Mən vətənəm...
Səfərova
Könül Eldar qızı 1982-ci ildə Beyləqanda
doğulub.
Məktəb illərindən şeirlər yazmağa başlayıb, Beyləqandakı "Araz" ədəbi birliyinin fəal üzvü oub.
2014-cü ildə nəşr olunmuş eyni adlı almanaxda şeirləri ilə çıxış edib. 2010-cu ildə ilk şeirlər kitabı işıq üzü görüb.
Mən bu yurdun sabahına
açılan
bir sabaham,
bir sabahın gözüyəm.
Mən bu yurdun başı
üstə od
saçan
bir günəşəm,
od oğluyam,
mən atəşin özüyəm.
Mən yağışam,
mən buludam, mən qaram,
Mən ürəyəm,
hər sinədə mən varam.
Mən çiçəyəm, mən
torpağam,
mən daşam,
Ağlayana, sevinənə yoldaşam.
Mən arzuyam, mən ümidəm,
nəğməyəm.
Yaxına da, yadlara da,
doğmayam.
Mən həm acı, həm də ki, bal kimiyəm.
Bəzən coşan,
bəzən də lal kimiyəm.
Mən qol-qanad,
görəm gözəm.
Kövrək qəlbə şirin sözəm.
Durmuş
göləm, axar suyam,
mən ulduzam, mən səmayam,
nurlu ayam.
Mən dünyayam,kainatam,
ona tənəm.
Bu dünyada hər nə varsa,
bax o mənəm,
Mən vətənəm.
Mən sənə eşqimi necə söyləyim?..
Dillə
söyləyimmi, gözlə
deyimmi,
Baxışla andırım, sözlə
deyimmi,
İndi
bildirimmi, "gözlə"
deyimmi -
Mən sənə
eşqimi necə söyləyim?
Gizlimi danışım, izharmı
olsun,
Pünhanmı saxlayım, aşkarmı
olsun,
Qəlbimi göynədən qübarmı
olsun,
Mən sənə
eşqimi necə söyləyim?
Vüsalım ağlasın, həsrətmi
gülsün,
Sevincim seyr etsin, möhnətmi
gülsün,
Eşqimin evində zillətmi
gülsün,
Mən sənə
eşqimi necə söyləyim?
Dönüb bir çeşməyə
göz ağlasınmı,
Kaman inildəsin, saz ağlasınmı,
Bahar qışa dönsün, yaz ağlasınmı,
Mən sənə
eşqimi necə söyləyim?
Dilim deməsə də göz danışacaq,
Nəğmə söyləməsə, söz danışacaq,
Toxunsam,
üzündə iz danışacaq,
Mən sənə
eşqimi necə söyləyim?
Sənə bənd olmuşam,
xəbərin olsun!
Canıma
hopmusan, ruhum olmusan,
Xəyalım olmusan, yuxum olmusan,
Sən mənə hamıdan yaxın olmusan,
Sənə bənd olmuşam,
xəbərin olsun!
Eşqindən od alım, köz əsirgəmə,
Baharı
bəxş elə, yaz əsirgəmə,
Bir kəlmə din, danış,
söz əsirgəmə,
Sənə bənd olmuşam,
xəbərin olsun!
Tükənib bitmişəm yolunda
sənin,
Gəzirəm sağında, solunda
sənin,
İzin
ver, can verim qolunda sənin,
Sənə bənd olmuşam,
xəbərin olsun!
Ocağından küsmüşəm,
külündən incimişəm...
Ruhumun dincliyini bir baxışla alanım,
Səni mənə gətirmir, yolundan incimişəm.
Qədəminə iz olum, su tək axım,
calanım,
Küləklərlə öpüşən telindən
incimişəm.
Gecə,
gündüz çağırır,
səni dilim, demişdin,
Dünyamsan, söyləmişdin, obam-elim demişdin,
Neçə gülün içindən,
mənə gülüm
demişdin,
Yad çiçəkdən
yapışan əlindən
incimişəm.
Unut dedim könlümə, ürək qınadı məni,
Qırdı qol-qanadımı, qəlbin
inadı mənim,
Elə yandırdı -yaxdı sevdanın odu məni,
Ocağından küsmüşəm, külündən
incimişəm.
Sizdən
bizim evəcən...
Sizdən
bizim evəcən təzə cığır
düşəydi...
İzimiz cığırda görüşüb
öpüşəydi.
Aydınca səhərlərə
çıxaydıq biz sə
ninlə,
Düşüb ömrün arxına
axaydıq biz səninlə.
Sizdən
bizim evəcən təzə cığır
düşəydi...
İlmələrə dönəydik,
yanaşı toxunaydıq.
Həzincə bir nəğməyə,
lap bircəcə misraya dönüb
biz oxunaydıq.
lll
Sizdən
bizim evəcən təzə cığır
düşəydi...
Elə yozulaydı ki, gördüyümüz yuxular
çevrilib çin
olaydı.
Xəyallar gerçək olub, həsrət düşəydi bizdən
min ağac gen olaydı.
Qəfil arzu-diləklər gerçəyə çevriləydi,
Yerlə-yeksan olaydı, lap dünya dağılaydı,
lap dünya devriləydi.
Təki bircə sən gülüm,
tək sən mənim olaydın.
Bəxtimə yazılaydın,
Ömrümə yazılaydın,
ömrüm-günüm olaydın.
lll
Sizdən bizim evəcən təzə cığır düşəydi...
Təki qoşa düşəydik biz oyunda zər kimi
Birimiz acı olub,
birimiz şirin olub,
elə qoşa olaydıq gülüşlə
qəhər kimi.
Ya səma, ya da
bulud,
yada ki, quş olaydıq.
Biz bu ömür
yolunda iki yoldaş olaydıq.
Sizdən
bizim evəcən təzə cığır
düşəydi...
Ömrümüz bir-birinə qaynayıb qarışaydı.
Vüsala
yetişəydik...
Göydə ulduzlarımız ömürlük
barışaydı.
Könül ELDARQIZI
525-ci qəzet.-
2015.- 9 dekabr.- S.7.