Azərbaycan dolması beynəlxalq kulinariya festivalında
Hər il Poltava İqtisadiyyat
və Ticarət Universitetinin (PİTU) bazasında
Texnoloq Gününə
həsr edilən
"Peşə ustalığı
bayramı" adlı
beynəlxalq kulinariya festivalı keçirilir.
Tədbirdə ənənəvi olaraq Ukrayna, Azərbaycan, Gürcüstan, Polşa və Türkmənistanın
ictimai iaşə müəssisələrinin nümayəndələri
və restoran sahibləri milli kulinariya nümunələrini
təqdim edir, ustad dərsləri keçirlər.
Azərbaycan nümayəndələri bu il festivalda yarpaq dolmasını təqdim ediblər. PİTU-da fəaliyyət göstərən Azərbaycan
Tədris-Mədəniyyət Mərkəzinin direktoru, dosent Yaşar Alxasov dolmanın Azərbaycan xalqının
mühüm qeyri-maddi
mədəniyyət faktı
kimi milli-etnik mənşəyindən danışıb.
Azərbaycan mətbəxinə dair
guşədə süfrə
açılaraq, üzərinə
dolma və qatıq, samovar və çaynik, armudu stəkanlar, paxlava, müxtəlif mürəbbələr,
ölkəmizin təbiətinin
bəhrələrindən olan
nar, xurma və limon
düzülüb.
Kulinariya
bayramının iştirakçıları
və qonaqları dolmanın hazırlanması
texnologiyası, yəni
üzüm yarpağına
ətirli göyərtilərin
və ədviyyatlarin əlavə edildiyi quzu əti qiyməsinin
bükülməsi ilə
tanış olublar.
Festivalın sonunda Azərbaycanın misilsiz milli yeməyi olan dolma dequstasiya edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 16 dekabr.- S.7.