Dünya irsi: İçərişəhər - qədim şəhərin müasir tarixi” müzakirə edilib

 

 

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi Qız qalası ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunanDünya irsi: İçərişəhər - qədim şəhərin müasir tariximövzusunda konfrans keçirilib.

 

KonfransdaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq regional təşkilatlarla, o cümlədən, UNESCO ilə əməkdaşlıq edir. Ölkəmiz bu beynəlxalq təşkilatla birlikdə bir sıra layihələr həyata keçirib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü dəstəyi ilə 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu almış İçərişəhər 2000-ci ilin dekabrında Qız qalası Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib 15 ildir bu siyahıda layiqli yerini qoruyub saxlamaqdadır. İçərişəhər Azərbaycanın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən ilk tarixi məkanıdır. 2003-cü ildə İçərişəhər təhlükə altında olan obyektlər sırasına daxil edilib.

 

2005-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb. S.Nuriyev ötən müddətdə Prezident İlham Əliyevin Azərbaycanın birinci xanımı, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət qayğısı altında İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi, mühafizəsi, bərpası, burada konservasiya restavrasiya işlərinin aparılması, tarix-memarlıq abidələrinin elmi, tarixi mədəni cəhətdən öyrənilməsi, dünyada tanıdılması beynəlxalq səviyyədə təbliği sahəsində görülmüş işləri xüsusi qeyd edib. İçərişəhər ərazisində bir sıra zəruri bərpa layihələrinin başlanmasını abidələrin dağıdılmasının qarşısının alınmasını nəzərə alaraq 2009-cu ildə İçərişəhər UNESCO-nun Təhlükə altında olan obyektlər siyahısından çıxarılıb”.

 

Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin artıq 23 ildir ki, UNESCO-nun tamhüquqlu üzvü olduğunu, bu əməkdaşlığın abidələrin tarixi yerlərin mühafizəsi, onların bərpası tədqiqi sahəsində zəngin dünya təcrübəsinin öyrənilməsi üçün ölkəmizə, o cümlədən, İçərişəhərə geniş imkanlar açdığını bildirib. İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınmasının bütün dünyada ümumbəşəri bir dəyər kimi qəbul edilməsinin yüksək qiymətləndirilməsinin əyani göstəricisi olduğunu söyləyən nazir son illər ərzində İçərişəhərin ərazisində yüksək peşəkarlıqla gözəl memarlıq üslubunda həyata keçirilmiş təmir-bərpa, abadlıq, konservasiya restavrasiya layihələrindən bəhs edib.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov idarəyə rəhbərlik etdiyi 2006-2008-ci illərdə həyata keçirilən işlər barədə məlumat verib: İdarə yeni yarananda dünyanın məşhur memarları cəlb edilməklə İçərişəhərdə bərpa konservasiya işləri başlanıb. Bundan sonra İçərişəhər təhlükə altında olan obyektlər siyahısından çıxarılıb”.

 

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, akademik Ziyad Səmədzadə, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov əlamətdar gün münasibətilə kollektivi təbrik ediblər. Qeyd edilib ki, İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınması ölkəmizi dünyada tanıtdıran mühüm hadisədir.

 

TədbirdəİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bir qrup əməkdaşına Azərbaycan Memarlar İttifaqının fəxri fərmanları təqdim edilib.

 

Sonda İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının 15 illiyinə həsr olunan film nümayiş etdirilib.

 

 

525-ci qəzet.- 2015.- 5 dekabr.- S.15