Gözləyirəm
İtir fikrin, düşüncənin düzümü,
Təbdən çıxıb çaşdırıram özümü,
Yoldan-rizdən ayırmıram gözümü,
Sarır bütün varlığımı çən-duman,
Gözləyirəm, gələcəksən nə zaman?
Göy əskiyə düyüb hər bir anımı,
Hicran, həsrət oda salıb canımı.
Havalanıb boş görməkdən
yanımı,
Bil, oluram taleyimdən bədgüman,
Gözləyirəm, gələcəksən
nə zaman?
Ötənləri birər-birər yadıma
Hey salsam da, xəyallarım
dadıma
Yetmir əsla, düşünmürəm,
adıma
Nə deyərlər, dildən düşmür and-aman,
Gözləyirəm, gələcəksən
nə zaman?
Yaşamımda günüm, gecəm
zil qara,
Xəzan
vurub, ümidim yox bahara.
Sənsizliyim dönür dərdə,
qübara,
Sanki çökür üzərimə
asiman,
Gözləyirəm, gələcəksən
nə zaman?
Barı
gəl, gör, nə haldayam - bir bilsən,
Qarğıyıram: çəkdiyimi
çəkəsən.
Inanaram,
bəhanəylə nə
desən,
Dözər dərdə sevdiyindən
eşq uman,
Gözləyirəm, gələcəksən
nə zaman?
Arzularım
Arzularım yuxularda olur çin,
Sevincimdən ayılıram həmin
an.
Ağrısını yaşatdıqca
bir heçin,
Peşmanlığım qəlbə salır həyəcan.
Onda səbr diləyirəm özümə,
Başqa
çarəm yoxdu axı belədə.
Tək ürəyim qulaq asmır sözümə,
Dedikləri hərdən gəlir
dilə də.
Sustalıram, əlim-qolum yanıma,
Sınıb düşür, hey taqətsiz
qalıram.
Qüssə hopur damarıma,
qanıma,
Göz yol çəkir, xəyallara dalıram.
Xəyal
- gerçək, arasında
fərqə bax,
Yada düşür ac toyuğun
yuxusu.
Nə vacibdir bu arzuyla
yandır, yax,
Bu nə sirdir, mat qalıram doğrusu.
Çox
arzumun məzarı var içimdə,
Eləsi
var, ümidsizdir, verir can.
Bəzisi
çin olur bir suiçimdə,
Mənə "Bir Kəs"
vaxt ayırsa bircə an.
Vay, dünya!
"Əşrəf"in saldı
səni gör nə hala, ay dünya,
Vermir indi, ha çağır, fəryadına hay, dünya.
Gör nələr bəxş elədin ki, dada o, ləzzətini,
Etdi ağu-zəhəri dörd
yanına çay, dünya.
Artır,
hər gün çoxalır hey ölən-itkin
xəbəri,
Ondan olmuş kədərin gör neçə qat, lay, dünya.
Hər nəyin var, talanır, heç gözü doymur bəşərin,
Zülm-zillətdə bu gün yox ki,
hesab, say, dünya.
Kim ki, hey qovğa edib, səndə salır fitnə-fəsad,
Arayır
kəhkəşanı: varmı
sənə tay, dünya?!
Göyərər bir də, inan ki, qarışa
torpağına,
Neçə yüz min, ya da milyon yaramaz,
zay, dünya.
Qorxuram ki, bəşər övladı çıxa
axırına,
Deyə
Nəcməddin elə:
vay halına, vay, dünya!
Səbrimin həddi var...
Mənim
təmkinimin həddi,
sonu var,
Səbrimlə oynama, ehtiyatlı
ol.
Gözlə abır-həya, versəm
sərt qərar,
Sola sağ deyərsən çaşıb, sağa
sol.
Yalançı təbəssüm göstərdin,
yetər,
Qəlbində olanı çıxar,
üzə qoy.
Heç
nəhs tanımıram,
bil, səndən betər,
Keçmişdən belədir, yəqin ki, kök-soy.
Dostu, yoldaşını satmısan
ucuz,
Eləcə inamı, etibarı
da.
Sözünə güvənən olub
uğursuz,
Qoymusan çoxunu, yəqin, yarıda.
İnan,
görüntündən ağrayır
gözüm,
Ürəkdən söyürəm kölgənə,
hətta.
Təkcə dərd verirsən,
səy edim, çözüm,
Axtardığın məna bumu həyatda?
Halallıq istədin, verdim
min kərə,
Tövbən, etirafın - saysız-hesabsız.
İndi
də keçmisən
böhtana-şərə,
Qoymursan
bir günüm ötsün əzabsız.
Mənim
təmkinimin həddi,
sonu var,
Səbrimlə oynama, ehtiyatlı
ol.
Gözlə abır-həya, versəm
sərt qərar,
Sola "sağ" deyərsən
çaşıb, sağa
"sol".
Mənim "sınağım"
İş-gücümdə nəzarətçim - vicdanım,
Səy edirəm təmiz qala ad-sanım,
Demirəm ki, yoxdur bircə nöqsanım.
Bu halımla tuş gəlirəm qınağa,
Çəkilirəm addımbaşı
"sınağa".
Çoxu
məni nadan bilib deyir dərs,
Dillərində tərs avanddır,
avand tərs.
Güntək aydın həqiqəti
sanan fərz,
Qoyur fikrə-düşüncəyə qadağa,
Çəkilirəm addımbaşı
"sınağa".
Qandırırlar tərpənişdə həddimi,
"Şax tutmayam, əyəm gərək qəddimi",
Önümdəki görən o Çin
səddimi?
Məramımda getməməkçün uzağa...
Çəkilirəm addımbaşı
"sınağa".
Bədxah
- saysız, mənsə
təkcə... Çarə
nə?
İllər çəkər, bu
dərd bitməz üç günə.
Danışmaqdan heydən düşür
dil, çənə,
Əsəbimdən yaş süzülür
yanağa.
Çəkilirəm addımbaşı
"sınağa".
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet.-
2015.- 10 dekabr.- S.7.