Latviyalı nazir Azərbaycan
Xalça Muzeyini ziyarət
edib
Ölkəmizdə səfərdə olan Latviyanın rifah naziri Uldis Auqulinin
başçılıq etdiyi
nümayəndə heyəti
Azərbaycan Xalça
Muzeyində olub.
Azərbaycan Xalça Muzeyinin
direktoru Röya Tağıyeva qonaqlara xalqımızın qədim
xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi
haqqında ətraflı
məlumatlar verib: “Azərbaycan xalçaçılıq
sənətinin əsas
bədii istiqamətlərini
əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını
nümayiş etdirir.
Muzeyin “Qızıl
fondu”nu xovlu xalçalar təşkil edir. Muzeyin kolleksiyasında xovsuz
xalçaların da
nadir nümunələri saxlanılır.
Burada Azərbaycanın 7 əsas
xalçaçılıq məktəbinin - Bakı,
Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xalça nümunələri təqdim
olunur. Xalçalar xalqın həyatını
əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük
zəhməti sayəsində
milli xalçaçılıq
sənəti 2010-cu il
noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilib və həmin tarix ölkəmizdə Azərbaycan
Xalçası Günü
kimi qeyd edilir”.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal
görünüşü, ekspozisiya zallarının qeyri-adi
quruluşu da qonaqlarda xoş təəssüratlar
oyadıb.
525-ci qəzet.- 2015.- 5 dekabr.- S17