Fərid Rəsulovun “YEGANESHANS”ı Müasir İncəsənət Muzeyində
Müasir İncəsənət Muzeyində
gənc rəssam Fərid Rəsulovun
“YEGANESHANS” adlı fərdi
sərgisi açılıb.
Sərgidə ənənəvi üsullarla
işlənib hazırlanan
sənət əsərləri
nümayiş olunur. Tədbirdə Müasir İncəsənət
Muzeyinin direktoru Xəyyam Abdinov çıxış edərək
sərgi və rəssam barədə məlumat verib. Bildirib ki, sərgidə rəssamın rəngkarlıq,
qrafika və heykəltəraşlıq əsərləri
nümayiş olunur.
Qeyd edilib ki, Fərid Rəsulovun yaradıcılıq
diapazonu özündə
eklektik şəkildə
heykəl, instalyasiya və qarışıq texnika ilə işlənən əsərləri
cəmləşdirir.
Qeyd edək
ki, sərgidə nümayiş olunan əsərlər yerli mədəniyyətə ehtiram
hissinin təzahürüdür. Burada rəssam
sərgi məkanını
yaradıcılıq studiyası
hesab etməklə yanaşı, oyma prosesini də sərginin əsas kontekstinə daxil edir. Sərgidə nümayiş olunan
sənət əsərləri
qonaqlar tərəfindən
maraqla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.17