“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”
“Nitq mədəniyyəti
hər bir xalqın əsrlərlə
formalaşdırıb bu
günə çatdırdığı
ən vacib, ən mühüm tərkib hissələrindən
biridir.
Ulu öndər
Heydər Əliyevin
XX əsr Azərbaycan
siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan
nitq mədəniyyətinin
təşəkkül tapmasında
rolu birmənalı şəkildə qiymətləndirilir”. Bu fikirlər Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə
doktoru Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyasının
ön sözündə
yer alıb.
Kitabın ön söz müəllifi professor Nizami
Cəfərov Azərbaycan
nitq mədəniyyətinin
inkişafında Heydər
Əliyevin fəaliyyətinin
öyrənilməsinə keçən
əsrin 90-cı illərindən
diqqət yetirildiyini, bu sahədə akademiklər Bəkir Nəbiyev, Ağamusa Axundov, professorlar Nizami Xudiyev, Məsud Mahmudov, Müseyib Məmmədov, Nizaməddin Şəmsizadə,
Məhərrəm Qasımlı
və digər dəyərli elm adamlarının
qiymətli töhfələrini,
Ulu Öndərin nitqinin kompleks şəkildə öyrənilməsinin
əsasının qoyulduğunu
diqqətə çatdırıb:
“Nağdəli Zamanov Ulu öndərin nitqlərinin öyrənilməsinə
kompleks şəkildə
yanaşıb. Kitabın birinci
cildindəki fəsillər
ciddi elmi-tədqiqat təsiri bağışlayır.
“Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində” fəsli
ilə müəllif Heydər Əliyevin Azərbaycan dilinin müdafiəsi ilə bağlı, eləcə də bu gün
ölkə başçısı
Prezident İlham Əliyevin dilimizin qorunması və inkişafı ilə bağlı verdiyi sərəncamları işıqlandırmaqla
dil barəsində dövlət siyasətini açıqlaya, dövlət
və dil dialektik vəhdətini ortaya qoya bilib.
Bir sıra fəsillər -”Heydər Əliyev nitqində məntiqi ardıcıllıq”,
“Heydər Əliyev nitqində fəlsəfi fikirlər”, “Heydər Əliyevin nitqində səmimiyyət”, “Heydər
Əliyevin nitqində
qətiyyət”, “Heydər
Əliyevin nitqində
poetik duyğular”, “Heydər Əliyevin nitqində üslablar” ilk dəfə olaraq müəllif tərəfindən
qələmə alınıb.
Araşdırmalarına novatorcasına yanaşan
müəllif fikirlərini
oxucuları ilə qətiyyətlə bölüşdürə
bilir. Kitabın
II hissəsində müəllifin
qələmə aldığı
Heydər Əliyevin nitqində Azərbaycan elmi, mədəniyyəti,
dövlətçiliyi qarşısında
görkəmli yer tutan şəxsiyyətlərin
sıralanması kimi özünü göstərən
“Heydər Əliyevin nitqində antroponimik sıralanmalar” fəsli heç də az maraq doğurmur.
Müəllif statistik göstəricilər
əsasında Ulu öndərin nitqlərinə
münasibətdə ciddi
elmi baxışlar formalaşdıra bilib”.
N. Cəfərov ön
sözdə müəllifin
ciddiyyətlə qələmə
aldığı iki cildlik monoqrafik tədqiqat əsərinin Heydər Əliyev nitqinin daha dərindən
araşdırılması yolunda
mütəxəssislər üçün
mühüm vəsait
olacağına inamını
ifadə edib.
N. Zamanov kitabın girişindəki müəllif
qeydində monoqrafiyanı
Ulu öndərə olan böyük sevgi və ilhamla
qələmə aldığını
vurğulayıb. Müəllif
mənəvi dəstəyə
görə Tibb Universitetinin rəhbərliyinə,
kitabxanalara, kitabla bağlı rəy bildirən ziyalılara minnətdarlığını
bildirib.
Qeyd edək
ki, monoqrafiyada Ulu öndərin nitqinə bütöv elmi yanaşma ortaya qoyulub. Müəllif,
Heydər Əliyevin nitqində əsas və köməkçi nitq hissələri, frazeoloji birləşmələr,
sinonimlər, əlavələr,
təkrarlar, ritorik suallar, mürəkkəb cümlələr, neologizmlər,
antroponimik sıralanmalar,
müqayisələr, məntiqi
ardıcıllıqlar, elmi,
publisistik, məişət,
dini üslubun yeri və digər
məsələlərlə bağlı kompleks araşdırmalar aparıb.
“Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində” bölümündə
N. Zamanov doğma dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində ciddi
addımların müəllifinin
məhz Heydər Əliyev olduğunu önə çəkib:
“Heydər Əliyev bütün çıxış
və nitqlərində
olduğu kimi Azərbaycan dilinə münasibətdə də
tarix fəlsəfəsinə
söykənərək “həqiqətləri
unutmamağı, qaralamamağı”
önə çəkir.
Heydər Əliyev Azərbaycan
dilinin təbliğində
özü şəxsi
nümunə göstərməkdə
birincidir. Ulu öndərin
Azərbaycan dilinin qorunmasına yönələn
ideyaları bu gün də ölkə rəhbərliyi
tərəfindən qətiyyətlə
həyata keçirilir.
Elə Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında” 23
may, 2012-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində
ölkədə aparılan
işlər də buna parlaq sübutdur”.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.15