Səməd Vurğunun
ev muzeyinin
yaradılmasının 40 illiyi qeyd olunub
Xalq şairi Səməd Vurğunun ev
muzeyinin yaradılmasının
40 illik yubileyi keçirilib.
Tədbirdə ev-muzeyin direktoru
Nüşabə Vəkilova
ev-muzeyin yaranma tarixindən danışıb:
“Böyük şairimiz
Səməd Vurğun
Azərbaycan poeziyasının
min illik populyarlığını
yaradan şairlərimizdəndir.
Muzey 1975-ci il
oktyabrın 6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə yaradılıb.
Böyük şair bu evdə ömrünün
son 2 ilini (1954-1956) yaşayıb”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 40 ildir
ki, səmərəli
fəaliyyət göstərən
Səməd Vurğunun
ev-muzeyinin həcmcə
böyük fondlara malik muzeylər kateqoriyasına aid olduğunu
və burada zəngin eksponatların qorunub saxlandığını
söyləyib: “ Muzey yarandığı
gündən ictimaiyyətlə
sıx əlaqə qurub, burada müxtəlif
sərgilər və tədbirlər, elmi sessiyalar keçirilib. Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib, şairin
övladları-Xalq yazıçısı
Yusif Səmədoğlu,
Xalq şairi Vaqif Səmədoğlu, qızı-əməkdar mədəniyyət
işçisi Aybəniz
Vəkilovanın həyat
və yaradıcılığına
həsr olunmuş guşələr yaradılıb
və yeni eksponatlarla zənginləşdirilib”.
Tədbirdə Xalq yazıçısı
Anar, millət vəkilləri Nizami Cəfərov, Elmira Axundova
və başqaları
unudulmaz şairin yaradıcılığından, Azərbaycan poeziyasinda tutduğu mövqeyindən
söhbət açıblar.
Xalq artisti, bəstəkar Sevda İbrahimova atası - Xalq yazıçısı
Mirzə İbrahimovla
şairin yaradıcılıq
münasibətlərindən və dostluğundan xatirələr danışıb.
Tədbirdə Səməd Vurğunun
sözlərinə S.İbrahimovanın bəstələdiyi
mahnı, həmçinin şairin nəticəsi,
beynəlxalq müsabiqələr laureatı Vurğun
Vəkilovun fortepianoda ifa
etdiyi musiqi səsləndirilib.
525-ci qəzet.- 2015.- 5 dekabr.- S15