"Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması" sərgilənir

 

Gürcüstan parlamentinin Milli Kitabxanasında Azərbaycan mədəni irsi nümunələrinin sərgisi açılıb.

 

"Əldə toxunmuş Azərbaycan xalçaları - ənənənin qorunması" adlı layihə çərçivəsində təşkil olunmuş sərgidə 40-a yaxın əl ilə toxunmuş xalça nümunələri, Azərbaycan Gürcüstan yazıçılarının əsərləri, ermənilərin azərbaycanlılara, türklərə gürcülərə qarşı törətdikləri terror aktlarından bəhs edən tarixi kitablar, misgərlik nümunələri, Azərbaycan musiqi alətləri, azərbaycanlı rəssamların əl işləri nümayiş etdirilib.

 

Sərgi çərçivəsində xalçaçılıq sənətinin sirlərini öyrənmiş məktəbli qızlar öz bacarıqlarını nümayiş etdiriblər.

 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva deyib ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Azərbaycan mədəniyyəti nümunələrinin bərpası, tətbiqi təşviqi istiqamətində müəyyən işlər görülüb: "Əsas məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini təbliğ etmək, eləcə xalqımızın zaman-zaman üzləşdiyi problemləri, məruz qaldığı terror zorakılıqlarla bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Sərgidə nümayiş etdirilən 150-dək kitab Milli Kitabxanaya hədiyyə olunacaq".

 

Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi ilə Gürcüstan parlamentinin Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə mədəniyyət sahəsində əməkdaşlıq, birgə mədəni tədbirlərin təşkili s. məsələlər nəzərdə tutulub.

 

Sərginin açılışında Azərbaycanın bu ölkədəki səfirliyinin, Gürcüstanın Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət, incəsənət ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 8 dekabr.- S.7