Vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu
Hələ XVIII-XIX əsrlərdən başlayaraq "vətəndaş cəmiyyəti"
anlayışı insanların digər birlik
formalarından ayrıca öyrənilməyə
başlanıb. Məlum olduğu kimi bu cəmiyyətin
gerçəkləşməsi üç
tarixi mərhələdən keçib: XVI-XVII əsrləri əhatə edən
birinci mərhələdə vətəndaş
cəmiyyətinin siyasi, iqtisadi
və ideoloji zəmini formalaşıb.
XVIII-XIX əsrləri əhatə edən ikinci
mərhələdə vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə, azadlıq və
liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər şəraitində
inkişaf edib. Vətəndaş
cəmiyyətinin inkişafında üçüncü
mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini
əhatə edir. Bu
dövrdə isə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar
iqtisadiyyatı, demokratiya, millət
ideyası, milli dövlət ümumbəşəri
sərvətə çevrilib. Siyasi plüralizm, söz, fikir, mətbuat
azadlığı, çoxpartiyalı sistem
formalaşıb. Azərbaycanda da cəmiyyəti
narahat edən problemləri aradan qaldırmaq, ictimai
maraqları uzlaşdırmaq, mənəvi tələbatları
ödəmək məqsədilə vətəndaşların
müõtəlif ictimai
birliklər yaratmaq ənənəsi tariõən
mövcud olub. Ancaq etiraf edilməlidir ki, tariõin
müõtəlif mərhələlərində hələ vətəndaş
cəmiyyəti kimi tam
formalaşmamış ictimai birliklər
müõtəlif siyasi qüvvələrin təsiri
altına asanlıqla düşə biliblər. Vaõtilə bəzi qeyri-hökumət təşkilatlarının
dəqiq missiyası və fəaliyyət planı
olmadığından vətəndaş təşəbbüslərində
fəal iştirak edə bilmirdilər.
Əksər vətəndaş cəmiyyətlərin şəõsi
maraqlara üstünlük
vermələri onları ictimai-siyasi
proseslərdən kənar qoymaqla barələrində
õoşagəlməz fikirlərin
yaranmasına rəvac verirdi. Azərbaycanda
yeni siyasi sistemin, o cümlədən
vətəndaş cəmiyyəti və hüquqi
dövlətin formalaşması ümummilli
lider Heydər Əliyevin müstəsna õidmətlərindəndir. Məhz ümummilli lider vətəndaş
cəmiyyəti quruculuğu nüanslarına
sadiq qalaraq Azərbaycanda
vətəndaş cəmiyyəti və hüquqi
dövlətin baza prinsiplərini
ardıcıllıqla tətbiq etməyə nail
oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin
möhkəmlənməsində müstəqil Azərbaycanın
Konstitusiyasının qəbulu müstəsna rol
oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və
azadlıqlarının təminatı, demokratik
vətəndaş cəmiyyəti quruculuğunu
dövlətin ali məqsədi kimi müəyyən etdi.
Bu baõışın nəticəsi
olaraq ölkədə müõtəlif ideologiyalara malik siyasi partiyaların fəaliyyəti bərqərar
oldu. Müasir vətəndaş
cəmiyyətinin əsas elementi
anlamında isə qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin
formalaşmasında öz sözünü
deyə bilib. Artıq QHT-lər milli proqramların hazırlanması və həyata
keçirilməsində yaõından iştirak edirlər ki, bu da ölkədə vətəndaş
cəmiyyətinin formalaşmasına dəlalət edən
amillərdəndir. Etiraf edilməlidir ki, son zamanlar
QHT-lər vətəndaşların sosial,
siyasi və mədəni
hüquqlarının həyata keçirilməsində daha çoõ
yardımçı olmağa cəhd
göstərirlər. Bunun nəticəsidir
ki, artıq çoõsaylı
QHT-lər qanunların aliliyinə, şəffaflığın
təmin olunmasına ictimai nəzarətin
həyata keçirilməsi sahəsində
iõtisaslaşıblar. Siyasi hakimiyyət uğrunda mübarizədən çəkinmələri
onların birbaşa nizamnamə fəaliyyətinə
şərait yaradıb. Bu isə ölkənin
demokratikləşməsi prosesində qeyri-hökumət təşkilatlarının
rolunu õeyli
dərəcədə artırıb. Hazırkı
şəraitdə cəmiyyətin demokratikləşməsində
QHT-lərin rolunu inkar
etmək, demokratik institutların
inkişafında onların rolunu danmaq vətəndaş cəmiyyətlərinin
fəaliyyətinə ədalətsiz yanaşma
kimi dəyərləndirilə bilər. Çünki QHT- lər ölkədə demokratik quruluşun dəstəklənməsi
və dünyəvi dövlətin qurulması, õalqın
iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi, vətəndaşların
layiqli həyat səviyyəsinin təmin
edilməsi istiqamətində fəallıqlarını
artırıblar. Sözsüz ki, burada QHT-lərin əsas
vəzifələri ölkə Konstitusiyası ilə təsbit
olunmuş əsas hüquq
və azadlıqların təminatı sahəsində ictimai nəzarəti həyata keçirməkdən
ibarətdir. Demokratiyanın təməl prinsiplərindən hesab olunan bərabərlik,
azadlıq, yaşamaq, şəõsi toõunulmazlıq, vicdan, tətil,
şərəf və ləyaqətin müdafiəsi, fikir və söz
azadlığı, sərbəst toplaşmaq
və sair kimi
hüquqların həyata keçirilməsində ictimai birliklərin rolu
danılmazdır. Bunu nəzərə alan QHT-lər
hər bir vətəndaşın dövlətin
idarə olunmasında iştirakı, bu hüququn həyata keçirilməsinin əsas
elementləri olan seçki
hüququ, birləşmək və
müraciət etmək kimi siyasi hüquqlarının təminatında ictimai nəzarət funksiyasını
layiqincə yerinə yetirməyə cəhd göstərir. Etiraf edilməlidir
ki, ölkədə vətəndaş cəmiyyətlərinin
çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan
həqiqətlərinin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətindəki gördüyü işlər Azərbaycan dövləti
tərəfindən də dəstəklənir. Bu məqsədlə
27 iyul 2007-ci ildə prezident
QHT-lərə dövlət dəstəyi konsepsiyasını
təsdiq etdi və dekabrın 13-də Qeyri- Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla artıq QHT-lər üçün
yeni bir mərhələyə
qədəm qoymuş oldu.
Bununla da vətəndaş
cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxmış oldu. QHT-lərə dövlət dəstəyinin digər
bariz nümunəsi kimi
qanunvericilik təşəbbüsündən
istifadə edən Prezident İlham
Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə
təminat verən çoxsaylı qanun
layihələrinin parlamentə təqdim edilməsidir. Eyni zamanda, QHT-lər
ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına
çevriliblər. Məhz bunu
nəticəsidir ki, Şura
tərəfindən qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin tənzimlənməsi ilə bağlı dörd yeni qanun layihəsi hazırlanaraq parlamentə təqdim
olunub ki, hazırda
onların bir neçəsi hüquqi qüvvəyə malikdir.
Bu isə
nəticə etibarilə onun göstəricisidir
ki, artıq ölkəmizdə vətəndaş
cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modeli
formalaşıb. Çox təəssüf
ki, beynəlxalq aləmdə fəaliyyət
göstərən anti-Azərbaycan qüvvələri ölkədə
belə bir vəziyyətin
yaranmasından xoflanaraq əsassız ittihamlar irəli sürməkdə davam edirlər. Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki,
baxmayaraq ki, beynəlxalq
təşkilatların Azərbaycanda fəaliyyətinə qanunla şərait yaradılıb, ancaq təəssüflər olsun
ki, çox zaman bu fəaliyyətlər
Azərbaycanın milli maraqlarına
qarşı yönəlmiş olur.
Bəzən beynəlxalq maliyyə qaynaqlarının, beynəlxalq
qrant layihələri verən təşkilatların
Azərbaycanda öz maraqlarının
reallaşdırılmasının şahidi
oluruq. Beynəlxalq
qeyri-hökumət təşkilatları, müəyyən
beynəlxalq mərkəzlər və eləcə də
aparıcı dövlətlər tərəfindən idarə
olunan proseslər çox
zaman Azərbaycana qarşı mövqelərdə
özünü daha
açıq şəkildə büruzə verir
və biz öz mövqeyimizin doğruluğunu
isbat etmək üçün
çox mücadilə aparmalı oluruq, bəzi hallarda da onlar özlərini
haqlı kimi qələmə verməyə
çalışırlar. Bu baxımdan,
qeyri-hökumət təşkilatlarının xarici
donorlardan asılılığını
aradan qaldırmaq və haqlı olaraq onların fəaliyyətinə müəyyən
qanuni və digər məhdudiyyətləri
daha da ciddiləşdirmək
lazımdır”. B.Muradova əlavə edib ki, inkişafda,
tolerantlıqda olduğu kimi,
vətəndaş cəmiyyətinin inkişafı istiqamətində
də bir Azərbaycan modeli
var: “Biz bu modelin üstün
cəhətlərindən istifadə edərək Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmağın yollarını axtarmalıyıq. Bu, QHT əməkdaşlığının yeni aspektlərinin müəyyən edilməsi
ilə baş tuta bilər”.
O da faktdır ki, istənilən
ölkədə hüquqi dövlətin
formalaşması vətəndaş cəmiyyətinin
inkişafı ilə bağlıdır. Daha dəqiq, hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının
maksimal təminatı, dövlətin vətəndaş
qarşısında və vətəndaşın dövlət
qarşısında məsuliyyəti, qanunun
nüfuzunun yüksəldilməsi və
hüquq-mühafizə orqanlarının effektiv
işi ilə əlaqələndirilir.Azərbaycan
dövləti özünün inkişaf strategiyasında hüquqi
dövlət quruculuğuna xüsusi önəm verir.
Müstəqillik əldə etdikdən sonra
bu istiqamətdə atılan addımlar, əldə
olunan uğurlar
dövlətin bu sahəyə həssaslıqla
yanaşmasının göstəricisidir. Sirr
deyil ki, müstəqillik
illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər
əsasında tamamilə yenidən quruldu.
Azərbaycan Respublikasının yeni
Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi
məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə
həyata keçirilən islahatlar
başlıca olaraq bir
məqsədə - insan və vətəndaşların
hüquq və azadlıqlarının
etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin
edilməsinə və təkmilləşdirilməsinə
yönəldi. Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynlinin sözlərinə
görə, demokratik dəyərlərin üstünlüyünü qəbul edən,
azadlığın, haqq və ədalətin
bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir
ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli
əhəmiyyət daşıyır: “Bu mühüm tarixi əhəmiyyətə malik
sənəd ölkəmizdə insan və
vətəndaş hüquq və
azadlıqlarına lazımi təminatlar yaratmaqla
hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun möhkəm
təməlini təşkil edir. Konstitusiyada təsbit
olunmuş hakimiyyət bölgüsü
prinsipinə uyğun dövlət idarəetmə
sistemi formalaşıb, icra,
qanunvericilik və məhkəmə
orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Ölkəmizdə müxtəlif yönlü siyasi
partiyaların, ictimai təşkilatların,
həmçinin, kütləvi informasiya
vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait
memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın
bərqərar olduğunu bariz
şəkildə təsdiqləyir”. Artıq qətiyyətlə
söyləmək olar ki,
Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu
yolunda böyük
nailiyyətlər əldə edən, miqyaslı məhkəmə-hüquq
islahatlarını həyata keçirən, vətəndaş
cəmiyyətinin tələblərinə cavab
verən hüquqi təsisatları
formalaşdırıb. Demokratik-hüquqi
dövlətin əsaslarının yaradılması və vətəndaş
cəmiyyətinin qurulması prioritet məsələ
kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq
normalarına əsaslanır. Ümummilli lider Heydər Əliyevin qeyd
etdiyi kimi: “Ölkəmizdə
qəbul edilən qanunlar Avropa
Şurası ekspertlərinin bilavasitə iştirakı ilə
hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət
azadlığı və toxunulmazlığına, barəsində
qaldırılan işin müstəqil və
qərəzsiz məhkəmə tərəfindən ədalətlə
və açıq şəkildə
araşdırılmasına, hüquq
müdafiəsinə təminat alıb”. Prezident
İlham Əliyevin uğurla
davam etdirdiyi məhkəmə-hüquq
islahatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin
ədalət mühakiməsi yolu ilə
qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil
edir. Dövlət
başçısının qeyd etdiyi kimi: “Son
illər ərzində Azərbaycanda məhkəmə-hüquq
sistemində aparılan köklü islahatlar öz bəhrəsini
verir. Qanunun aliliyinin təmin edilməsi hər
bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir. Ölkənin
gücü təkcə iqtisadi
artımla deyil, həm də insanların
ölkədə azad şəkildə
yaşamasından, demokratiyanın inkişafından
asılıdır. Azərbaycan dünya
birliyinə inteqrasiya yolunu
seçib, müasirləşir və zənginləşir.
Siyasi islahatlar, məhkəmə-hüquq
sistemində islahatlar paralel
şəkildə aparılır və
aparılmalıdır”. Konstitusiyanın qəbulundan sonra ölkədə aparılmış məhkəmə–hüquq
islahatı nəticəsində bütün
hüquq təchizatlarının fəaliyyətini
tənzimləyən yeni mütərəqqi
qanunlar qəbul eilib.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin
edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli
qanunvericiliyin beynəlxalq standartlara
uyğunlaşdırılması prosesi
dövlətin prioriteti kimi
qəbul edilib. Tarix
göstərir ki, iqtisadi
sahədə inkişaf etməmiş
dövlətlərdə demokratikləşməyə və vətəndaş
cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir.
Məhz bu reallıqdan
çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev hər iki
təmayülə vəhdət şəklində
yanaşılmasını vacib sayır və
ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi
islahatların paralel davam
etdirilməsi şərtilə real hesab edir: “Əsl
açıq demokratik cəmiyyəti
ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi
cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə
qalır”.
Həsənov
İsgəndər
525-ci qəzet.- 2015.- 8 dekabr.- S4