Cabir Novruz
xatırlanıb
Dirili Qurbani Məclisinin təşkilatçılığı
ilə, XX əsr Azərbaycan poeziyasının
parlaq simalarından olan Xalq şairi
Cabir Novruzla bağlı xatirə tədbiri keçirilib.
Tədbirdə məclisin sədri,
şair-publisist Tariyel
Abbaslı Cabir Novruzun yaradıcılığından
söhbət açıb:
"Onun əsərlərində
xalqımızın həyatında
baş verən keşməkeşli hadisələr
geniş şəkildə
işıqlandırılıb. Şeirləri hər zaman
bəstəkarları tərəfindən
də yüksək qiymətləndirilib. "Sən oldun", "Məhəbbət", "Cavanlığım",
"Bulaq suyu, dağ havası",
"Ömür keçir",
"Bakının qızları",
"Tələbə" və
digər populyar mahnıları indi də dillər əzbəridir, ifaçılarımızın
repertuarından düşmür".
Filologiya
üzrə fəlsəfə
doktoru, şair-publisist
Adil Cəmil, ədəbiyyatşünas Sona
Xəyal və başqaları şairin ədəbiyyata gəldiyi
gündən yüksək
bəşəri-mənəvi dəyərləri tərənnüm
edən şeirləri
ilə oxucuların dərin məhəbbətini
qazandığını söyləyiblər:
"Şairin əsərləri
dünyanın müxtəlif
xalqlarının dillərinə
tərcümə edilərək
nəşr edilib. Onun bədii tərcümələri sayəsində
isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə
tanış olmaq imkanı qazanıb. Cabir Novruzun ictimai
fəaliyyəti də
zəngin olub. O,
həyatının bütün
mərhələlərində ölkəmizdə gedən
ictimai-siyasi proseslərin
həmişə fəal
iştirakçısı olub,
hadisələrə düzgün
qiymət verilməsində
əsl vətəndaşlıq
mövqeyi nümayiş
etdirib".
Şairlər - Əzizə Ağahüseynqızı,
Nəcməddin Mürvətov
və başqaları
şairin yaradıcılığından
danışıb, əsərlərindən
nümunələr səsləndiriblər.
Tədbirdə Xalq artisti Niyaməddin
Musayev, Əməkdar
artist Abbasqulu Nəcəfzadə
və digər incəsənət ustaları
şairin sözlərinə
yazılmış musiqi
əsərlərini ifa
ediblər.
Sonda Cabir Novruz Fondunun sədri, şairin övladı Müşfiq
Cabiroğlu tədbirin
təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 8 dekabr.- S7.