HALAL EYLƏ, GƏLƏMMİRƏM
Günəşli
yatağındakı qəzada həlak olanlara ithaf
Güney Azərbaycanın Əhər
şəhərində müəllim
işləyən Həmid
Ənbaz bugünlərdə
Günəşli yatağında
baş verən qəzadan təsirlənib
və qəza qurbanlarının xatirəsinə
ehtiram olaraq bu şeiri qələmə
alıb.
HALAL EYLƏ, GƏLƏMMİRƏM
Son görüşüm mesaj oldu,
Halal eylə gələmmirəm.
Gözlərimlə yol çəkirəm,
Halal eylə, gələmmirəm.
Bir yanım od,
bir yanım su,
Nə söz qanır, nə də ki sov.
Umud töküb əlimə su,
Halal eylə,
gələmmirəm.
Kərəm yoxdu suda, odda,
Səs verən
yoxdu fəryada.
Tanrı
özü çatsın
dada,
Halal eylə,
gələmmirəm.
Sanki yanar dağdı, alov,
Nəfəsləri boğdu alov,
Dalğalara qoğdu alov,
Halal eylə,
gələmmirəm.
Suda, odda yürüş çəkir,
Günahsızın qanın tökür.
Ürəklərə nisgil əkir,
Halal eylə,
gələmmirəm.
Kimi qala, kimi itə,
Çağlar gəlib keçib
ötə,
Görüş qalsın qiyamətə,
Halal eylə
gələmmirəm.
Həmid
ƏNBAZ
525-ci qəzet.- 2015.- 15 dekabr.- S.8