Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində
"Kitabi-Dədə Qorqud”
müzakirəsi
Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq
Myultikulturalizm Mərkəzində müşavirə
keçirib.
APA-nın
məlumatına görə, müşavirədə “Kitabi-Dədə
Qorqud” dastanının alman şərqşünası Henri
Fridrix fon Dits tərəfindən dünyaya
tanıdılmasının 200 illiyi ilə bağlı
prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn
tədbirlərin icrası müzakirə olunub.
K.
Abdulla qeyd edib ki, bu günlərdə Multikulturalizm Mərkəzi
alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən
alman tərcümə edilərək ön söz
yazdığı “Basatın Təpəgözü oldürməsi”
boyu kitabını 25 dilə çevirərək nəşr
edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində,
dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.
Milli
Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli
çıxış edərək Azərbaycan eposu olan Dədə
Qorqud dastanın dünya epos düşüncəsinə bir
nümunə olduğunu vurğulayıb.
Mədəniyyət
və turizm nazirinin muavini Ədalət Vəliyev ölkə
başçısının sərəncamına uyğun
olaraq məsul olduqları yekun tədbirin proqramı və
xarici ölkələrdən gələn qonaqların tərkibi
barədə məlumat verib.
S.Mürvətqızı
525-ci qəzet.- 2015.- 15 dekabr.- S.6.