Məhəmməd Əsəd Bəy haqqında maraqlı bir sənəd  

 

 

 

Məhəmməd Əsəd Bəy haqqında dünyada müxtəlif tədqiqatçılar tərəfindən aparılan araşdırmalar davam edir.

 

Onun əsərlərinə qısqanclıqla yanaşanlar müxtəlif bəhanələrlə onu alçaltmağa yazdıqlarını inkar etməyə çalışanların ən böyük iddialarından biri onun türkcə bilməməsidir.

 

Məsələn, onun haqqında uzun bir məqalə yazan amerikalı tədqiqatçı Valter Laqueur, "Neft Şahzadəsi" adlı məqaləsində bunları yazır:

 

"O, 17 ya 18 yaşlarında müsəlmanlığı seçmiş Berlin Universitetinin "Şərq seminarlarında" fars, ərəb Bakı küçələrində bir az türkcə öyrənmişdir.

 

Walter Laqueurun xaricində Əsəd bəy türkcə bilməzdi deyən araşdırmaçılar çoxdur. Əsəd Bəylə əlaqədar 1932-ci il tarixli Yaş Türküstan adlı bir məcmuədə məşhur türk jurnalisti yazıçısı Nadir Nadinin yazdığı bir məqalədən bəhs edilmişdi. Bu günə qədər o məqaləni tapmaq mümkün olmadı. Amma Türkiyədə Cümhuriyyət qəzeti arxivində apardığım araşdırmada məqalənin 26.11.1932-ci ildə Cümhuriyyət qəzetində baş məqalə olaraq nəşr olunduğunu gördüm. Bu gün oxucularımıza bu məqaləni Azərbaycan türkcəsində axtararaq vermək istəyirəm. Baxın Nadir Nadi Əsəd Bəy haqqında nələr yazıb.

 

Rusiyadakı türklər haqqında bir konfrans

 

Nadir Nadi 26 Teşrinisani 1932 (26.11.1932)

 

"Vyana Mədəniyyət Birliyi" buranın fikir sahəsinə hakim olan ən qüvvətli bir təşkilatdır. Bu cəmiyyət hər həftə tərtib etdiyi konfranslarla xalqa Avropanın tanınmış elm, sənət, siyasət adamlarını dinləmək imkanını təmin edir. Bu yaxınlarda Kayyonun konfransından bəhs etmişdim.

 

Əvvəlki axşam vyanalılar eyni kürsüdə çox qiymətli bir türk mühərririni alqışladılar. Əsəd Bəy adında azərbaycanlı bir irqdaşımız "Bugünkü Rusiyanın Ruhu" mövzulu bir konfrans verdi.

 

Əsəd Bəy Berlində tanınmış bir mühərrir jurnalistdir. Hələ çox gənc olduğu halda indidən bir neçə dənə mühüm kitab nəşr etmişdir. Bunlardan Stalinin həyatı Məhəmmədin tərcümeyi-halı çox bəyənilmişdir. Əsəd Bəyin bu son əsərində yeni canlı iddialar var. Ona nəzərən bu böyük Peyğəmbər, bir din müəssisi olmaqdan çox, bir dövlət müəssisidir. Çünki o qısa bir zamanda, zamanının mühitinin içində olduğu qarışıqlığa baxmayaraq böyük bir dövlət qurmağa müvəffəq olmuşdur.

 

Əsəd Bəy əslən bakılıdır. Atası Bakının ən zəngin neft menbalarına sahibmiş.

 

Rus qiyamından vəziyyətləri pozulmuş, Əsəd Bəy İran, oradan Türküstana keçməyə məcbur olmuş. Bir müddət Qafqazda yaşamış, sonra Tiflisdə, Trabzonda, İstanbulda olmuşdur. İndi on ildən bəri Berlində imiş. Bu izahatı konfrans münasibəti ilə Əsəd Bəy haqqında intişar edən bir məqalədə gördüm bir türk olan bu qiymətli elm adam ilə görüşməyi faydalı gördüm. Rusiyada milyonlarla türk var.

 

Bunların indiki ictimai vəziyyəti, rejimə qarşı olan əlaqələri haqqında Esat Beyin verəcəyi məlumat şübhəsiz mühüm olacaqdı. Esat Bəylə bu gün görüşdüm. Çox nazik bir adam. Səhvsiz türkcə danışır. İstanbulda az yaşamış olmasına baxmayaraq şivəsi İstanbul şivəsinə yaxın. Özü şəxsən bolşevikliyin əleyhinədir. Lakin hər elm adamı kimi hadisələrin tamamilə bitərəf bir nəzərlə görür. Mənə Rusiyadakı irqdaşlarımızın vəziyyəti haqqında bu məlumatı verdi:

 

"- Rusiyada otuz milyon türk vardır. Bunlar bu böyük məmləkətin içində bir-birlərindən ayrı böyük cəmiyyətlər halında yaşayırlar. Böyük türk cəmiyyətləri bütün Rusiya kimi bolşevik rejimin daxilində respublikalar halındadır. Türk respublikalarının ən mühümləri bunlardır: Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Tatarıstan, Krım.

 

Bunlardan başqa Volqa sahillərində olan Şimal Türkləri kimi müstəqil bir idarəyə malik olmadan yaşayan irqdaşlarımız da vardır. Müxtəlif türk respublikalarının Rusiyada işğal etdikləri sahələr məmləkətin ən zəngin torpaqlarını ehtiva etməkdədir: Bakı dünyanın ən mühüm neft menbalarından biridir. Türküstan dəhşətli pambıq yetişdirən bir məmləkətdir. Bununla belə Rusiyada türklər hər zaman rus idarəsi tərəfindən əzilmişlər. Bu, xüsusilə çar zamanında çox faciəvi bir şəkildə idi. Türk kəndlisi çox münbit torpaqlara sahib olduğu halda daima pulsuzcahildi. Sovetlər, mədəniyyət etibari ilə türklere çox kömək etmiş, milyonlarla türkü cəhalətdən qurtarmışlar. Bakı kimi, Kazan kimi böyük şəhərlərdə darülfünunlar (universitetlər) açılmışdır. Hemin hər kənddə məktəb vardır. Ərəb hərfləri qaldırılmış, yerinə oxunması daha praktikdaha asan olan rus hərfləri qoyulmuşdur. Qadınlar çarşaflarını atmışlar. Bütün bunlar mədəniyyət etibarilə böyük hizmətlərdir. Lakin Rusiya türkləri Sovet rejimini mənimsəmiş deyildilər. Çünki bu rejim sənaye-proletariat əsaslarına söykənir, halbuki türklər başdan aşağı kəndlidirlər. Amələnin mənfəətinə xidmət edən bolşeviklik kəndliyə laqeyd qalır.

 

Əsasən mənə qalsa, Rusiyada kəndlinin lehinə olaraq tədabir alınmadığı təqdirdə bugünkü əmələ səltənəti günün birində yerini şübhəsiz kəndliyə tərk edəcək. Yalnız türklərin deyil, məmləkət əhalisinin yüzdə səksən beşinin kəndli olduğunu unutmamaq lazımdır. Rusiya türkləri Anadolu türklərinə qardaş məhəbbətilə bağlıdırlar. Damarlarında eyni qan gəzən insanların mənən bir-birlərindən ayrılmalarına imkan varmıdır? Lakin təəssüf ki, arzu edilən həqiqi təmas təmin edilə bilmir. Demokrat məmləkətlərdə çıxan qəzetlərin Rusiyaya buraxılmadığını bilirsiniz. Bu, Rusiya türklərinin çox sevdikləri Anadolu ilə ictimai münasibət təmin etmələrinə mane olur. Maamafih münasibətdə bulunmamaq qardaş ürəkləri heç bir zaman bir-birindən ayıra bilməz.

 

Rusiyadakı türk torpaqları məmləkətin həyatı etibarilə birinci dərəcədə əhəmiyyətə malikdirlər. 1918-də hərbin bitməsinə iki ay qalmış Nuri Paşanın idarəsindəki ordu, bolşevikləri məğlub edərək Azərbaycanı almışdı. O zaman müstəqil bir Azərbaycan Respublikası təşkil edildi. Sülh tərəfdarı olan ingilislər də buna qarşı çıxmadılar. Bu müstəqil respublika iki il yaşadı. Rusiya Bakı petrollarından məhrum qalmışdı. Bu iki il ərzində rus sənayesi, demək olar ki, iflicə uğradı. Heç bir şey edə bilmirdi. 1919-da ingilislərin himayədarlığı qaldırmaları üzündən bolşeviklər təkrar gəldilər və Azərbaycanı öz rejimlərinə asılı bir respublika hökumətinə təhvil verdilər. İndi bütün Rusiya türkləri Sovet rejimi ilə idarə edilməkdədirlər. Bu rejimin mədəniyyət etibarilə türklərə etdiyi xidmət, məqsəd nə olursa olsun, heç bir zaman inkar edilə bilməz.

 

"Oxumaq öyrənən bir adam düşünür deməkdir. Düşünən adam hər zaman azaddır".

 

Orxan ARAS

 

525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.