Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı”

 

MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNDƏ BU MÖVZUDA ELMİ-NƏZƏRİ KONFRANS TƏŞKİL EDİLİB

 

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində möhtəşəm ümumtürk abidəsi olanKitabi-Dədə Qorquddastanının ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuşTürk epos mədəniyyəti Kitabi-Dədə Qorquddastanımövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixli sərəncamından irəli gələn tədbirlər çərçivəsində keçirilən bu konfransda Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilənKitabi-Dədə Qorqudabidəsinin əhəmiyyətindən söhbət açılıb.

 

Konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Fərəh Əliyeva müstəqillik tariximizdə ədəbi hadisə olanKitabi-Dədə Qorqud  eposunun 1300 illik yubuleyinin qeyd edilməsindən, ümummilli lider Heydər Əliyevin klassik irsə münasibətindən geniş söz açaraq bu dastanın milli-mədəni irsin qorunub yaşadılması yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında oynadığı roldan danışıb.

 

Plenar iclasda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək deyib: “Tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqud onun çevrəsindəki mifoloji tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edənQorqud”, şübhəsiz ki, yüzilliklərin dərinliklərindən gələn müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır. Oğuz-türk tarixinin çeşidli dönəmlərində, xüsusən taleyüklü məqamlarında ulus-etnos içərisindən çıxmış (zühur etmiş) qeyri-adi istedad, bilici-görücü keyfiyyətlərinə malik unikal şəxsiyyətlər sözügedən mənəvi statusu (“qorqudluğu”) öz üzərinə götürmüş, bu səbəbdən Qorqudadı ilə çağırılmışlar. Bu baxımdanQorqudtarixi-mifoloji statusunun yüzillər boyundakı daşıyıcılarının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz Anadoluda müşahidə olunan çoxsaylı Qorqud qəbirləri həmin tarixi gerçəkliyin ifadəsidir”.

 

Görkəmli folklorşünas alim, professor Qəzənfər PaşayevKitabi-Dədə Qorqud”un ümumtürk mahiyyətini açıqlayaraq qeyd edib ki, oğuzların min illər boyu yaratdığı, ağıl zəkanın məhsulu olanKitabi-Dədə Qorquddastanı şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi yazılı ədəbiyyatımızın başlanğıcı tükənməz enerji mənbəyidir. Dünya Elm aləminə bəlli olmasının 200 illiyi Azərbaycanın bütün bölgələrində il boyu yüksək səviyyədə keçirilməsi bu ölməz abidəyə onu yaradanlara qədirşünaslıq əlaməti olduğunu vurğulayıb.

 

Universitetin professoru, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, M. Füzuli adına Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov, Əməkdar incəsənət xadimi, dosent Kamilə Dadaşzadə çıxış edərək Azərbaycan xalqının tarixi köklərinin, milli-mədəni irsinin daha yaxşı dərk edilməsindəKitabi-Dədə Qorquddastanının əhəmiyyətini qeyd edib. Toplantıda filologiya elmləri doktorları Aybəniz Əliyeva-Kəngərli, Tərlan Quliyev, Nailə Mustafayeva digərləri məruzələrlə çıxış ediblər.

 

Kitabi-Dədə Qorqud milli musiqimiz”, “Kitabi-Dədə Qorqud müasir filoloji fikir”, “Kitabi-Dədə Qorqud  Azərbaycanda kulturoloji düşüncə  Teatr kinoda Dədə Qorqud motivləriadlı bölmələrdən ibarət konfransda çıxış edən sənətşünas alimlər tərəfindən  Kitabi-Dədə Qorquddastanının musiqi konsepsiyasına ümumilikdə dastana Azərbaycan musiqi mədəniyyəti konteksti bucağından münasibət bildirilib.

 

Universitet tələbələrinin ifasında saz bağlama havaları dinlənilib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

 

Konfransda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş aşağıdakı elmi məruzələr səslənib: “Kitabi-Dədə Qorqud” Azərbaycan Musiqi mədəniyyəti kontekstində”, “Azərbaycan mifoloji-fəlsəfi görüşlərində qopuz aləti - həyat rəmzi kimi”,  “Kitabi-Dədə Qorqud” dastanının musiqi konseptsferasına dair”, “Dünya Qorqudşünaslığın təkamül mərhələləri”, “Müştərək türk abidələri “Kitabi-Dədə Qorqudeposu”, “Dədə Qorqudeposu: MifAntimif”,  “Kitabi-Dədə Qorqud” Azərbaycan folklorunun ana abidəsi kimi”, “Dədə Qorqud məzarının ünvanı - Dəmirqapı Dərbənd”, “Kitabi-Dədə Qorqudmüasir multikulturalizmin etnokultural mənşəyi kimi”, “Kitabi-Dədə Qorqudda dövlətçilik”,  “Kitabi-Dədə Qorqudmövzusu daim aktualdır”,  “Kitabi-Dədə Qorquddilinin leksik-semantik özəllikləri”, “Kitabi-Dədə Qorqudeposunda işlənən paremiyaların semantik funksiyaları”, “Kitabi-Dədə Qorqud” müqayisəli təhlillər müstəvisində”, “Azərbaycan dastanlarında etnokosmik identifikasiya: “Dədə Qorqud” və “Əsli-Kərəm”, “Əsrlərdən boylanan, dastanlaşan tariximiz, mədəniyyətimiz, məişətimiz Qorqud Dədənin dilində”, “Nizami Gəncəvinin yaradıcılığında “Kitabi-Dədə Qorqud” ənənəsi”, “Epik əsərlərin öyrənilməsinin Avropa məktəblərinin nəzəri kontekstində qorqudşünaslığın problemləri”, “Erməni mifini dağıdan ana kitabımız”,  “Oğuznamələr və “Loğman oğuznaməsi” barədə”, “XVIII əsr oğuz türkləri ədəbiyyatının mövzujanr xüsusiyyətləri barədə”, “Dədə Qorqud Kitabı”nda kulturoloji təfəkkürün təcəssümü”, “Kitabi-Dədə Qorqudeposu ümumtürk kulturoloji fikir kontekstində”, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyər problemi”, “Kitabi-Dədə Qorqud” dastanı dünənimizdə və bu günümüzdə”, “Kitabi-Dədə Qorqudda fəlsəfi və teoloji diskurslar”, “Kitabi-Dədə Qorqud” dastanında Dədə Qorqud obrazı arxetip kimi”, “Türk epos mədəniyyəti və “Kitab-Dədə Qorqud” dastanı”, “Teatr prosesinin ilk mərhələsi: Milli teatr düşüncəsinin əski qaynaqları”,  “Kitabi-Dədə Qorqud” və Nibelunqlar nəğməsi”: “suünsürünün dastan kreativliyi (mifdən dastana)”, “Türkün “İlliada”sı”,  “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın keçmişinin şanlı səhifələrini özündə yaşadan qəhrəmanlıq dastanıdır”.

 

O cümlədən, konfransda  “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə dair videoçarxlarkitab sərgisi nümayiş olunub.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 5 dekabr.- S21