Dilbilməz ayrılıq duranda
qəsdə,
Ürək
inildəyər sarı sim üstə.
İlahi, nə çoxmuş dərdi şikəstə,
Gecəsi ağlayan, gündüzü gülən.
Tale yarıdıbdı ömürdən kimi,
Sərçə dimdiyində ömür dən kimi.
Kim axı yaşayar ömrü mən kimi,
Bir gözü ağlayan, bir gözü gülən.
Neyləsəm getməz ki, dərdin izləri,
Bir “ah”ım
coşdurar lal dənizləri.
Elə doğulandan ağlar gözlərim,
Heç görən oldumu Hafizi gülən.
lll
Yadıma
düşmüsən, elə
düşmüsən...
Hər səhər
evimdən çıxıb
ağlaram.
Gəldiyin yollara, gedər-gəlməzə,
Gözümün yaşını sıxıb
ağlaram.
Yükü çox olanda nər də yellənir.
Sevincə qol açan, dərdə yellənir.
Baxıram quruca pərdə yellənir.
Sizin pəncərəyə
baxıb, ağlaram.
Beləcə bağlanar sevda qovluğum.
Sən demə,
dərd imiş mənim qovduğum.
Getdi qaynarlığım,
dəlisovluğum.
Bir quru çay kimi axıb, ağlaram.
lll
Bu sərhəddən bax o yana,
Kənd var - İlməzli adında.
Göz yaşımın dağıtdığı,
Bənd var - İlməzli adında.
Xatirələr çıxmaz yaddan,
Oğulsansa, dərdə qatlan.
Qənd
deyil, dilmin altda-
Dərd var - İlməzli adında.
Yoxluğuna yas tutduğum,
Yuxumda da üz tutduğum.
Oynadığım, uduzduğum,
Nərd var - İlməzli adında.
lll
Nəğməsi yarımçıq bir
qu quşuyam,
Kədər əsgəriyəm, qəm
qoşunuyam.
Taleyin ən ağır qurğuşunuyam,
Sənin ürəyindən asılmışam
mən.
Yolum uzaq düşüb, kəsəm olmayıb,
İçi qızıl dolu kisəm olmayıb.
Kürək söykəməyə kimsəm olmayıb,
Sakitcə özümə qısılmışam
mən.
Hafiz, keçənləri nə
axtar, nə gəz,
Hay versən hayına,
səsinə gəlməz.
Eh, məni hər aşıq oxuya bilməz,
“Dilqəmi” üstündə
yazılmışam mən.
lll
Mən insan saçının ağlamağını gördüm...
Bilirsən nə vaxt?
Bir uzunsaçlı qız saçlarını satanda...
saçlarına müştəri
tapmışdılar.
“Yaxşı pula gedər,
- demişdilər, - saçların...”
Ömrü uzanan saçlarında
alın yazısını
da satmışdı
o qız...
Bu qədər sadə...
Nə qorxu vardı guya, nə hədə...
lll
Vətəndən yazıram səni düşünüb.
Yazıram, yazıram... və sən də yoxsan.
Yoxluğun yadıma bəs hardan düşüb?
Sən axı çoxdandır Vətəndə
yoxsan.
lll
Ömrün uçurum yaşı,
Otuzdan başlayırmış.
Qırxa
gəlib çatanda
Qanan təpik atırmış,
Qanmayan daşlayırmış.
50-nin sevincini
60-da qəm udur.
70-i gözləyəndə
Ömür bizi unudur.
Dünya
ölüm rəngində,
Atomlar çiçəkləyir.
80, 90 bir yuxu.
Əcəl bizi təkləyir,
Bircə
anın içində,
Toylar dönürsə
yasa.
Oxu, oxu, ay bala:
“Kim yüz il yaşamasa?..”
lll
Bilirəm ki, zalım fələk,
Sevincimi kəm çəkəcək.
Taleyimin
rəssam əli,
Yenə kədər, qəm çəkəcək.
Nə həmdəm
var, nə də həyan.
Gündüz ağla, axşam da yan.
Gözlərimin qarasından.
Kirpiklərim nəm çəkəcək.
Batabatda
can yelkənim,
Ömür qəddar, illər qənim.
Belə
getsə, Tanrı mənim,
Üstümdən qələm çəkəcək.
lll
Hamı
bu dünyaya beşgünlük deyir,
Hamı
da yaşamır axı beş
günü.
Ümidsiz günlərim “sə”lərə
oxşar,
Ümidlə gözlərəm gələn
“şeş” günü.
Ya hələ
uzanar, ya sona çatar.
Sevinc özgələrə,
yas ona çatar.
Kiminsə böyrünə qısılıb
yatan-
Olmaq istəmirəm
ömür düşgünü.
İslandı gözümün yaşında
ömrüm.
Günahı çiynimdə daşınan
ömrüm,
Sevinə-sevinə yaşanan ömrün,
İlahi, olmadı mənə xoş günü.
lll
Bax, bu da xoşbəxtlik,
kəpənək ömrü,
Ya üç gün, ya beş
gün, dərd qucaq-qucaq.
O ömür yaşayır,
ancaq sürünmür.
Gör, necə
xoşbəxtdir, qarışqaya
bax.
Onun çəkdiyi yük alın yazısı,
Haqdan yazılanın əzabı olmur.
Ay ata yavrusu, ana quzusu,
Qulun qul içində azadı olmur.
Biz kimik, torpağa düşən bircə dən,
Göyərər sevdamız boyumuz qədər.
Açılan səhərdən, zülmət gecədən,
Xoşbəxtlik umaqmı... hədər, çox hədər.
Xoşbəxtlik özü də çiçək kimidir,
Qonar ləçəyinə ac arı düşməz.
Tale bağladığı qara kilidə,
Bəzən xoşbəxtliyin açarı düşməz.
Düşdük “moşu”ların sırasına biz,
Söydük ağına biz, qarasına biz.
Dəyişdi günbəgün qiyafəsini,
Tapa bilmədik ki, qafiyəsini.
Üz tutduq dünyanın harasına biz.
Xoşbəxtlik!
Tapanlar itirməz,
itirən tapmaz.
Əlindən uçdumu, uçub gedəcək.
Xoşbəxt olmağa da ömrümüz çatmaz,
Bədbəxt olmağa da ömrümüz çatmaz.
Sənə sualım var, cavabını ver:
Söylə, xoşbəxtsənmi, ürək,
ay ürək.
Hafiz Hacxalil
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.29