Etibar Babayev: ömrün 65-ci zirvəsində
Tanınmış telejurnalist, sənətşünas
alim, görkəmli pedaqoq Etibar Babayevin bu gün
65 yaşı tamam olur.
E.
Babayev1950-ci il dekabrın 15-də Bakı
şəhərində görkəmli
şair-dramaturq Adil Babayevin ailəsində dünyaya göz açıb. Yaradıcı-ziyalı mühitində boya-başa
çatan E. Babayev əvvəlcə Teatrşünaslıq
fakültəsini, daha
sonra politologiya ixtisasını bitirib.
Görkəmli telejurnalist fəaliyyətə
1970-ci ildən Azərbaycan
Teleradio Verilişləri
Komitəsinin redaksiyaları
ilə əməkdaşlıqdan
başlayıb. Həmin illərin televiziya tamaşaçıları "Tələbə klubu",
"Yeddinci qitə",
"Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim
edir" kimi populyar verilişlərin gənc, istedadlı müəllifini və aparıcısını yaxşı
xatırlayırlar. Uzun illər
"Ədalət" qəzetində
köşə yazıları
ilə çıxış
edərək oxucuların
rəğbətini qazanıb.
E.Babayevin
uğurlu jurnalistlik karyerasında ABŞ, İngiltərə,
Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Rumıniya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə
xidməti səfərləri
zamanı görkəmli
ictimai-siyasi xadimlərlə,
elm, sənət aləminin,
iş dünyasının
tanınmış simaları
ilə görüşlər,
eksklüziv müsahibələr
xüsusi yer tutur. Azərbaycanda və xarici ölkələrdə dərc
olunan çoxsaylı
publisistik yazıların,
elmi məqalələrin,
eləcə də
"Bu da bir imtahandır", "Yalana
heykəl", "Düz
söz əyri qulağa necə girər?", "Sözün
varsa, danış",
"Qəfəsdə yaşamaq
həyat deyil",
"Devrimin kölgəsində
fırtınalar", "Teatrda
müasirlik axtarışları",
"Yalana heykəl",
"Ömrün 100 anı"
adlı kitabların, yüzlərlə televiziya
proqramının, eləcə
də "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə",
"Bir millət, iki dövlət", "Çiçək
yağışı" kimi
30-dən artıq sənədli
filmin ssenari müəllifidir.
Etibar Babayev ictimai xadim kimi də
uğur qazanıb, müxtəlif illərdə
məsul vəzifələrdə
çalışıb, 1981-1989-cu illərdə dörd çağırış Bakı
Şəhər Sovetinin
deputatı seçilib,
1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru,
Azərbaycan Dövlət
Teleradio şirkətinin
sədr müavini, 2001-2006-cı illərdə
"Space" müstəqil teleradio şirkətinin prezidenti olub. 2010 -2015-ci illərdə Azərbaycan
Televiziya və Radio verilişləri Qapalı
Səhmdar Cəmiyyətində
yeni yaradılan Teleradio Akademiyasına rektor vəzifəsində
işləyib. ATV şirkətinin Bədii Şurasının sədridir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Müxtəlif illərdə Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, "Qızıl
qələm" mükafatlarına,
Yusif Məmmədəliyev
medalına, müxtəlif
Fəxri fərman və diplomlara layiq görülüb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 15 dekabr.- S..7