"Səttar yadigarı" təqdim olunub
Bakı
şəhər Mədəniyyət və Turizm İdarəsinin
Bülbülə qəsəbəsində yerləşən
Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin oxu zalında tarixçi-publisist Təranə Cəbiyevanın
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair
Əbdülağa Kazımlıya ithaf olunan "Səttar
yadigarı" kitabının təqdimatı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Xəzər dənizində baş vermiş qəzada həlak olan neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Mərziyyə Əhmədova müəllifin ədəbi yaradıcılığı haqqında məlumat verib: "Bülbülə imamzadəsi", "Lahıcın dağ vüqarı", "Bakı kəndlərinə səyahətim", "Səlahiyyətli səfir" və digər kitablarından sonra bu müəllifin oxucularla sayca onuncu görüşüdür. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb".
Görüşdə əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Bülbülə Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev, kitabxanaçı Vəsilə Məmmədova, kənd sakini Kazım Əliyev və başqaları çıxış edərək müəllifi təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda rəssamın oğlu Cəlal Babayev müəllifə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 10 dekabr.- S.7.