Rəssamlar İttifaqında "Ömrün 70 ili" sərgilənir
Rəssamlar İttifaqının Vəcihə Səmədova
adına sərgi salonunda tanınmış rəssam
Xanlar Məmmədovun
"Ömrün 70 ili"
adlı rəsm sərgisi açılıb.
Sərgi Mədəniyyət və
Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə
təşkilatçılığı nəticəsində reallaşıb.
Rəssamlar İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək
sərginin əhəmiyyətindən
söz açıb. Xalq rəssamı
qeyd edib ki, sərgiyə təqdim edilən sənət əsərlərində
təbiət, mənzərə,
güllər, ilin fəsilləri, müxtəlif
fəlsəfi yanaşma
və emosional hisslərin rənglərlə
ifadəsi öz əksini tapıb.
Vurğulanıb ki, sərgidə sənətkarın 100-dək müxtəlif
mövzulu sənət
əsərləri nümayiş
olunur. Sonra qonaqlar sərgi ilə tanış
olublar.
Sərgi bir həftə davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 16 dekabr.- S.7.