmişdir.. Bu uğurlar onu təkcə Asiyada deyil, qlobal səviyyədə də inkişaf zirvəsinə istiqamətlənən lokomotivə çevirə bilir. Dünyanın sayca ən böyük xalqının iqtisadi və sosial sahədəki zəfərləri başqa xalqlarda da yalnız sevinc hissləri yaratmalıdır. Çin həm də qarşıya çıxan problemlərin, çətinliklərin, rəqabətin və bazar iqtisadiyyatının yeni çağırışlarına cavab vermək, onları ağır haqq vermədən dəf etməyi bacarmalıdır. Bu isə o qədər də asan məsələ deyildir. Onun uğurlarına digər ölkələr və xalqlar da qısqanclıqla yanaşmamalıdır. Çünki bu, dünyanı silkələməyə sərf olunmayacaqdır. Əksinə, planetin əhalisinin hər beşincisini daha xoşbəxt və ləyaqətli həyata cəlb etməklə, bütövlükdə bəşəriyyətin də inkişafına təkan verəcəkdir. Buna görə isə yalnız fərəh hissləri keçirmək lazımdır.
SON
Telman Orucov
525-ci qəzet.- 2015.- 5 dekabr.- S26