Elm və təhsilin vəhdəti:
yeni layihələr, yeni
nailiyyətlər
Son zamanlar Təhsil
Nazirliyi ilə AMEA arasındakı müştərək
layihələr aktuallıq
qazanıb. Tələbələrin elmi araşdırma
məsələləri üzərində
işləməyə həvəsləndirilməsi
və dünyagörüşünün
düzgün istiqamətdə
formalaşdırılması da bu layihələrin
əsas qayələrindəndir.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti də AMEA ilə əməkdaşlığa
başlayıb. Universitetin tələbələri Azərbaycan
ədəbiyyatı və
Mətnşünaslıq fənlərini
AMEA-nın Füzuli adına Əlyazmalar
İnstitutunda əyani
vəsaitlər vasitəsilə
daha dərindən öyrənirlər. Bugünlərdə
Universitetin professoru Gülşən Əliyeva-Kəngərlinin
də iştirakı ilə tələbələr Əlyazmalar
İnstitutunun ekspozisiya
zallarında qədim əlyazma nüsxələri
ilə tanış olublar. Mətnşünaslıq fənninin tədrisi
çərçivəsində keçirilən bu dərsdə nəfis miniatürlərlə bəzədilmiş
əlyazmalar həm yaranma tarixi həm də işlənmə səviyyəsinə
görə tələbələrin
diqqətini çəkdi.
İnstitutda qorunan qədim əlyazmalarla tələbələri institutun
elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov tanış edib. 1982-ci ildən fəaliyyət göstərən ekspozisiya
zalında Nur Əlişah İsfa-hani, Nəxşəvi Ziyaəddin,
İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd
Füzuli, Seyid Məhəmməd Ürfi
Şirazi, Bəvazici,
Əhməd Nədim,
Əbdürrəhman Cami,
Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsrəddin
Tusi, Məhsəti Gəncəvi, Əlişir
Nəvai, Mirxond Mə-həmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov və digər görkəmli elm
və mədəniyyət
xadimlərinə aid əsərlərin
əlyazma nüsxələri
nümayiş olunur.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanmış, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış olmuşlar. Universitetin rəssamlıq sənəti fakültəsinin tələbələri Əlyazmalar İnstitutunun fondlarında Azərbaycanın zəngin miniatür sənətinə aid kolleksiyalarla tanış olaraq bu elm və sənət məbədindən zəngin təəssüratla ayrılmışlar. Tələbələr fondda qorunan ədəbiyyat nümunələri ilə yanaşı rəssamlıq sənətinə dair nadir əsərlərlə də yaxından tanış olmuşlar.
İnstitutun şöbə müdiri Nigar Babaxanlı Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII - XIV əsrlərdə Təbriz və Marağa şəhərlərində yaranmasından, Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşmasından və (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərdiyini qeyd edərək ekspozisiya haqqında geniş məlumat verib. Tələbələr eyni zamanda XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli, xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyət göstərməsi barədə ərtaflı məlumat alıblar. Əlyazmalar İnstitutunda saxlanan əlyazmalar kitabları içində bədii cəhətdən dəyəri ilə diqqəti cəlb edən bir sıra miniatür rəsmlər rəssam tələbələrin marağına səbəb olub. Bunlardan Nizami Gəncəvi Xəmsəsinə, Sənainin “Hədiqətül-həqayiq”, Əmir Xosrov Dəhləvinin “Həşt behişt” poemalarına, Hafiz, Füzuli, Ürfi, Əmin Şahi, məktəbi divanlarının, “Nüşafərin və Gövhərtac” əsərinə çəkilmiş miniatürlər sənətkarlıq baxımından xüsusilə seçilirlər. Bu rəsmlər əsasən Təbriz miniatür məktəbinə məxsusdur.
İnstitutda keçirilən dərslər elmlə təhsil arasında əlaqənin genişləndirilməsi, tələbələrin elmə marağının artırılması və eyni zamanda xalqın milli-mənəviyyat xəzinəsinə daxil olan nəfis miniatürlər və əlyazmalarla tanışlığa səbəb olub.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 5 dekabr.- S.20