Rəssamlıq sənətimizin
tarixində parlaq bir imza - Kamil Xanlarov
Azərbaycan rəssamlıq məktəbinin formalaşması
və inkişafı,
eləcə də Azərbaycanda peşəkar rəssam kadrların yetişdirilməsi
istiqamətində onun
əvəzsiz xidmətləri
olub.
Tahir Salahov, Toğrul Nərimanbəyov və bir çox tanınmış rəssamlarımızın
ilk müəllimi olduğunu
vurğulamaq kifayətdir
ki, onun rəssamlıq sənətinə
və bu sənəti tədris etmək işinə nə dərəcədə
sadiq olduğunu düşünəsən. O, Azərbaycanın
Xalq rəssamı Kamil Xanlarovdur (1915-1996).
Kamil Əli Abbas oğlu Xanlarov 1915-ci ildə Bakı şəhərində
dünyaya göz açıb. Lap erkən yaşlarından incəsənətə
maraq göstərən
rəssam 1931-1935-ci illərdə
Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda rəssamlıq sənətinin
sirlərinə yiyələnib.
O zaman İkinci Dünya müharibəsinin
başlanması rəssamın
ali təhsil
almaq imkanlarını
məhdudlaşdırıb. Lakin rəssam gərgin müşahidələri və
fəal yaradıcılıq
axtarışları ilə
özünün yaradıcılıq
qabiliyyətini və
professional rəssamlıq məharətini
həmişə artırmağa
çalışıb. Bunu rəssamın yaradıcılıq
nümunələrinə tamaşa
etməklə asanlıqla
müşahidə etmək
olar.
K.Xanlarov 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilib. Rəssamın çoxşaxəli yaradıcılıq
və pedaqoji fəaliyyəti yüksək
qiymətləndirilərək, o,
1964-cü ildə Əməkdar
rəssam, 1992-ci ildə
isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. Onun yaratmış
olduğu əsərlər
ölkəmizlə yanaşı,
digər ölkələrdə
də yerləşən
muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Bir neçə dəfə Bakı şəhərində
rəssamın əsərlərindən
ibarət fərdi sərgiləri təşkil
olunub (1961, 1966, 1985, 1995, 2010). K.Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda pedaqoji fəaliyyət göstərib
(1938-1985) və gənc
rəssamlara sənətin
incəliklərinə yiyələnmək
vərdişlərini aşılayıb.
K.Xanlarov dəzgah rəngkarlığının
müxtəlif janrlarında,
teatr dekorasiya rəssamlığı sahəsində
yaddaqalan yaradıcılıq
fəaliyyəti göstərib. K.Xanlarovun yaradıcılıq
dünyasına nəzər
yetirmiş olsaq, onun daha çox
mənzərə janrında
yaradılmış, lirik-emosional,
kolorit ustalığı
və mövzunun bədii həlli baxımından məharətlə
həll edilmiş mənzərə lövhələri
nəzər-diqqətimizi cəlb
edir. Bu faktı
rəssamın digər
janrlarda yaratdığı
əsərlərinin bədii
dəyərini kölgədə
qoymaq üçün
yox, əksinə mənzərə janrında
işlənilmiş lövhələrin
əhəmiyyətini qabartmaq
məqsədi ilə qeyd edirik. Onun mənzərə janrına
xüsusi sevgisinin olması, rəssamın doğma Azərbaycanımıza
olan məhəbbətindən
qaynaqlanırdı. K.Xanlarov
Aərbaycanın bütün
guşələrini qarış-qarış
gəzib, Naxçıvan,
Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astara və başqa bölgələrdə yaradıcılıq
ezamiyyətlərində olub
və füsunkar təbiət lövhələrini
yaradıcı həssas
rəssam təxəyyülü
ilə kətana köçürüb. Rəssamın
bu cür əsərlərinə nümunə
olaraq, “Zaqatala dağları” (1946), “Astara”
(1955), “Talış dağları”
(1956), “Şuşa” (1964), “Cənub
sərhədində” (1972), “Noraşen vadisi” (1971), “Murovdağın görünüşü”
(1972), “Mənzərə. Şuşa”
(1983), “Ordubadda qış”,
“Culfa. Araz sahilində”, “Araz
sahilində” “İlanlı
dağ” və digər əsərlərini
qeyd etmək olar.
Rəssamın yaradıcılıq nümunələri
arasında onun Şuşaya həsr edilmiş mənzərələri
diqqətimizi cəlb edir. Bunu bir tərəfdən
Şuşanın indiki
məqamda düşmən
tapdağı altında
olması şərtləndirirsə,
başqa bir tərəfdən isə rəssamın Cıdır
düzünün gözəlliklərini
əsl ustalıqla və yüksək məhəbbətlə kətana
köçürməsi ilə
bağlıdır. Eyni zamanda
rəssamın vətənə
məhəbbət duyğularının
ifadəsindən yaranmış
bu cür əsərlərin bugünkü
gənc rəssamlarımıza
bir nümunə kimi görünməsini arzu edərdik.
K.Xanlarovun mənzərələrinin yüksək bədii emosionallığı ilə
yanaşı, həm də bu lövhələrdən həzin, intizar əhvali ruhiyyəli melodiyalar “səslənir”. Bu fikrimizi
rəssamın bilərəkdən
seçmiş olduğu
obyektini - Araz sahilini və sahildə yerləşən
dağları tutqun və nisgilli biçimdə təsvir etməsi ilə izah edə bilərik.
Rəssam “Noraşen vadisi”
(1971), “Culfa. Araz
sahilində” adlı əsərlərində bir
növ öz vətəndaşlıq mövqeyini
gizli mətləblərlə
ifadə etməyə
nail olub.
“Ordubadda qış”
əsəri rəssamın
yaradıcılığında yeganə qış mənzərəsi təsvir
edilmiş tablosudur. Dağlar
fonunda Ordubad evlərinin qarşısında
qarlı yolda milli geyimli iki
qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını
artıran cəhətlərdəndir.
K.Xanlarovun süjetli tablolarında da lirik duyğular
oyadan təbiət lövhələrinə rast
gələ bilərik. Əsasən səadəti, əmək
romantikasını əxz
edən bu cür tabloların əsas mayasını ülvi insani şeiriyyət təşkil
edir. Belə tablolara misal olaraq, “Sahədə”
(1963), “Ailə” (1964-65), “Azərbaycan
tarlalarında”, “İşdən
sonra”, “Bulaq başında” və başqalarını qeyd etmək olar.
K.Xanlarov həmçinin portret janrında bir çox tablolar yaradıb. Belə əsərlərdən “Balaca
Dilarə” (1951), “Dilarə”
(1953), “Qoca” (1954), “Şəkili
xalq sənətkarı
Məmmədəli”, “Rövşanənin
portreti”, “Ənvər
Paşanın portreti”
və s. adlarını
çəkmək olar.
Rəssamın portretləri içərisində
daha çox diqqətimizi cəlb edən əsər “Ənvər Paşanın
portreti”dir. Rəssamın
bu tarixi şəxsiyyətin portretini
yaratmaq təşəbbüsü
təqdirəlayiqdir. XX əsrin əvvəllərində
erməni daşnaklarının
və çar Rusiyasının işğalçılarından
qorunmaq üçün
Azərbaycan xalqının
imdadına gəlmiş
və özünün
fədakar əməyi
ilə xalqımızın
yaddaşında əbədi
qalacaq Ənvər Paşanın portret cizgilərini boyalarla əbədiləşdirmiş rəssam
sonda maraqlı əsərin yaradılmasına
nail olub.
“Şərq natürmortu”
əsərinin rəssamın
yaradıcılığında xüsusi bir çəkiyə malik olduğunu söyləsək,
yəqin ki, yanılmarıq. Natürmort həm bədii
və həm də texniki işlənilmə baxımından
çox ustalıqla həll edilib. Əsərdə milli parça
fonunda xalqımızın
milli məişət
əşyaları təsvir
olunub. Əsərin kompozisiyası uğurla
tapılıb və əsərin kolorit həlli olduqca mükəmməl işlənilib.
Sarı,
qırmızı, firuzəyi
və göy rəng keçidləri, kompozisiyanın tamlığı
və ahəngdarlığı
əsərin baxımlılığını
daha da artırır.
K.Xanlarov 1961-ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində
olub və orada yaradıcılıq imkanlarını genişləndirərək,
vətənə məna
və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıdıb. Bu səfər rəssamın
yaradıcılığında yeni bir uğurlu
yaradıcılıq istiqamətinin
açılması ilə
nəticələnib. Çexoslovakiyaya həsr edilmiş tablolarına “Praqada küçə”, “Karlovı Varıda meydan”, “Qızıl küçə”, “Praqada qüllə”, “Yan Qusun abidəsi” və digər əsərlərini
misal kimi qeyd etmək olar. Bu əsərlər
həm mövzunun şərhi, həm kolorit həlli və həm də professional texniki işlənilmə xüsusiyyətləri
ilə diqqəti cəlb edir.
K.Xanlarov
həmçinin “Kəndlilər”
(1937) filmində kişi
geyimlərinin eskizlərini
verib, “Fətəli xan” (1945) filminin geyim
üzrə
rəssamı olub
və Abdulla Şaiqin
“Nüşabə” pyesinin
bədii tərtibatını hazırlayıb.
Öz ömür
payını Azərbaycan
incəsənətinin inkişafına
sərf etmiş, ilhamlı tablolar müəllifi olan, bir çox tanınmış rəssamların
müəllimi Kamil Xanlarov Azərbaycan incəsənət tarixində
layiqli yer tutur və daima
hörmətlə yad
ediləcək.
Əsəd
QULİYEV
sənətşünas,
AMEA-nın dissertantı
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.28.