Azərbaycan Misirdəki mədəniyyət festivalında təmsil olunub

 

 

Misirin ilk özəl universiteti sayılan, 40 mindən çox tələbəsi olan “6 OktyabrUniversitetinin keçirdiyi doqquzuncu mədəniyyət festivalında Azərbaycanın Misirdəki səfirliyi iştirak edib.

 

Mədəniyyət festivalında ABŞ, Yaponiya, Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İndoneziya, Tailand, İraq, Liviya, Suriya, Yəmən, Fələstin, Almaniya, İordaniya, Peru, Livan, Bəhreyn, Nigeriya, Küveyt, Somali və digər ölkələrin mədəniyyətlərini əks etdirən sərgilər təşkil olunub.

 

Azərbaycana aid sərgidə ölkəmizin mədəniyyətini əks etdirən musiqi alətləri, geyimlər, kitablars. nümayiş etdirilib.

 

Sərgimizi ziyarət edən “6 OktyabrUniversitetinin rektoruna, müəllim heyətinə, xarici qonaqlarauniversitet tələbələrinə səfirliyin əməkdaşları tərəfindən ölkəmiz haqqında məlumat verilibonlara Azərbaycan mədəniyyəti, tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müxtəlif kitablar hədiyyə edilib.

 

İki gün ərzində davam edən festival zamanı on minə yaxın tələbə Azərbaycan sərginin qonağı olub.

 

Festivalın sonunda təşkil edilmiş tədbirdə Azərbaycanın mədəniyyətini, tarixini, müasirliyini əks etdirən 20 dəqiqəlik videofilm nümayiş etdirilib ki, bu da qonaqların diqqətini xüsusilə cəlb edib.

 

Azərbaycanın ərəb və İslam dünyası ilə sıx əlaqələrinin olduğu bildirilib, ölkədə millidini tolerantlığın yüksək səviyyədə olduğu vurğulanıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Fransada UNESCO-nun tədbirində çıxışı zamanı söylədiyi fikirlərə istinad edilərək, İslam dininin terrorla heç bir əlaqəsinin olmadığı, terrorun dininin və milliyyətinin olmadığı, Azərbaycanın özününterrordan əziyyət çəkən ölkə olduğu diqqətə çatdırılıb.

 

525-ci qəzet.- 2015.- 5 dekabr.- S17