Görkəmli bəstəkar Əşrəf Abbasovun xatirə konsertindən təəssüratlar

 

 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin sayəsində ötən əsrin əvvəllərindən Azərbaycan musiqisində peşəkar bəstəkarlıq məktəbi yarandı. Bu, musiqi mədəniyyətimizdə hətta bütövlükdə Azərbaycan mədəniyyəti tarixində yeni bir mərhələ böyük hadisə idi.

 

Üzeyir bəy, eləcə onunla eyni dövrdə yaşayan həmfikir dostlarını eyni fikir, eyni amal bağlayırdı - Azərbaycan musiqisini, mədəniyyətini inkişaf etdirmək, musiqi irsimizi yazdıqları əsərləri ilə daha da zənginləşdirmək. Əslində tək bu nəsil bəstəkarlar deyil, sonrakı nəsil musiqiçilərin - Üzeyir bəyin çoxsaylı tələbələrinin onun tövsiyəsi, xeyir-duası ilə sənətə gələn hər bir musiqiçinin mövqeyi bu yöndən kənara çıxmırdı. Bu mənada əsrin 10-20-ci illərində dünyaya gələn hardasa 40-cı illərdən fəaliyyətə başlayan musiqiçi nəsli Üzeyir bəyin tövsiyələrinə sadiqliklərini həm yazdıqları əsərlərdə, həm fəaliyyətlərinin digər qollarında (xüsusilə pedaqoji fəaliyyətdə) göstərirdilər. Bu mərhələnin nümayəndələri sırasında görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Abbasov (1920-1992) xüsusi yer tutur.

 

Ə.Abbasov bir bəstəkar kimi çox zəngin yaradıcılığa malikdir. Həm səhnə musiqi janrlarında, həm simfonik, həm kamera, instrumental, vokal musiqisi sahəsində o, səmərəli çalışıb. Bəstəkar ilk uşaq baleti olan "Qaraca qız" baleti, "Dağlar qoynunda", "Həyətim mənim, həyatım mənim", "Səndən mənə yar olmaz" musiqili komediyalarını, simfonik orkestr üçün "Şuşa", "Gələcək gün, "Konsertino" kimi əsərləri, eləcə "Heyran olmuşam", "Qurban olduğum", "Qarabağın qızları", "Ceyranım gəl" sair mahnı romansları bəstələyib. Ə.Abbasov yazdığı, ərsəyə gətirdiyi hər bir nümunədə xalq musiqisi ruhundan ayrılmayıb bəstəkarın əsərlərini dinlədiyimiz zaman milli musiqi intonasiyaları çox aydın şəkildə özünü göstərir.

 

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda baş tutan Əşrəf Abbasovun 95 illik yubileyinə həsr olunmuş xatirə konsertində də bəstəkarın musiqisinin təsirində idik. Tədbirdə ilk olaraq Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Ə.Abbasovun bir bəstəkar kimi yaradıcılığından, eləcə də pedaqojiictimai xadim kimi fəaliyyətindən söz açdı. Mahnılarının hətta xalq mahnısı kimi anlaşıldığını deyən Firəngiz Əlizadə Ə.Abbasovun bəstəkarlar sırasında ilk dissertasiya müdafiə edən musiqiçi olduğunu vurğuladı. Sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfiza Qafarova çıxış etdi. Əşrəf Abbasovun Üzeyir bəyin davamçısı olduğunu qeyd edən Zemfira xanım bəstəkarın müraciət etdiyi janrlar- yazdığı balet, musiqili komediyalar, yaradıcılığında xüsusi yer tutan instrumental musiqisi və mahnıları haqqında geniş söhbət açdı.

 

Daha sonra söz musiqiyə verildi, bəstəkarın bir sıra əsərləri səsləndirildi. Belə ki, violinpiano üçün "Variasiyalar" Fuad Nəsibov (violin) və Leyla Əliyevanın (piano), tarpiano üçün "Gənclik rəqsi" Əməkdar artist Sahib Paşazadə (tar) və Nərgiz Əliyevanın (piano), piano üçün iki uşaq pyesi - "Xalq mahnısı" və "Rəqs" Beynəlxalq müsabiqə laureatı Fidan Muxtarovanın (piano), eləcə də "Qaraca qız" baletindən fraqmentlər isə Sevinc Nəbizadə (piano) və Gülşən Mehdiyevanın (piano) ifasında səsləndi. Bundan əlavə piano üçün sonatanı Leyla Əliyeva, simli kvartet üçün "Həbəş eskizləri"ni isə Azərbaycan Bəstəkarlar İttifaqının "Oazis" simli kvarteti ifa etdi. Tədbirdə maraq doğuran məqamlardan biri də Fatimə Cəfərzadənin (vokal) ifasında, Tamilla Əhədovanın (piano) müşayiəti ilə bəstəkarın mahnılarının səslənməsi oldu. "Heyran olmuşam", "Gözəl yar", "Ceyranım, gəl", "Baxdı mənə" mahnıları da böyük maraqla dinlənildi.

 

Sonda isə Əşrəf Abbasovun oğlu, bəstəkar Cəlal Abbasov söz alaraq tədbirin təşkilatçılarına və xatirə konsertində iştirak edən qonaqlara təşəkkürünü bildirdi.

 

Bir məqamı da vurğulayaq ki, bu tədbirdə ifa olunan musiqi əsərləri bəstəkarın zəngin yaradıcılığının çox kiçik bir hissəsini təşkil edir. Daima yorulmadan yazıb-yaradan Əşrəf Abbasovun həm əsərləri, həm bir pedaqoq, həm də ictimai xadim kimi gördüyü çoxsaylı işləri musiqi mədəniyyətimizi xeyli zənginləşdirib. Lakin təəssüflə qeyd etməliyik ki, bəstəkarın bu və digər əsərləri az-az səsləndirilir. Onun əsərlərinin konsert proqramlarına və ifaçıların repertuarlarına müntəzəm daxil edilməsi Əşrəf Abbasovaonun simasında musiqi mədəniyyətimizə diqqət nümunəsi olardı.

 

Fərdin MƏMMƏDLİ

Musiqişünas

525-ci qəzet.- 2015.- 15 dekabr.- S.7.