Azərbaycanlı rəssamın əsərləri
Gürcüstanın Parlament
Kitabxanasında
Gürcüstan Parlamentinin Milli Kitabxanasında azərbaycanlı
gənc rəssam Rasim Həsənovun rəsm əsərlərinin
sərgisi açılıb.
"Xeyir və şər" adlı sərginin açılışında
elm, mədəniyyət xadimləri,
hökumət rəsmiləri,
Azərbaycan və gürcü ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Sərgidə rəssamın 19 rəsm əsəri nümayiş
etdirilir. Bu əsərlərdə
xeyirlə şərin
mübarizəsi, insanların
bu mübarizədəki
çaşqınlığı, mövqeyi və düşüncələri əksini
tapıb.
R.Həsənov deyib: "Bu gün
insanlar sanki çaşqınlıq içərisindədirlər.
Bəzən xeyirlə şərin
bir-birini üstələməsi
onları çətin
vəziyyətə salır.
Çalışmışam ki, əsərlərimlə
insanlara bu mübarizədə xeyrin yerini, üstünlüyünü
çatdırım".
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 16 dekabr.- S.7.