Azərbaycan həqiqətləri beynəlxalq audiovizual məkanda

 

"BİZİM KİNO GÜNLƏRİ..." ÇƏRÇİVƏSİNDƏ BU MÖVZUDA MÜZAKİRƏ TƏŞKİL EDİLİB

 

Ötən gün Mədəniyyət Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsinin dördüncü mərhələsi gerçəkləşib.

 

"Nizami" Kino Mərkəzində reallaşan yekun tədbir "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası" mövzusuna həsr olunub. Kino ictimaiyyəti, media təmsilçiləri filmin yaradıcı heyətinin iştirakı ilə keçirilən tədbirdə layihənin ənənəvi müzakirələrinin hədəfi "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Qarabağ həqiqətlərinin kino dili ilə, sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları kimi əhəmiyyətli mövzular olub.

 

Qeyd edək ki, tədbirdə türk filmləri həftəsi çərçivəsində Bakıya gələn türkiyəli rejissorlar Osman Sınav Öner Kılıç, ssenarist-yazar Kamuran Tümay Yıldız digərləri iştirak edib.

 

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək layihənin bir aya yaxındır davam etdiyini, paytaxtın kinoteatrlarında yerli filmlərin nümayiş olunduğunu söyləyib: "Audiovizual məkanda peşəkarlıq məsələsinə həsr olunan layihənin məqsədi peşəkar kino nümayəndələrini onların çəkdikləri filmləri ictimaiyyətə tanıtmaqdır. Bu məsələdə media nümayəndələrinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan natiq bildirib ki, gərək media obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtsın gündəmdə saxlasın".

 

Sovetlər Birliyi dövründən sonra Azərbaycanda kino sahəsində böhran yarandığını söyləyən M.Hətəmov deyib: "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiqləndikdən sonra bu proqramdan çıxış edərək çoxlu layihələr həyata keçirilib, gənc kinematoqrafçılar cəlb edilib. Məhz görülən işlərin nəticəsidir ki, "Nabat" filmi ilə ilk dəfə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bildik".

 

"Azərbaycanfilm" kinostudiyasının fəaliyyəti barədə məlumat verən direktor bildirib ki, Rusiya kinematoqrafçıları ilə birgə istehsal edilən "Qırmızı bağ" filmi gələn ilin fevral ayında təqdim ediləcək. M.Hətəmov Türkiyə kinematoqrafçıları ilə müştərək layihələr həyata keçirmək niyyətində olduqlarını da vurğulayıb.

 

Həmçinin 2016-cı ildə beş yeni filmin çəkiləcəyini diqqətə çatdıran direktor, "Azərbaycanfilm" kinostudiyasında tariximizə aid böyük layihələrin müzakirəyə çıxarılacağını bildirib.

 

Sonra rejissor Elçin Musaoğlunun "Nabat" filmi nümayiş olunub. Film Qarabağ müharibəsi dövründə erməni qəsbkarlarının aramsız hücumlarına məruz qalan kəndini doğma torpağına olan bağlılıqdan tərk edə bilməyən məğrur Azərbaycan qadını obrazını yüksək bədii dillə ifadə edən ekran əsəridir.

 

Nümayişdən sonra rejissor Elçin Musaoğlu bu mövzuda çoxdan film çəkmək istədiyini vurğulayaraq ekran əsərində əsas məqsədinin ana obrazını ön plana çəkmək olduğunu söyləyib filmdə Nabatın zahiri fəryadı əks olunmasa da, onun daxili fəryadının tamaşaçılara təsir göstərməsini arzuladığını dilə gətirib.

 

Osman Sınav filmin çox şey dediyini bildirərək onun insanın ritmini dəyişdirdiyini, susdurduğunu söyləyib.

 

Daha sonra filmin yaradıcı heyəti media nümayəndələri arasında müzakirə aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, layihə çərçivəsində "Audiovizual məkanda ailə-məişət problemləri", "Audiovizual məkanda uşaq mövzusu", "Audiovizual məkanda vətənpərvərlik" mövzuları müzakirə olunub "Axınla aşağı", "Dərs", "Yarımçıq xatirələr" filmlərinə baxış keçirilib. Həmçinin, bu filmlər şəhərimizin kinoteatrlarında mütəmadi nümayiş etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 9 dekabr.- S.7.